manera.az
manera.az

Avropa və biz - Bəylər Əliyev yazır..

📅 13.02.2025 19:07

Avropa və biz - Bəylər Əliyev yazır..
Hər bir azərbaycanlı həyat tərzi, məişəti, davranışı, geyimi və s. ilə özünü avropalılara bənzədir və bunu insan sivilizasiyasının tərəqqisi hesab edərək fəxr edir. Hətta tez-tez "Avropaya" istinad edərək padio-televiziyada, mətbuatda, nitqi­mizdə onu "Qoca qitə" adlandırırıq. Əlbəttə, bu bö­yük savadsızlıq əlamətidir. Avropa heç də "qoca," "qədim" və s. deyil.

IV-V min illik insan sivilizasiyasının beşiyi Misir, Hindistan və Çin hesab edilsə də, biz də fəxrlə deyə bilərik ki, Azərbaycan da qədim sivilizasiya məkanıdır. Belə deməyə bizə ən qədim insan məskənlərındən olan "Azıx" mağarası, Qo­bustan rəsmləri və Vətənimizin digər qədim insan məskənləri əsas verir. Xüsusi ilə qeyd etmək la­zımdır ki, Qobustan təsvirlərində gördüyümüz "Yallı rəqsi", "Qaval daş", "Həsir" və s. təsvirləri bu günə kimi bizim xalqımız yaşadır və biz də dünyanın ən qədim xalqı olmağımızla fəxr edə bilərik...

İndi Avropa haqqında. Orda qədim insan məskənlərı Cənubi Avropada və Balkanlarda olub. Özlərinin dediklərinə görə ən qədimi, bizim eradan əvvəl V-VII əsrləri əhatə edir. Müasir "aparıcı" Avropa ölkələrinin ərazilərində heç bir qədim tarixi abidə mövcud deyil və onlar haqqında heç bir tarixi məlumat yoxdur. O ərazilər qədim tərə­kəmə türk tayfalarının otlaq əraziləri olub. Onlar oturaq həyat sürmədikləri üçün, yaşayış məskənləri salmamışlar və buna görə heç bir "nişanələri" qalmayıb...

Zaman-zaman türk tayfalarını Avropadan sıxışdırıb çıxarmışlar. İkinci min illiyin ortalarında monqol-tatar işğalından azad olduqdan sonra türk tayfaları Volqa çayının şərqinə sıxışdırılmış və XIV əsrin ikinci yarısında "Kiyevskaya Rus" on­ların qalan ərazilərini quldur Yermakın dəstəsi vasitəsi ilə işğal etmişdir.

Onu da qeyd edim ki, türk tayfaları həmişə sülhsevər olublar. Onlar heç kimin varına, dövlə­tinə, torpağına və s. göz tikməyiblər. Bu sülhse­vər­liyi onlara çox baha başa gəlib. Belə ki, sakit həyat sürmələri avropalıları və digərlərini onların torpaq­larına yürüş etmək arzusuna salıb və bəzi hallarda, xüsusi ilə Afrikada, Asiyada, Sibirdə, Qafqazda, Krımda və s. buna nail olublar. Lakin birinci dünya müharibəsi dövrü Türkiyənin üzərinə qarğa-quz­ğun kimi tökülən avropalılar Çanakqalada layiqli cavab alandan sonra, bu fikirdən əl çəkdilər...

Avropada ilk insan məskənləri sayılan Yu­nanıstan, Makedoniya, İtaliya, Albaniya və s. əra­zilərdə, xris­tian dinindən V-VII əsr əvvəl yaranıb­dır. Bu döv­lətlər haqqında "Qədim dünya tarixi" fənnindən kifayət qədər məlumatlıyıq...

Qərbi və Şimalı Avropa tarixi orta əsrlərdən başlayır. Həmin dövlətlərin əhalisi burada Cənubi Avropada yaşamış, Vatikanı təbliğ edən xristian dininə mənsub xalqlar köç edib, məskunlaşıb və şəhərlər salmışlar. Avropa tarixində bu hadisə "Bö­yük köç" adlanır. Onların içindən "Kiyevskaya Rus" daha əvvəl, birinci min illiyin sonlarında məs­kunlaşmış xristianlığı qəbul etmişlər.

