Mehman Qaraxanoğlu - Təsbeh diktaturası..

MANERA.AZ Mehman Qaraxanoğlunun "Mirzə Cəlil qəhrəmanları yeni traktovkada" silsiləsindən növbəti şeirlərini təqdim edir.
Yaşasın hürriyyət!
“O taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək ... belə zadlar gələr; yoxsa, vallah, mən ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələ. Heç bu tərəflərdə hürriyyət alış-veriş eliyəni də mən eşitməmişəm.”
“İranda hürriyyət” hekayəsi
Nə yaxı ki,
Hürriyyətin nə olduğunu bilmədin, Kərbəlayı Məmmədəli!
Ürəyini sıxma,
Heç XXI əsrin tənqidçiləri də bilmir...
Guya bu hekayədə
Gerilik,
Savadsızlıq
Avamlıqdan söhbət gedir.
Guya bu hekayə hürriyyətnamədir,
Guya bu hekayə
Ailə tragikomediyasıdır...
Absurddur!!!
Təkcə məktubları səhv-dəyişik salmır
Məşədi Molla Həsən.
Həm də guya hürriyyətin yerini
Səhv-dəyişik salır “ustalıq”la.
Necə deyərlər,
Toplananların yerini dəyişsən də, cəm dəyişməz;
O tay, ya da bu tay,
Şimal, ya da cənub,
Lap okeanın o tayı,
Fərq eləməz,
Dünyada yoxdur hürriyyət!
Gördünüzmü,
Pərnisa ilə Kərbəlayı Məmmədəlinin kiçik bir “hürr” hekayətini
O tayda qoyub gəldiyi arvadı və arvadının qardaşı
Necə daş-qalaq edib qovur həyətdən?!
Ustad simvollarla deyir ki,
Hürriyyət payı nə o taydan bu taya gələr,
Nə də bu taydan o taya gedəsi deyildir!
Olsa,
Eyni sürədə
Bütöv Azərbaycanda olmalıdır hürriyyət!!!
Təsbeh diktaturası
“Nəzərəli xan İkramüddövlə belə qayda qoymuşdu: qabaqca fərraş gəlib rəiyyətdən bir şey istərdi. Əgər rəiyyət verdi, verib, əgər vermədi, fərraş bir-iki şallaq çəkib qayıdardı xanın üstünə və ikinci dəfə xanın təsbehini gətirərdi. Bu dəfə əgər o hökmə əməl olundu, olunub, olunmadı — dəxi fərraş ixtiyar sahibidir; yəni o qədər ixtiyar sahibidir ki, əgər xəncərin çıxardıb "yox" deyənin boynunu vursa, dəxi bilmirəm nə olar və yəqin də heç bir şey olmaz.”
“Xanın təsbehi” hekayəsi
Təsbeh zikr üçün yaranıb, Ustad -
Dua “dənəcik”ləri...
Və ya duaların sayılması üçün...
Onun hər muncuğunu
Tanrı gözləri kimi yozanlar da vardır -
Bu qədər gözlərlə bəs hara baxır Tanrı?!
Təsbeh həm də incəsənət faktıdır;
Alman rəssamı Albert Dürerin
Bu adda bir rəsmi də vardır:
“Təsbh bayramı!”
Məryəm də, körpə İsa da ordadır...
Təsbehin ilkin təyinatını da dəyişdik, Ustad.
Pravoslavlarda “Tanrı qalxanı”
Tanrı dəyənəyinə çevrilib bizdə...
“Kamança”nın naqis təhlilçilərinə
Guya musiqi oyadır Qəhrəman yüzbaşının ruhunu,
Guya musiqinin sehridir
Onu özünə qaytaran.
Guya sülh ənənəsini qoyan əsərdir “Kamança!”
Yalansa,
Qəhrəman yüzbaşının daşı düşsün başınıza!
Biryolluq bilin:
XVIII əsrdən
Ötən əsrin 20-ci illərinəcən,
20-ci illərindən ta günümüzəcən,
Günümüzdən də növbəti əsrlərəcən
Erməni haramzadələrin başımıza gətirdiyi,
Və gətirəcəyi əksər faciələrin etnopsixoloji kodları
Şifrələnib bu əsərdə!
Baxın,
Erməni kamançaçı çolaq Baxşı, tar çalan Qriqorla
Zülfüqarbəyin oğlunun toyundan gəlir!
