Mirzə Rza Xanın "Firuzə"si... | MANERA.AZ
Tbilisinin D. Çonkadze küçəsində (keçmiş İ.Qudoviç küçəsində) kiçik, qəşəng bir ev yerləşir. «İran konsulunun evi» adlanan bu ev, göründüyü kimi, artıq ev deyildir, ondan nəsə qalmışdır. Buna baxmayaraq o, yaddaşda İran konsulu Rza xanın adı ilə bağlıdır. Əvvəllər İran konsulluğu olan bu evdə konsul Mirzə Rza xan yaşayıb.
Borjomidə soydaşlarımızdan da istirahət edənlər və yaxud da onun «Firuzə» adını eşidənlər çoxdur. Mirzə Rza xanın istiraşət evi şəhərdən kənarda, borjom şəhərində olub. Burada kiçik həyat yoldaşının şərəfinə bu evi tikdirmişdir. Burada eləcə də məscid inşa etdirmiş, Borjomi çayının hər iki tərəfində bulaq qazdırmışdır. Qırmızı kərpiçdən tikilmiş, bərbad halda olan məscid binası indi də mövcuddur. Onlar burada vadinin nağılvari mənzərəsində istirahət edirdilər.Tbilisi memarlığından kəskin şəkildə fərqlənən, İran üsulunda firuzə rəngli, qəşəng naxışlarla bəzənmiş binanın fasadı bura gələnlərin diqqətini həmişə cəlb edib. Eyvanın içərisi, divarlar və tavan gözəl güzgü kimi parlaq naxışlar ilə bəzədilib. Hər iki ev İran konsulunun evi adlanır. hər iki binanın divarında asılan kiçik lövhədə «Mirzə Rza xan» sözləri yazılıb.
İran konsulu Mirzə Rza xan Borjomidə Asiya üsulunda, tavanı da firuzə daşlarından bəzədilən «Firuzə» adlanran binanı inşa etdirib. Sonrakı illərdə burada sanatoriya açılıb, elə onun yaxınlığında ikinci korpus da inşa olunub. 1990-cı illərdən isə sanatoriya öz funksiyasını itirib və yalınz nadir adibə statusunu qoruyub saxlayıb.
Gürcüstan Mədəni İrsin Mühafizəsi Milli Agentliyi Borjomidə tarixi «Firuzə»nin bərpasını həyata keçirir. Bina Borjomi şəhərində Borjomula çayının vadisində Borjom- parkının girəcəyində gürcü fars əlaqələrinin fərqli mərhələsini və dövrünü əks etdirir. Bir vaxtlar seçilmiş sanatoriya ləğv olunandan sonra illər boyu baxımsızlıq, qayadan daşların tökülməsi, eləcə də binaya yağıntıların damması, insanların laqeydliyi və düzgün olmayan istismarı nəticəsində məhv olunma səviyyəsinə çatdı. Mədəni İrsin Mühafizəsi Milli Agentliyinin maliyyələşdirməsi ilə 2010-cu ildə «Memarlar-ci» layihə emalatxanası binanın tam bərpası sənədləşdirməsini hazırladı. «Firuzə» öz ilkin görünüşünə qaytarılacaq. İşləri «Restavratorlar və şirkət» MMC həyata keçirir. Layihəyə görə, binanın tam konstruksiyası, fasadları və interyernin bərpası həyata keçirilir. Eyvanın və otaqların bəzək-düzəkliliyi, naxışlılığı, dekorativ inkrustasiyaları yeniləşdiriləcək. Bayır elekto quraşdırıcı sistemlər və iç mühəndis kommuniksiyalar quraşdırılacaq. Layihənin yekunlaşdırıcı mərhələsində ərazinin tam abadlıq işləri aparılacaq. «Firuzə» mehmanxana binası 1892-c i ildə İran səfirliyi nümayəndəsinin sifarişi ilə inşa olunub. Mavritan memarlıq üsulu tiktilinin bədii memarlıq dəyərini fars, avropa və gürcü incəsənətinin sintezini müəyyən edir və Gürcüstanın dünyəvi təyinatlı tikililəri arasında fərqli yer tutur. Bina fars mülki memarlığına xarakterik olan dekorativ naxışlarla bəzədilib. Gil əhəng naxışlarla, güzgü inkrustasiyası ilə rəngli şüşələr ilə, ağac vitrajlar ilə və naxışlı ağac hissələri ilə bəzədilibdir ki, buna da Gürcüstanda nadir hallarda rast gəlmək olur. Təkrarsız dekorasiyalar iranlı ustaların özləri tərəfindən yaradılıb və onlar yalnız gürcü deyil, eləcə də fars mədəni irsi baxımından xüsusilə dəyərlidir.