Orta əsrlərdə "köç" edən avropalıların əc­dad­ları ovçuluq və balıqçılıqla yanaşı türk tayfaların­dan nümunə götürərək heyvandarlıqla (xüsusi ilə qoyunçuluqla) məşğul olmağa başlamışlar.

Bu məşğuliyyət bütün Avropaya yayılır və qısa müddətdə insanları "sıxışdırmağa" başlayır, sıravi insanlar məhv olmaqdan canlarını qurtarmaq üçün Avrondan qaçmağa başlayır... Bu tarixi dövr­dən bir kəlam hələ də qalmaqdadır: "Ovtsı poji­rayut lyudey" (Qoyunlar insanları yeyir...)

Bu dövrdə insanlar Avropadan bütün dün­yaya səpələnir. Onlar Şərq ölkələrindən çox Afri­kaya və yəni kəşf olunmuş Avstraliyaya köç edir­lər. "Yaşıl qitə" adı Avstraliyaya elə bu dövrdə ve­rilib və avropalılar heyvandarlıq məşğuliy­yət­lərini bu qitədə indi də davam etdirirlər...

İslam dininin meydana gəlməsini avropalılar çox qısqanclıqla qəbul edir və potensial təhlükə mənbəyi kimi baxırdılar. Bu əbəs deyildi. Xilafət dinin təbliği adı ilə hər tərəfə yürüşlər təşkil edirdi. Bu yürüşlər Avropaya da edilirdi, lakin onlar çox faydasız olurdu, çünki Vatikan bütün xaçpərəst millətləri birləşdirərək güclü müqavimət göstərir­dilər və özləri "Xaç yürüşləri" təşkil edirdilər. Bu müharibələr on illərlə davam edirdi. Onlardan biri "Yüz illik" müharibə adı ilə tarixə düşüb.

Xilafət tarixə qovuşandan sonra yürüşlərin əksəriyyəti, bir müsəlman ölkəsi kimi, türklərin üzərinə olub. Türkiyə bu hücumları məharətlə dəf edib və qüdrətli "Osmanlı imperiyasını yaradaraq əsrlərlə Avropanın böyük bir hissəsinə ağalıq edib.

Osmanlı imperiyasının nəzdində avropalıların Yaxın Şərqə səpələnməsi, Şərq dövlətlərinin mə­dəniyyəti və elmi nailiyyətləri ilə tanışlıq av­ropalılarda maraq oyatmışdır. Bizdən fərqli olaraq, onlar öyrənməklə bərabər, Şərq təfəkkürlərinin ir­sini toplamağa başladılar və bütün əldə edilmiş kitabları Vatikana toplayırlar. Burada avropalılar o kitabları oxuyub öyrənirlər. Bunun üçün onlar dün­yada ilk dəfə olaraq, təhsil ocaqlarında şərqşü­nas­lıq fakültələri açdılar və şərq dillərini öyrən­di­lər. Əsrlər keçməsinə baxmayaraq, müasir dövrdə biz qədrini bilmədiyimiz təfəkkürlərimizin adlarını, ki­tablarını və s. oradan tapırıq, gec də olsa, öyrə­nirik və lazımi qiymət verib dəyər­ləndiririk.

Bizdən fərqli olaraq, avropalılar bu kitabları kifayət qədər öyrənib faydalanıblar və bəzilərini "özəlləşdiriblər". Məsələn: Şərqin görkəmli alim, filosof, həkim İbn Sina (Abu Əli Hüseyn ibn Abdulla) özəlləşdirilərək Avropada latınlaşdırılmış Avisənna adı ilə dünyaya tanıtmışdılar. Məşhur Azərbaycan alimi. riyaziyyatçısı, astronomu . N.Tu­sinin yazdığı kitabları dünyanın müxtəlif ölkələrində və böyük əksəriyyəti Avropada sax­lanılır. XIII əsrdə N.Tusi "Zuğ Elxani" kitabında Yer kürəsinin coğrafi koordinat cədvəlini tərtib etmişdir və dünyanın ən məşhur 256 şəhərinin yerləşdikləri koordinatlarını, özü əsasını qoymuş triqonometriya və həndəsə elminin vasitəsi ilə tə­yin etmişdir. N.Tusi kitabında qeyd etdiyimiz cədvəllə və hesablamaları vasitəsi ilə avropalılar onun göstərdiyi nöqtədən Amerika qitəsinə ekspe­disiyalar təşkil edib, onu kəşf et­mişdilər. N.Tusi riyaziyyat, həndəsə, triqo­nomet­riya, astronomiya və s. cədvəlləri Avropa alimlərini 400-500 il qa­baqlamışdır...

