manera.az
manera.az

"Ailə pedaqogikası"- YENİ NƏŞR

"Ailə pedaqogikası"- YENİ NƏŞR
Ailə dövlətin təməli olduğu kimi, insanlığın, bəşəriyyətin də davamı üçün çox önəmli bir ünsür, hamının rahatlıqla sığınıb isindiyi bir ocaqdır.

Ailə kiçik bir dövlət hesab edilərək cəmiyyətin əsasını təşkil edir. Ailə məsələsi bütün dövrlərdə insanları, dövlətləri düşündürən, onlar üçün hər şeydən zəruri olan bir məsələdir. Onun necə olması, hansı təməllər üzərində qurul-ması, inkişafı, övladların tərbiyəsi millətin və dövlətin gələcəyinin əsas şərtlərindəndir. Ailə elə bir qurumdur ki, burada ailə üzvləri bütün tərəfləri və cəhətləri ilə əhatə olunmuşdur.

Bütün şəxsi, mənəvi, əxlaqi keyfiyyətlər öncə ailədə formalaşır. Ailənin şəxsiyyətin inkişafında, böyüyən insanın taleyində əhəmiyyəti çox böyükdür. Ailə cəmiyyətin insan qruplarının ilkin mərhələsi olub ər-arvadı, uşaqları öz ətrafında birləşdirən insan qrupudur. Hər bir insanın mənəvi keyfiyyətləri, davranışının ilkin cəhətləri ailədə formalaşır, xüsusilə - xeyirxahlıq, diqqətlilik, qayğıkeşlik, böyüklərə, valideynlərə hörmət, kiçiklərə qayğı, sadəlik, təvazökarlıq, düzlük və doğruçuluq, əməksevərlik, vətənpərvərlik kimi mənəvi, əxlaqi keyfiyyətlərin tərbiyə olunması ailədə formalaşır.

Qloballaşan cəmiyyətimizdə gündən-günə artan və diqqəti cəlb edən həyat hadisələri onu göstərir ki, müxtəlif amillərin təsiri nəticəsində ailə tərbiyəsi sistemində problemlər, çətinliklər əsaslı dəyişikliklər baş verməkdədir. Uzun əsrlər boyu milli-mənəvi dəyərlərə bağlılığını qoruyub saxlamış ənənəvi ailə məfhumunun bəzi hallarda erroziyaya uğraması prosesi də nəzərə çarpır. Bu xoşagəlməz dəyişmənin əsas səbəbləri kimi sosial-iqtisadi çətinlikləri, azuşaqlı və təkuşaqlı ailələ-rin sayının artmasını, yeni qurulmuş ailələrin təcrübəli valideynlərdən çox tez ayrılaraq müstəqil həyata erkən başlamalarını, sosial amilləri və ən əsası gənclərin ailə qurumu mövzusunda az biliyə sahib olmalarını göstərmək olar.

Bu günlərdə prof.R.L. Hüseynzadənin və dos.L.Z.Allahverdiyevanın ADPU-nun mətbəəsində çapdan çıxmış "Ailə pedaqogikası" adlı dərsliyini çox əhəmiyyətli və dəyərli hesab edirik. Dərsliyin redaktoru, prof. Oruc Həsənli, rəyçiləri isə prof. İsmayıl Əliyev, prof. Akif Abbasov, prof. Hikmət Əlizadə, prof. İramin İsayev, dos.Vahid Rzayevdir.