Bir az da Mirzə Rza zan barədə. İran ordusunun generalı, diplomat, ictimai-siyasi xadim, əslən türk olan Mirzə Rza xan İrəvani, Daneş 1853-cü ildə Təbrizdə anadan olmuşdur. İran təəbəsi, əslən irəvanlı idi. Onun İran generalı, həmçinin səfir olmuş oğlu Ərfəüddövlə Həsən xan 1895-ci ildə Tiflisdə anadan olmuş, İsveçrədə, Parisdə, Monakoda özəl məktəblərdə təhsil almışdır. İran ordusunda hərbi xidmətə başlamışdır. O, general rütbəsinə qədər yüksələrək atlı dəstənin komandanı olmuşdur. Azərbaycanda, Kürdüstanda, Lorestanda baş verən qiyamları yatırmışdır. Pəvləvi rejimi dönəmində səfir olmuşdur. 1984-cü ildə Tehranda dünyasını dəyişmişdir.
Mirzə Rza xan lk təhsilini atasından almış, sonra Tiflisə gələrək burada İran dövlətinin baş konsulu, həmyerlisi Mirzə Mahmud xanın köməkçisi kimi qulluq etmişdir. O, 1883-cü ildə artıq səfirlikdə baş konsulun birinci müavini vəzifəsini icra etməyə başlamışdır. Rza xan sonralar Peterburq, İstanbul və İsveçdə konsul müavini, baş konsul və səfir təyin olunmuşdur. Onun ictimai xadim kimi formalaşmasında Mirzə Mahmud xanın böyük rolu olmuşdur. Tiflisdə işləyərkən rus dilni öyrənməyə başlamış, ona mükəmməl yiyələnmişdir. Xidmətçilikdən konsulun tərcüməçisi, bir qədər sonra konsulun birinci müavini vəzifəsinə qədər yüksəlmişdir. Mirzə Rza xan özünə ləqəd götürərək «Daneş» kimi məşhur olmuşdur. Həyat yoldaşı Lüdmila Servis Böyük Britaniya diplomatının qızı idi, kökü rus zadəganları olan Demidovlara çatırdı.
Mirzə Rza xan Daneş Tiflisdə çalışarkən Mahmud xanın təklifi, vəliəhd Muzəffərəddin Mirzənin fərmanı ilə adyutant təyin olunur. 1886-cı ildə Xorosanda ruslarla ərazi məsələsinin həlli zamanı İran tərəfdən Suleyman xan Avşar və ona tərcüməçisi təyin olunmuş Mirzə Rza xan iştrak etmişdir.