Onlarla belə misallar çəkmək mümkündür ki, biz avropalılardan "öyrəndiklərimizdən" çox onları "öyrətmişik". Fərq ondadır ki, biz tarix boyu dahi­lə­rimizi dinləməmişik, öyrənməmişik və unutmu­şuq. Bu "ənənə" müasir dövrümüzdə də davam edir. Məsələn: bütün dünya azərbaycanlı alim Lütfi Zadənin kəşflərindən faydalanır biz onu heç mükəmməl tanımırıq...

Avropalıların "siyasəti" barıt kəşf ediləndən sonra kəskin dəyişdi. Avropalılar təfəkkürlərimizin irsini toplamaqla bərabər işğalçılıq siyasəti yerit­məyə başladılar. Bu siyasəti onlar Avropada, Afri­kada, Şərqi Asiyada və Amerikada reallaşdı­rırdılar. İşğalçılıq "fəaliyyətlərində" kütləvi qırğın­lar törə­dirdilər: millətləri və tayfaları yer üzündən silir­dilər. Onları heç kim qınamırdı və "cəzasız" qal­dıq­ları üçün özlərini "dünyanın ağası" hesab et­məyə başladılar...

Onu da qeyd edim ki, bu yaxınlarda Azər­baycanımızın Aran zonasında aparılan arxeoloji qazıntılar zamanı barıt qabı tapılmışdır və arxeo­loqların dediklərinə görə o dünyada mövcud olan barıt qablarından ən qədimidir. Belə fikir söyləmək olar ki, barıt Azərbaycanda kəşf edilib. Bunu sübut edən fakt kimi elimizin dəyərli mədəniyyət incisi olan "Koroğlu" dastanının bir boyunda barıtın, tüfəngin kəşfi haqqında verilən məlumatdır. Ko­roğlu eşidir ki, barıt və tüfəng yaradıblar. O tü­fəng­lə ova gedən bir kəsdən xahiş edir ki, kəndli­nin öküzünə atəş açsın. Atəşdən sonra kəndlinin öküzünün öldüyünü görən Koroğlu kəndliyə ökü­zün on qat pulunu ödəyərək deyir: "Tüfəngin dün­yaya gəlməsindən sonra qoçaqlıq, igidlik, mərdlik və s. yoxa çıxacaq. Ən cılız adam da kolun dalın­dan ən igid adamı da məhv etməyi bacaracaqsa hansı kişilikdən, igidlikdən, mərdlik­dən və s. söhbət gedə bilər?.." Bundan sonra Koroğlu Çənli­belə çəkilir və bir daha onu görmürlər... Dünyada analoqu olmayan faktdır!

Ola bilsin ki, bu "kəşf"i avropalılar bizim ədiblərimizin birinin kitablarından "götürüblər"... Koroğlu haqlı imiş. Barıtın sirlərini öyrənən avropalıların "azğınlıqları" daha da geniş vüsət alır.

