manera.az
manera.az

Yalçın Topçu: Prezident İlham Əliyevin Şuşa ilə bağlı qərarı tarixi hadisədir

📅 09.01.2021 09:58

Yalçın Topçu: Prezident İlham Əliyevin Şuşa ilə bağlı qərarı tarixi hadisədir
Türkdilli ölkələrin liderləri mədəniyyətlərimizi tərənnüm edən dəyərlərimizi gün üzünə çıxarıb ilk növbədə türk dünyasında, eyni zamanda, bütün dünyada tanınmasına böyük töhfələr verirlər. Prezident İlham Əliyevin Şuşa ilə bağlı qərarı bu mənada tarixi hadisədir.

Manera.az xəbər verir ki, bu fikirləri açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri, Yerli Düşüncə Dərnəyinin fəxri sədri Yalçın Topçu söyləyib.

Şuşanın qədim mədəniyyətə sahib olduğunu bütün dünyanın bildiyini diqqətə çəkən Yalçın Topçu əminliklə bildirib ki, Qafqazın incisi sayılan bu qədim şəhərdəki bütün dağıdılmış abidələr Azərbaycan tərəfindən yenidən dirçəldəcək.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun qazandığı tarixi zəfəri xoş sözlərlə xatırlayan və bu qələbədən qurur duyduğunu ifadə edən baş müşavir Yalçın Topçu deyib: “Bu zəfər bölgəyə sülh və sabitlik gətirəcək və bütün dünya bundan bəhrələnəcək.”


Baxış sayı - 903 | Yüklənmə tarixi: 09.01.2021 09:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930