Mirzə Rza xan Xorasandan 1886-cı ildə qayıtimış və Nəsrəddin şahın baş adyutantı vəzifəsinə təyin olunmuşdur. Sonralar xarici işlər nazirliyi Nəsrəddin şahın icazəsi ilə Mirzə Rza xanı Peterburqa tərcüməçi və katib vəzifəsini icra etməyə göndərmişdir. Bacarıq və səriştəsi nəzərə alınan Mirzə Rza xan bir sıra xarici ölkədə mühüm vəzifələrə təyin olunmuşdur. Nəhyaət, Mirzə Rza xan 1889-cu ildə Tiflisdə baş konsul təyin edilmiş və bu vəzifəni 1895-ci ilədək icra etmişdir. 1895-ci ildən isə o, Mirzə Mahmud xanın əvəzinə İranın Rusiyada səlahiyyətili nümayəndəsi vəzifəsinə təyin olunmuşdur. O, həmin ildə ərfəüddövlə (dövlətin yüksək adamı) ləqəbinə layiq görülmüşdür. Mirzə Rza xan Rusiya dövləti ilə yanaşı İsveç və Norveçdə də İranın səlahiyyətli nümayəndəsi olmuşdur. Mirzə Rza xan fəal ictimai xadim kimi İranı bir sıra xarici dövlətlərdə təmsil etmişdir. 1901-ci ildə İstanbul səfirliyinə təyin edilmiş, işgüzar və bacarıqlı diplomat kimi öz işlərini burada da uğurla davam etdirmişdir. O, 1910-cu ildə işdən azad edildikdən sonra Monakoya gedərək orada özünə qəsrə bənzəyən ev tikdirib, orada yaşamağa başlamışdır. Həmin evə «Daneşgah» ( Daneşin iqamətgahı) adı verilmişdir.
Mirzə Rza xan 1913-cü ildə Tehrana gedərək bir neçə ay Mirzə Məhəmmədəli xanın təşklil etdiyi Nazirlər kabinəsində ədliyə naziri vəzifəsinə təyin olunmuşdur.Kabinənin süqutundan sonra ona İran dövləti tərəfindən 56 min tümənə yaxın məvacib təyin edilmişdir. Mirzə Rza xan Ərfəüddövlə 1937-ci ildə 84 yaşında Tehranda dünyasını dəyişmişdir. hərbçi və diplomat, məşhur alim kimi şöhrət qazanmış Mirzə rza xan «Müntəxəbati-Daneş», «Divani-Gövhəri-Xavəri» və sair əsərlərin müəllifidir. Onun «Məsnəviyi-sülh poeması bir sıra xarici dillərə tərcümə olumuşdur.
Diplomatik fəaliyyəti dövründə müxtəlif illərdə dünyanın bir çox ölkələrinin orden və medalları ilə təltif edilmişdir.
Mirzə Rza xan vaxtilə Tiflisdə rus dilində kiçik bir kitab nəşr etdirdirmişdir. Bu kitabda öz həyatının ayrı-ayrı anlarından söhbət açır. Onun bu yeganə kitabından məlum olur ki, həddsiz dərəcədə xeyirxah, humanist, nəcib bir şəxsiyyət olub.
Kitabı oxuduqda məlum olur ki, onun həyatında qəribə, taleyüklü hadisələr çox baş verib. Bunlar barəsində də o öz kitabında nəql edir.
Onun Tiflis ilə və Çonkadze küçəsi ilə əlaqədar olan yerlərini «Region press» qəzetinin oxucularına çatdırmaq istəyirəm...
...«Tiflisdə rus dilini öyrəndiyim vaxtlar pansionda yaşayırdım. Rus dili dərslərinə Vano Əlixanov adlı balaca oğlan gəzirdi. O, hər dəfə gələndə özü ilə konfetlər gətirərdi və öz dostlarına paylayardı. Onlar arasında mən də vardırm. Bir dəfə mənə konfet verən zaman xanım Stasyuleviçdən dərs alan və nədənsə məndən xoşu gəlməyən bir qız Vanoya dedi: Tatara məgər konfetlər vermək olarmı?..»
Balaca Vano ona tərəf çevrildi və tam ciddiyyəti ilə cavab verərək dedi: «Ona niyə konfetlər verməyim? Nə vaxtsa o, konsul olacaq və Tiflisdə yaşayacaq. Sornra öz evində şahın anadan olduğu günü qeyd edəcək, atəşfəşanılq təşkil edəcək, məni ziyafətə dəvət edəcək və şirniyata qonaq edəcək!»