Onu da deyim ki, avropalılar Şərq ədiblərinin kəşflərindən və ixtiralarından faydalandıqca, təh­silə yüksək dəyər verməyə başladılar, Avropanın müxtəlif ölkələrində elmi cəmiyyətlər yaratdılar. Hər bir insan o cəmiyyətdə öz fikrini sərbəst ifadə etmək hüququna malik idi. Dəyərli fikrə rəvac verilirdi, bu fikirlərin reallaşmasına dövlət və bö­yük şirkətlər dəstək verirdilər, qrantlar ayırırdılar. Nəticədə millət və cəmiyyət qazanırdı. İndi də avropalılar və onların şirkətləri dünyanın hər bir yerindən dəyərli fikrə malik insanlara qiymət ve­rirlər və nadir "tapıntı" hesab edib, yüksək məva­ciblər və qrantlarla təmin edərək, fəaliy­yətlərində iştirak etməyə dəvət edirlər. Onların arasında kifa­yət qədər soydaşlarımız da var. Bizdən fərqli ola­raq onların alimlərinin işlərinə əmi-dayı hesabına ad verilmir və arxivlərdə toz basmır. "Ad" alandan sonra, yəni elmi dərəcə alandan sonra, onlar elmi pillələrdə "kreslo" yiyə­lənib, ömürlük məvaciblə tə­min olunurlar və "ye­nilikli" gənclərdən qorxaraq ki, "kreslosuna" sahib çıxar, elmdən "didərgin" sa­lır­lar. Bəziləri elmlə bərabər, Vətəni də tərk edir­lər...

Avropalılar isə yenilikləri uyğun sahəyə operativ tətbiq edirlər və bu müasir elmi tərəqqiyə səbəb olur. Avropalıları irəli aparan faktor budur!..

Ən çox biz Avropanı demokratiya, söz azad­lığı, hüququn və ədalətin beşiyi adlandırırıq. Bütün Yer kürəsinin sakinləri Avropanı "azad məkan" kimi tanıyırlar. Əlbəttə bu yanlış fikirdir. Unutmaq lazım deyil ki, iki dünya müharibəsini məhz av­ropalılar "alovlandırıblar" və üçüncü dünya müha­ri­bəsinin astanasındayıq. Bu müharibə Avropanın hüdudlarından kənar olacaq. Müasir dövrdə müsəlmanların başına gətirilən müsibətlər "Parçala və ağalıq et!" siyasətini tətbiq edərək, ərəb ölkə­lərinin bir qisminə "kökə" təklif edir, digərlərinə-qapaz... Ərəblər bunu başa düşəndə gec olacaq !..

Avropalıların ikinci "ağalıq dövrü" atomun kəşfindən sonra başlayır. Atom bombası vasitəsi ilə onlar dünyanı qorxu içində saxlayırlar və istə­yirlər ki, bu silah, onlardan başqa heç kimdə olma­sın... Avropalılar dünya ilə bərabər bir-birinə də ağalıq etmək iddiasındadırlar. Tarixdə belə id­dialar dəfələrlə səslənsə də, müasir dövrdə, ilk belə fikir Hitler Almaniyasından gəlir. ikinci dünya mü­ha­ribəsindən sonra belə iddia ilə Amerika yaşayır və bu günə qədər davam edir...

Onu da qeyd edim ki, avropalılar məq­səd­lərinə çatmaq üçün heç bir iyrənc "metoddan" çə­kinmirlər və amansızlıqlarının həddi yoxdur. On­ların amansız olmasını əsrlər boyu ən çox yəhu­dilər hiss edib. Onlar Avropaya Yaxın Şərqdən qa­çaraq dindaşlarına pənah gətirmələrinə baxma­yaraq, zaman-zaman qırğınlara məruz qalıblar. Ən böyük qırğınları ikinci dünya müharibəsi dövründə olub. Dəqiq olmayan hesablamalara görə, həmin dövr Avropada, əksəriyyəti Almaniyada olmaqla, altı milyondan çox yəhudi məhv edilib...

İndi Avropaya müsəlman ölkələrindən qaçqın axını səngimir. İnsanlar sakit və firavan həyat ax­ta­rışı ilə Avropaya üz tutsalar da, kim zəmanət verər ki, onları yəhudilərin taleyi gözləmir?..

Qeyd edim ki, avropalılar müxtəlif heyvan­ların hüquqlarının müdafiə komitələri yaradaraq, özlərinin humanist olduqlarını göstərirlər. Həmin o «humanist» insanların heç biri İraqda, Suriyada və digər yerlərdə hüquqları tapdalanan, əzilən insan­ların: uşaqların, qadınların, qocaların hüquqlarının müdafiəsinə qalxmaq fikirləri yoxdur. Bu necə «humanistlikdir...?»

