manera.az
manera.az

Bu şəxslər magistraturaya imtahansız qəbul olunacaqlar - RƏSMİ 

📅 11.04.2021 12:01

Bu şəxslər magistraturaya imtahansız qəbul olunacaqlar - RƏSMİ 
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqə və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Qanun ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunmaq istəyən şəxslərə də şamil edilir.

Manera.az müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin həm bakalavr,həm də magistr pilləsinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısını Nazirlər Kabinetinin Qərarına istinadən təqdim edir:

Fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə dünya olimpiadaları.

Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri,

Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri.

Beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan).

Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan).

Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan).

Şopenin yaradıcılığına həsr edilmiş Baltikyanı ölkələrin gənc pianoçularının beynəlxalq müsabiqəsi (Narva, Estoniya).

“Bravo” beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika).

Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).

Gənc pianoçular, skripkaçılar və violonçelçilərin beynəlxalq müsabiqəsi (Tallinn, Estoniya).

Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan).

Gənc musiqiçilərin Solhi Al Vadi adına beynəlxalq müsabiqəsi (Dəməşq, Suriya).

Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Roqec, Xorvatiya).

Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).

Caz musiqi festivalı (Montre, İsveçrə).

Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Almatı, Qazaxıstan).

“Şabıt” Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Astana, Qazaxıstan).

Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

“Eurovision” estrada mahnı müsabiqəsi.Gənc pianoçuların K.N.İqumnov adına beynəlxalq müsabiqəsi (Lipetsk, Rusiya).

Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).

Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan).

Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa).

Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa).

Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya).

Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya).

Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya).

Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya).

Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika).

Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ).


Baxış sayı - 1 517 | Yüklənmə tarixi: 11.04.2021 12:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031