manera.az
manera.az

“Hicran” tamaşası yenidən səhnələşdirilir

📅 18.05.2022 17:15

 “Hicran” tamaşası yenidən səhnələşdirilir
Akademik Musiqili Teatrı unudulmaz səhnə əsəri olan “Hicran” tamaşasını yenidən səhnələşdirir.

Bu barədə MANERA.AZ- a teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda teatrda “Hicran” komediyasının musiqilərinin simfonik orkestrlə məşqləri gedir.

Xalq artistləri Hacıbaba Bağırov, Səyavuş Aslan, Nəsibə Zeynalovanın və digər korifey sənətkarların möhür vurduğu “Hicran” tamaşası yeni quruluşda teatrsevərlərə təqdim ediləcək.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

Səhnə əsərinin yaradıcı heyəti haqqında teatrsevərlərə daha sonra ətraflı məlumat veriləcək.


Baxış sayı - 837 | Yüklənmə tarixi: 18.05.2022 17:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930