Xüsusi ilə Avropa mədəniyyəti və əxlaqı mə­sələsinə toxunmaq vacibdir. Müasir dövrdə zəma­nəmizin insanları Avropa kinolarına, kosmetika­sına, geyimlərinə, hətta əxlaqına meyllənərək, on­ları təqlid edirlər. Müasir şəhərlərimizi, parkları­mızı avropasayağı qurmağa üstünlük verirlər. Belə ki, böyük ağacları məhv edib, əvəzinə xırda kol-kosa bənzər dekorativ ağaclar əkirlər və ətrafını çəmən otu ilə bəzəyirlər. Əlbəttə bu düzgün deyil. Bu işi görənlər unudurlar ki, Avropa daha şimalda yerləşdiyi üçün oranın insanları yaşadıqları əra­ziləri açıq məkana ona görə çevirirlər ki, orada rü­tubət çox olur və günəş şüası bu rütubətin qarşısını alır. Bizdə isə insanlara günəşdən qorunmaq üçün kölgə salan iri ağacların olması məsləhətdir.

Ən böyük zərbə millətimizin mənəviyyatına dəyir. Avropa və Amerika ekranlarındakı "super­men­lərin məğlub edilməzliyi" qarşısında bizi aciz, itaətli olmağa sövq edirlər, insanlarımızı "sındır­maq" məqsədi güdürlər. Lakin dünya idman are­nalarında idmançılarımızın əldə etdikləri nailiy­yət­lər belə olmadığımızı sübut edir.

Heç kəsə sirr deyil ki, Avropa əxlaqı XX əsrin əvvəllərindən surətlə pozulmağa başlayır. On­lar bunu kinolarda, kliplərdə daha qabarıq gös­tərməklə bizim əsrlərlə formalaşmış əxlaq norma­la­rımıza böyük zərbə vururlar. Son dövr əxlaq pozğunluğu kino və kliplərdə ifrat dərəcəyə çatıb və bizim bəzi səhnə nümayəndələri avro­palıları təqlid edirlər. Unutmaq lazım deyil ki, Avropada "azad məhəbbət", geyimlər, kosmetika və s. əks cinslər arasında o qədər "uçurum" yaradıb ki, on­larda "ailə müqəddəsliyi" yox olub, təbii artım tamamilə azalıb, "eyni cinsli" evlənmələr meydana gəlib. Hətta bəzi dövlətlər eyni cinsli nikahları tanıyaraq, rəsmiləşdirməyə başlayıblar...

Belə mədəniyyətə, əxlaqa, həyat tərzinə və s. meyl göstərməyə dəyərmi?.. Məncə, bu haqda hər birimizin düşünməyi zəruridir!..

Heç də bizə qarşı həmişə səmimi olmayan avropalılar, xüsusi ilə düşüncəli qadınlar bizim əx­laq normamıza üstünlük verirlər və müsəl­manlarla ailə qurmağa üstünlük verirlər, çünki müsəlman kişisi sağlam həyat tərzi ilə onların diqqətini cəlb edir.

Məqaləni oxuyan kəs düşünər ki, sadalanan faktlar mənfi köklər üstündə yazılıb. Avropalıların müsbət xüsusiyyətləri yoxdur? Yoxdursa niyə on­lar bizdən yaxşı yaşayırlar? və s.

Belə düşünənlər haqlıdırlar. Avropalıların özləri üçün çox gözəl xüsusiyyətləri və keyfiy­yətləri var. Avropalıların ən gözəl xüsusiyyətləri təşkilatlanmaq bacarıqlarıdır. Onlar öz aralarında iki dünya müharibəsi aparsalar da, digər dinlər və millətlər qarşısında birləşərək, bir siyasət yürüdür­lər, birgə strateji planlar qururlar. İkinci dünya müharibəsindən sonra dərhal NATO təşkilatını yaratdılar. Bu təşkilat Sovet İttifaqından çox mü­səlmanların hücumlarından qorunmaq məqsədi gü­dürdü, çünki çox "zəifləmişdilər." Son­rakı mərhə­lə­də ATƏT, AŞPA və digər təşkilatlar yarandı. Bu təşkilatlara alternativ olaraq yaranan İSESKO daha çox mübahisə klubuna bənzəyir.

Avropalılar bu ölkələrə silahları da elə düşü­nül­müş şəkildə satır ki, hücum silahı olmasın və istənilən vaxtı bu silahları məhv etmək imkanı ol­sun. Məsələn: hansı müsəlman ölkəsinə hərbi təy­ya­rələr daşıyan gəmi, su altı qayıq və s. satılıb?..

Avropalılar zənginləşdikcə, dövlətlərinin qay­­­ğısına, müdafiəsinə, abadlaşmasına, xalqın rifa­hının yaxşılaşmasına və s. diqqət yetirirlər. Müsəl­man Şeyxləri qazandıqları vəsaiti Avropa bank­larında saxlayaraq, onları daha da zənginləş­dirirlər. Vəsaitlərini əyləncələrinə, bahalı villalara, şəxsi təyyarələrə, maşınlara, zinət əşyalarına və s. xərc­ləyirlər.

Sovet ideoloqları belə fikir söyləyirdilər ki, millətin şüursuzluğu savadsızlıqdan olur. Savadlı cəmiyyətdə şüur yüksələcək, biz çox yüksək şüurlu cəmiyyət qurmağa nail olacayıq və s. Bu fikri bi­zim klassiklərimiz də səsləndirirdi. Artıq tam əmin­­­liklə deyə bilərik ki, biz yüksək savadlılığa nail ol­muşuq. Milli şüurumuzda olan dəyişikliklər cə­miyyətimizi qane etmir…

Yüksək savadlılıq cəmiyyətimizə kifayət et­mir. Milli şüurumuzu dəyişmək üçün biz döv­lə­timi­­zə, millətimizə, cəmiyyətimizə, bir-birimizə olan münasibəti dəyişməliyik, saflaşdır­malıyıq. Döv­lətimizin, millətimizin, cəmiyyətimizin maraq­larını öz istəyimizdən üstün tutmalıyıq. Görmək is­tədiyimiz işi qurarkən, əvvəlcə  mənfəətimizi yox, bu işin dövlətimizə, millətimizə, cəmiy­yəti­mizə fay­dalılığını, təbiətimizə dəyəcək ziyanı və s. dü­şü­nəndən sonra mənfəətimizi düşün­məliyik.

Bir misal çəkim: sovetlər dövründə qonşu döv­lətlərin birində, sanatoriyada istirahət edərkən, so­yuqlamışdım. O vaxtlar satılan «paket südü» alıb içəndə, gördüm ki, hər paketin içindən qaba dırnaq sədəfi boyda yağ düşdü. Bu məni çox təəccüblən­dirdi, çünki belə hal «bizimkilər» istehsal etdikləri paketlərdə ola bilməzdi… Mən yerli əhalinin nü­ma­yəndəsindən soruşanda, o çox dəqiq cavab ver­di: «İstehsalçı özümüzük və bilirik ki, bu südü öz millətimiz içəcək»…

Həmin millətin sərvəti, münbit torpaqları, tex­niki resursları və s. bizimkindən çox-çox aşağı olsa da, onlar belə milli şüurla heç də bizdən pis ya­şamırlar!

Özümə sual verdim, görəsən biz nə vaxt belə yüksək şüura çatacayıq?!.

Biz biri-birimizə dəyər verməsək, hörmət et­məsək, sevməsək və s. heç bir millət bizi sevməz və dəyər verməz, sayılıb-seçilən xalqlar sırasına ucalt­maz!..

Biz həmişə fərdiliyə üstünlük vermişik. Biz evimizdən qırağı düşünmürük və xalqımızın gələ­cəyi bizi az maraqlandırır. Biz elə hesab edir ki, fərdi rifah və rəqabət xalqın rifahından vacibdir. Bu rifahı əldə etmək üçün hər cür çirkaba bulaş­mağa və şeytana qulluq etməyə hazırıq. Bunu bilən düşmənlərimiz aramızdan kimlərisə seçərək, özü­nün quluna çevirir və "şeytan" əməllərini həyata keçirməsi üçün yenidən aramıza göndərir. Köləlik əqidəsi əsrlər boyu bizi izləyib və köləlikdən azad olmağa imkan verməyib.

Əksər hallarda bir-birimizə olan müna­si­bə­timiz də həmişə saf olmur: çalışırıq ki, özümüzə zi­yan vurmadan, qarşımızdakından maksimum qə­dər faydalanaq. Bu "faydalanma" "açıq" ya "gizli" olur: "açıq" rüşvət yolu ilə, "gizli"- aldatma. Biri di­gərinə yaxşılıq edəndə düşünür ki, bu yaxşılığın müqabili nə olacaq, nəyi qurban etməli olacam?..

Vəzifə sahibi olanda iki baxış və təbəssüm sa­hibi oluruq. "Yuxarı" baxışlarımız və təbəssüm­lə­rimiz lütfkar, nəzakətli, itaətkar. "Aşağı"- qə­zəb­li, kinli, təmənnalı, hiyləgər və s.

Unutmaq lazım deyil ki, milləti - millət, xalqı - xalq, dövləti - dövlət edən ən başlıca amil haqq-ədalətli və rüşvətsiz həyatdır, xüsusilə rüş­vətsiz. Rüşvət olan cəmiyyətdə haqq-ədalət tapda­lanır, dəyərsizləşir, hərc-mərcliyə yol açılır və nəti­cədə millət, cəmiyyət parçalanır. Haqq-ədaləti tapmaq arzusu ilə, yaxud iddialarını reallaşdırmaq niyyəti ilə, cəmiyyətin bəzi üzvləri, böyük günah edərək, kənar qüvvələrdən bəhrələnərək, onların tə­siri altı­na düşürlər. Kənar qüvvələr həmin insan­ların arzu­larını, iddialarını qismən təmin et­mək­lə bərabər, onların köməyi ilə öz çirkin niy­yət­lərini həyata ke­çirirlər, o xalqı özlərinə tabe edirlər və sərvətlərinə sahib çıxırlar. Bu həqiqətdir və belə "oyun" tarix boyu çox xalqların başına gətirilibdir. O cümlədən Azərbaycanın da...

Düzdür, bizim xalq öz mərhəməti ilə seçilir. Belə ki, ehtiyacı olana, xəstəyə, qocaya, yetimə əl uzadırlar. Belə insanlar azdır və onlar bunu əksər halda fərdi şəkildə, Allahın qəzəbindən qor­xaraq dini məqsədlə, ehsan üçün edirlər.

İctimai tədbirlər bizim uçun ən xoşla­madı­ğımız işdir, xüsusilə vəsait tələb olunanda. Bunu biz özümüzə alçaldıcı hal kimi qəbul edirik. Unu­duruq ki, birlikdə görülən iş daha böyük, faydalı və uzun müddətli olur. Xalqa, millətə heç nə əsirgə­məzlər. Xalqımız, cəmiyyətimiz bizimlə yaşayır. Biz olmasaq - millətimiz, cəmiyyətimiz, dilimiz də olmaz! Onları yaşatmaq üçün hər şeyi qurban ver­məyə hazır olmalıyıq!

Gələn qonaqları keçmişimizlə: "nəhrə və cəh­rə" ilə tanıtmağa üstünlük veririk. Onlar keçmişi­mizin cüzi bir hissəsidir. Tariximizi geniş bilməli­yik və təbliğ etməliyik. Bununla bərabər, gələn qo­naqlar qarşısında ən son nailiyyətlərimizlə "öyün­mə­yə" dəyər. Son illərin uğurları, nailiyyətləri bu­na imkan verir.

Vətən uğrunda ölməklə bərabər yaşamağı da bacarmaq lazımdır. Bunun üçün Vətənin bütün sərvətlərindən, israfçılığa yol vermədən səmərəli istifadə etmək lazımdır. Elmi-texniki nailiyyətləri geniş tətbiq etmək, görüləcək işləri düşünərək: mi­nimum qədər xərcləyərək, maksimum faydalanmaq lazımdır. Görülən işləri strateji araşdırılma ilə etməliyik. Strateji araşdırmalar xidmət sahəsindən çox, istehsal sahəsini əhatə etməlidir. Strateji araşdırmalar maddiyyətlə bərabər mənəviyyatımızı da əhatə etməlidir. Biri-birimizə münasibətdə saf və düzgün olmalıyıq. Xalqımızın çox işlənən deyimini: "Düz düzdə qalar"ı unutmalıyıq. "Düz - həmişə qalib gələr" kəlməsinə üstünlük ver­mə­liyik. Əsrlər boyu formalaşan əxlaqımızı bizə "sı­rınan" ucuz Avropa əxlaqına qurban verməmə­liyik! Av­ropanın ən yəni texnikasını və texnologi­yasını öy­rənib tətbiq etməyə üstünlük verməliyik. Dünya elmi nailiyyətlərini izləməliyik, ona görə töhfələ­rimizi verməliyik. Buna bizim kifayət qədər poten­sia­lımız var, əgər səhlənkar yanaşmasaq.

