manera.az
manera.az

“25-dən 26-na keçməyən gecə” kitabı çap olunub

📅 26.02.2025 19:15

“25-dən 26-na keçməyən gecə” kitabı çap olunub
Şair-jurnalist Vasif Əlihüseynin Xocalı faciəsindən bəhs edən yeni kitabı işıq üzü görüb.

MANERA.AZ xəbər verir ki, “25-dən 26-na keçməyən gecə” adlı kitab “Qanun” nəşriyyatında çapdan çıxıb.

V.Əlihüseyn saytımıza açıqlamasında bildirib ki, bu kitabda o, Xocalı faciəsi ilə bağlı yazdığı müsahibə və açıqlamalarını toplayıb:

“Kitab Cənab Prezidentin Xocalıda sakinlər qarşısında çıxışı ilə başlayır. Bunun ardınca isə məşhurların, ictimai xadimlərin Xocalı faciəsinə münasibətini öyrənmişəm. Ardıyca isə kitabda Xocalı faciəsi zamanı əsir düşən və o gecənin şahidi olan şəxslərdən aldığım müsahibələr yer alıb. Öz yazılarımla yanaşı, Xocalı faciəsi ilə bağlı vacib məlumatlara da kitabda yer vermişəm”.

Müəllif bildirib ki, 300 tirajla çap olunan kitab heç bir mağazada satışda olmayacaq. Kitabı əldə etmək istəyənlər birbaşa onun özüylə əlaqə saxlaya bilərlər.


Baxış sayı - 259 | Yüklənmə tarixi: 26.02.2025 19:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031