manera.az
manera.az

Bakıda Anım Gününə həsr olunmuş rəsm sərgisi açılacaq

📅 11.09.2021 15:55

Bakıda Anım Gününə həsr olunmuş rəsm sərgisi açılacaq
Mədəniyyət Nazirliyi, “ASAN xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı sentyabrın 27-də “Misilsiz cəsarət” adlı rəsm sərgisi açılacaq.

Dövlət Rəsm Qalereyasından Manera.az-a bildirilib ki, sərginin ekspozisiyasında Azərbaycan rəssamları və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirdiyi əsərləri yer alacaq.

Sərgidə iştirak etmək istəyən rəssamlar sentyabrın 20-dək mövzuya uyğun rəsmlərinin keyfiyyətli fotosunu, əsərin adını, ölçüsünü və texnikasını, öz ad, soyadı və əlaqə nömrələri ilə birgə resmqalereya@gmail.com ünvanına göndərə bilərlər.

Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçiriləcək.


Baxış sayı - 623 | Yüklənmə tarixi: 11.09.2021 15:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031