Ən böyük qəbahətlərimizdən biri qanuna hörmətsizliyimizdir. Qanunu pozmağımızı biz «qə­bahət» yox, «qəhrəmanlıq» kimi qəbul edirik. Bu çox böyük səhvdir. Qanunlar hər bir vətəndaşı qorumaq üçündür. Qanunları pozanda – biz özü­müzü və ətrafdakılarımızı təhlükəyə, maddi və mənəvi sarsıntıya, sağlamlığımıza və s. bəlalara düçar edirik… Biz bunu avropalılardan öyrənsək – faydası böyük olar.

Bəzi hallarda qanunlarımız haqq-ədalətdən uzaq olur. Qanunun qəbulundan əvvəl saf məqsəd söyləsək də, tətbiq ediləndən sonra «çirkin» məq­sədlər üzə çıxır.

Məsələn: Deyilənlərə görə başqa üsullardan istifadə etməyərək, saxta iş yerlərinin qarşısını al­maq məqsədi ilə ildə bir dəfə maaş kartını də­yişmək təklifi irəli sürüblər və tətbiq ediblər. Əl­bəttə bu «görünən» tərəfdir. Medalın o biri «tərəfi» hər il işləyənlərdən «bank kartını» dəyişmək üçün pul almaqdır. Hər bir işləyən yaxşı bilir ki, hər il yüksələn xətlə nə qədər pul ödəyir…

Belə hal dövlətimizə və xalqımıza maddi və mənəvi zərbə vurur, rüşvətxorluğa yol açır və s.

Belə onlarla misal çəkmək olar. Məqsəd bir-bir onları üzə çıxartmaq deyil. Bunun üçün or­qan­lar var. Məqsəd şüurumuzda dəyişiklik etmək zə­ru­rə­tindədir. Hər bir kəs düşünməlidir ki, o gördüyü işin bəhrəsini həmvətəni istifadə edir və saf dü­şü­nülmüş olmayan bəhrə millətimizə ziyan vurur.

Məsələn: televiziyada tez-tez göstərirlər ki, qanunsuz tikililər uçurulur. Kimsə «alıb» tikdirir, digəri – uçurur. Dövlətimiz ziyanı həmin tikilişdə istifadə olunan material, sərf olunan işçi qüvvəsi, dövlət vergisindən yayınmalar və sairdə tapır. Və­təndaşımız isə maddi və mənəvi zərbələr alır və s.

İsrafçılıq, rüşvətxorluq, qohumbazlıq, yerli­bazlıq və s. milləti geriyə çəkən mənfi keyfiyyət­lərindəndir.

Sevindirici haldır ki, prezidentimizin göstə­rişi ilə Azərbaycan  brendi olan «Asan» xidməti yara­dı­lıb. Bu xidmətin hesabına bir çox işbazların «ba­za­rı» bağlanır. Yaxşı olar ki, bu təşkilatın səla­hiy­yətləri həyatımızın bütün sahələrini əhatə etsin. «Asan» xidmətinə müraciət edən hər bir vətən­da­şı­mız, bütün xidmətlərlə bərabər, xəyalında qurduğu planlarını reallaşdırmağa nail olmaq imkanı əldə et­sin! Əgər onun planı «real» deyilsə, onun müm­künsüzlüyü vətəndaşın bilik səviyyəsində izah edilsin və düzgün yol göstərilsin.


Baxış sayı - 231 | Yüklənmə tarixi: 13.02.2025 19:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031