“Ailə pedaqogikası” pedaqogika elminin mühüm bir sahəsini təşkil edir. Tərbiyə işində çox mühüm mərhələ hesab edilən ailə tərbiyəsi öz aktuallığı ilə daim diqqət mərkəzində olmuşdur. Məhz bu baxımdan pedaqoji təmayüllü ali məktəblərdə və ya fakültələrdə bakalavr təhsil pilləsində tədris olunan “Ailə pedaqogikası” fənninin tədrisi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, gələcəkdə valideyn olmağa hazırlaşan gənclər bu fənni öyrənərkən ailə etikasına, ailə etikasının tələblərindən irəli gələn məhəbbətə, nikaha və ailəyə, ailə münasibətlərinə, nikahın uğur-lu və ailənin möhkəm olmasına, ailədə qarşılıqlı münasibətlərin qurulmasına, uşaqların tərbiyəsi və təhsilinə, vətənin ləyaqətli vətəndaşları kimi yetişdirilməsinə ciddi və məsuliyyətlə yanaşmaq adəti və qabiliyyəti formalaşdırmaq barədə fikirlərlə tanış olurlar.

Bu dərslik demək ki, əsasən gənclər auditoriyası üçün nəzərdə tutulmuşdur. Hansı ki bu auditoriyanın gənc övladları ailə həyatına hazırlaşır, gözəl ailə quraraq vətən üçün layiqli vətəndaşlar yetişdirəcəklər. Bu cəhətdən "Ailə pedaqogikası" dərsliyi gənclərimiz üçün çox dəyərli, əhəmiyyətli bir kitab olaraq bir istiqamətverici, bir yol göstəricisi və yeri gələndə də bir öyüdləyici kitabdır.

Bu bir dəyərli dərslik olaraq müəllimlərimiz üçün məlumatverici, maarifləndirici bir kitab, bilik mənbəyidir. Bu dili aydın, səlis, ailə həyatından götürülmüş nümunə və təcrübələrlə zəngin olan bir kitabdır. Maraqlı cəhətlərdən biri də budur ki, dərslikdə ailə tərbiyəsi ilə bağlı müsbət nümunələrin verilməsi ilə yanaşı, həm də yanlış tərbiyə nümunələri, səhv tərbiyə üsulları da verilmişdir. Verilən nümunələr isə demək olar ki, hər bir ailədə başa verə biləcək hadisə və təcrübələrdir.

"Ailə pedaqogikası" dərsliyində ailə tərbiyəsinin, ailə həyatının, ailə münasibətlərinin demək olar ki, bütün sahələrinə toxunulmuşdur. Belə ki, dərslikdə bir çox sahələr geniş şərh edilmiş, bəzi sahələr isə az şərh edilmiş, bəzən də bəhsə uyğun nümunə və təcrübələr verilmişdir. Dərsliyin mündəricatına xüsusilə fəsillərə baxsaq, dərslik haqqında müəyyən təsəvvürlərə malik ola bilərik: I fəsil. Ailə və onun xüsusiyyətləri; II fəsil. Ailədə uşaqların tərbiyəsinin təşkili. III fəsil. Hərtərəfli şəxsiyyət yetişdirmək ailənin əsas məqsədidir. IV fəsil. Mədəni vərdişlərin formaları və uşaqlarda tərbiyə olunma imkanlar; V fəsil. Şəxsiyyətin inkişafi və ailədə uşağın sosial inkişaf şəraiti; VI fəsil. Məktəbin ailə ilə əlaqə formaları.

Sonda istifadə edilmiş ədəbiyyat verilmişdir.

Hər fəsil bir neçə yarımfəsildən ibarətdir. Tələbələrin müstəqil çalışması üçün hər yarımfəsildən sonra suallar, tapşırıqlar və istifadə üçün ədəbiyyat siyahısı verilmişdir.

Göründüyü kimi dərslik geniş və əhatəli işlənmişdir. Bu dərslikdən nəinki tələbələr, nəinki müəllimlər, həmçinin ailə həyatına hazırlaşan hər bir gənc üçün əhəmiyyətli və dəyərli bir kitabdır. Bu dərslik habelə ailə tərbiyəsində çətinlik çəkən, övladları ilə düzgün ünsiyyət və münasibət qura bilməyən valideynlər üçün də faydalıdır. Bu dərslik hamı üçün gərəkli və əhəmiyyətlidir.




Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI