Şirin canımdan bezdiyim, Eşqdə də arzu qalmamış... | Manera.az

Manera.az Türkiyənin Qazi Universitetinin doktorantı, aşıq sənətinin görkəmli nümayəndələrindən olan Dr. Mehmet Emin Öndər şeirlərini Azərbaycan türkcəsində oxuculara təqdim edir:
Umutma
Xəbər gətirən yellərdə
Rüzgarın haqqın unutma.
Naçar qalmış könüllərdə
Sərdarın haqqın unutma.
Ruhum gəzdirdi səmada,
Fərəhlik verdi şəfada.
Göz yaşım var bu səfada,
Əfkarın haqqın unutma.
Eşqimi bəyan oldu ərzə,
Nə gərək var bunca naza?
Əl açdım, durdum niyaza,
Bidarın haqqın unutma.
Keçib gedənləri anma,
Namərd-nakəsə aldanma.
Səni çox sevirəm, amma
İqrarın haqqın unutma.
Avşaroğlu, mən sevəndim,
Könül bağçasında şəndim.
Eşqə lütf eylə, əfəndim,
Əsrarın haqqın unutma.
Yeydir
Aşikar aşiq olmaq
Pünhan olmaqdan yeydir.
Bir ömür qəmli qalmaq,
Xəndan olmaqdan yeydir.
Sevən qəlbin əncamı
Məsum eşqin edamı.
Qəmli könlün ilhamı
Canan olmaqdan yeydir.
Sevməyi etdim təqdim,
Aşiq qaib, məşuq kim?
Sevilməyi dilədim,
Sultan olmaqdan yeydir.
Bu eşqə tamam olsun,
Bihudə kəlam olsun.
Sitəmimiz tam olsun,
Heyran olmaqdan yeydir.
Qanayan qəlbə hal-hiss,
Vüslat uğruna həps.
Avşaroğu, ol rəis,
Xaqan olmaqdan yeydir.
Qalmamış
Aşiq olub da gəzdiyim
Dağlarda ahu qalmamış.
Şirin canımdan bezdiyim
Eşqdə də arzu qalmamış.
Bu könül eşqin əsgəri,
Ruhunda gizli cövhəri.
İçdim cənnətdən kövsəri,
Bircə damcı su qalmamış.
Avşaroğlu, toplan biraz,
Kimsəyə vermə imtiyaz.
Səndən başqa əhli-niyaz
Çəkiləcək “hu” qalmamış.
Dəyişməm
Səndən gələcək cəfanı,
Vallah, səfaya dəyişməm.
Əynindəki o xirqəni
Zümrüd-zibaya dəyişməm.
Aşıqlərin yeri bəlli,
Könlünə yoxdur təsəlli.
Bundan qeyri mütəvəlli
Üzün tubaya dəyişməm.
Avşaroğlu, iki büklüm,
Ürəyi döyünür güm-güm.
Gözlər etdikcə təbəssüm,
Nazın dünyaya dəyişməm.
Var
Noldu fələk, nə inlərsən?
Hərcayı cananınmı var?
Könül yansın, tapsın aram,
Aşiqə fərmanınmı var?
Qonaq oldum yar könlünə,
Sorğusu nə, sualı nə...
Bu nə fəğan, nə vəlvələ,
Bilinməz düşmanınmı var?
Avşaroğlu, qərib aha,
Eşqinə biçilməz baha.
Sevgilim de, bax bir daha,
Bu eşqə dərmanınmı var?
Andırır
Sevənə yardımın vardır,
Üzün mələyi andırır.
Qəlbində qapıcın vardır,
Zalım fələyi andırır.
Bülbülə qönçədən tikən,
Ağlında mən, könlündə mən.
Cismindən deyil, işvəndən
Əlvan yeləyi andırır.
Barışmadı könlüm mənlə,
Məni bilməz bu düzənlə.
Avşaroğlunu süzənlə
Xəlbir ələyi andırır.
Azərbaycan dilinə uyğunlaşdıran: İbrahim İlyaslı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.