manera.az
manera.az

Azərbaycanda maska tələbi ləğv edilir - Rəsmi

📅 22.04.2022 15:52

Azərbaycanda maska tələbi ləğv edilir - Rəsmi
Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir.

MANERA.AZ xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.

Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv olunur.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Həmçinin, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılıb;


Baxış sayı - 668 | Yüklənmə tarixi: 22.04.2022 15:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031