manera.az
manera.az

"...və SƏN" işıq üzü gördü

📅 04.09.2025 14:38

"...və SƏN" işıq üzü gördü
Həmkarımız, tanınmış şair-publisist Əbülfət Mədətoğlunun növbəti kitabı oxuculara təqdim edilib.

MANERA.AZ xəbər verir ki, 368 səhifəlik kitabın redaktoru və Ön sözün müəllifi Fəridə Rəhimlidir.

Redaktor vurğulayır ki, “Kitabı haqqında yazmaq istədiyim insan qəlbi sevgi dolu olan, həm şəxsi həyatı, həm yazıları ilə içindəki sevgini paylaşmağa, bölüşməyə həmişə hazır olan biridir – Əbülfət Mədətoğludur”.

Şairin son illərdə yazdığı və müxtəlif mövzuları əhatə edən “...VƏ SƏN” “Adiloğlu” nəşriyyatı tərəfindən çap olunub.

Nəfis şəkildə oxucu qarşısına çıxarılan kitab işinin peşəkarı olan naşir Zaur Qafarzadə tərəfindən nəşriyyat xeyir-duası alıb.

Müəllifi təbrik edir və inanırıq ki, o, bu kitabı ilə də oxucularını sevindirəcək.


Baxış sayı - 380 | Yüklənmə tarixi: 04.09.2025 14:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31