manera.az
manera.az

Musiqi məktəblərinə işə qəbul imtahanının vaxtı açıqlanıb

📅 26.06.2023 18:33

Musiqi məktəblərinə işə qəbul imtahanının vaxtı açıqlanıb
Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirəcək.

DİM-dən MANERA.AZ-a bildirilib ki, imtahan 16 iyul 2023-cü il tarixində təşkil olunacaq.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 24 iyun saat 15:00-dan 6 iyul saat 17:00-dək həyata keçirilir.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

//exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan


Baxış sayı - 418 | Yüklənmə tarixi: 26.06.2023 18:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031