Eşitdinizmi?
Zülfüqarbəyin!
Qriqor qaçıb çıxır aradan,
Şikəst Baxşı keçir ələ.
Ən qəddar düşmən olsa belə,
Şikəstə, çolağa, axsağa
Xalqımız, sizcə, əl qaldırarmı?
Bu da Qəhrəman yüzbaının reaksiyası:
“Çox әcәb, çox әcәb. Siz gedin müsәlmanların toyunda plov yeyin, axmaq müsәlmanların pullarını doldurun cibinizә, Qazançı ermәnilәri dә gecә xәlvәtcә tökülsünlәr müsәlman kәndlәrini yandırsınlar.”
Bilin!
Biryolluq bilin!!!
Bu gün də ermənilərə nə verirsinizsə verin,
Lap barmaqlarınızı bala batırıb soxun onların ağızlarına!
Şərəfsizlər yenə deyəcəklər:
Acıdır, acı...
Bəs buna nə deyirsiniz?
“...Yekә-yekә danışma! Hәyә sәn kişi idin, binәva Suleymanbәyә vaxtında patron yetirә idin, darda qalmayaydı...”
Necə də tanış səhnələrdi -
I və II Qarabağ döyüşlərində
Belə hallar azmı olub?!
“Sizin gәrәk toxumunuzu yer üzündәn kәsәm!”
Bu, Qəhrəman yüzbüının sözüdür.
Bu da:
“Dünәn Qazançı ermәnilәri bizim Sarvanlardan dörd nәfәr elә bir igid oğlanlar öldürüblәr ki, dörd yüz sәnin kim çolaq ermәni öldürsәk, genә әvәzi çıxmaz.”
Amma və lakin...
Kamança da bizim,
Çolaq Baxşının çaldığı Rast havası da,
Şikəsdəyi-farsi də,
Segah-zabil də bizim,
Yalnız kamança örtüyü o bədnam tayfanındır...
Qəhrəman yüzbaşını eşidək yenə:
“Hәlә buna bax, sәn allah! Dünyada bir haramzadalıq qalmadı ki, öyrәnmәmiş olsunlar. Şeytana papaq tikirlәr. Bu çolaq da kәmәnçәni bağrına basıb, gör nә әmәllәrdәn çıxır.”
Kamançanın özü də erməni üçün bir örtük, bir maskadır.
Sadəcə,
Baxşının çaldığı doğma havalar
Qəhrəman yüzbaşının ölən dostlarını
Daha ağrılı və dramatik bir halətdə salır yadına...
Yetər!
Əsərin real analizini atıb bir tərəfə
Milli musiqidən danışmağınız yetər!
Yetər!
Əsərdə xırda bir detaldır kamança...
Bir anlıq fərz edək ki,
Baxşı Azərbaycan toylarında oxuyan bir erməni müğənnisidir,
Onda nə deyəcəksiniz?
Durub xanəndəlik sənətindən danışacaqsınız?!
Yetər!
“...Ermәni, bir de görüm bizdәn nә istәyirsiniz? Sәnnәn söz soruşuram ey, niyә dinmirsәn? Kar deyilsәn ki! Bir de görüm, bizdәn niyә әl götürmürsünüz?”
Ustad iki cavabsız sual qoyub bizim üçün:
Bizdәn nә istәyirsiniz?
Bizdәn niyә әl götürmürsünüz?”
Yüz illərdir bu sualara cvab yoxdur!
Heç nə istədiklərini özləri də bilmirlər!
Və heç zaman da bizdən əl götürməyəcəklər!!!
Niyəsini yalnız “iblisi-məlun” (Sabir) bilir!
İndi anladınızmı
Niyə böyük Məmməd Əmin Rəsulzadə bu əsəri
Milli ruhun keşiyində duran əsər adlandırıb?!
Yetər!
“Kamança” haqda cəfəng şeylər uydurmağınız yetər!
Beyinlərə yeritməyin ki, biz əmin-amanlıq istəyirik!
Yetər!
Guya erməni Baxşının çaldığı kamança olmasaydı,
Qəhrəman yüzbaşı durub ermənini parça-parça edərmiş.
Guya Qəhrəman yüzbaının daxilində ikinci insanı oyadır kamança!
Yalansa,
Qəhrəman yüzbaşının daşı düşsün başınıza!!!
10.02-16.02.2026