Təxminən 20 ildən sonra mən yenə də Tiflisə qayıtdım, amma bu dəfə bir baş konsul kimi. İlk dəfə şahın anadan olduğu günü qeyd edəndə balaca oğlanın sözləri yadıma düşdü. Əla bir ziyafət təşkil etdim. Vano Əlixanovu arayıb axtardım və evimə dəvət etdim. Evimin eyvanından atəşfəşanılğı birgə seyr edir və şirniyyat yeyridik. Məhz elə bu an ona kim olduğumu dedim və onun irəlicədən söylədiklərinin möcüzəli şəkildə baş verdiklərimi xatırlatdım».
Mizə Rza xan bu evdə tez-tez ziyaətlər verirdi. O dövrün elitası buraya yığılışırdılar.
Onun həyatından bu ev ilə əlaqədar olan daha bir epizod:
«Bir dəfə gecəyarısı eyni zamanda mənim evim olan konsulluğa qayıtdım. Binanın girəcəyində döşəməyə sərilən və yuxuya gedən bizim kuryer Məmmədəlini gördüm. Xidmətçidən bunun səbəbini soruşanda, mənə cavab verərək dedi ki, həyat yoldaşı ilə dalaşıb və evdən çıxıb gəlib. Burada sığınacaq xahiş etmək üçün bura gəlib və məni gözləyərək skamda yuxuya gedib. Sonra sürüşüb və buna görə döşəmədə yatıb.
Çox əsəbiləşdim və onu oyatmaq istədim, lakin nəcib hisslər hirsimi üstələdi. Fikrimdən vaz keçdim. Bayırda güclü şaxta idi və qova bilmədim, yazığım gəldi. Onunla danışığımı səhərə təxirə saldım və yatmaq üçün öz otağıma qalxdım. Qapını içəridən açarla bağladım. Yuxuda halım çox pisləşdi. Bərk baş ağrıları hiss etdim və oyana bilmədim. mənə elə gəlir ki, qışqıra bildim və huşumu itirdim.
Səhəri özümə gəldim. Mənim evimin bağında, yerdə otururdum. Başının ütsündə Məmmədəli dayanmışdı və narahatçılıqla mənə baxırdı. Məlum olduğu kimi, xidmətçi buxarının borusunu erkən bağlayıb və tütstü mənim evimə dolub. Xoşbəxltikdən mənim qışıqırığımı Məmmədəli eşidib və qapını qıraraq içəri girib, məni xilas edib.
Ani olaraq dərk etdim... Gecə onu oyatsa idim və bayıra qovsa idim, indi ölmüş idim!»
Onun bütün xatirələrindən görünür ki, yaxşılıq itmir. Mirzə Pza xan bir çox tiflislilərə yardım edib. Bir dəfə qızmar havada, günəş altında küçədə işləyən fəhləni görür.
Mirzə ondan gündə nə qədər qazandığını soruşur. Aydın olur ki, həmin oğlan bütün günü beş qəpiyə işləyir və bu pulu təhsil üçün yığır. Mirzə Rza xan ona təhsilini başa vurana kimi ayılıq məvacib təyin edir.
Oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, bu yaxınlarda həmin kitabı tərcümə edərək öz hesabıma kitab şəklində nəşr etmək niyyətindəyəm. Bununla da şübhəsiz, fəxr ediləsi bir soydaşımızın ruhunu şad etməkdən məmnunluq duya bilərəm.
Mirzə MƏMMƏDOĞLU,
Tbilisi
1. Çonkadze küçəsində olan binadan bir görünüş
2. Borjomidəki «Firuzə» binası
3. Mirzə Rza xan İrəvani
4. Onun oğlu Ərfəüddövlə Həsən xan