manera.az
manera.az

Bob Dilan müəllif hüququnu satdı

📅 18.12.2020 10:09

Bob Dilan müəllif hüququnu satdı
Amerikalı musiqiçi və şair Bob Dilan bütün mahnılarının müəllif hüququnu "Universal Music Publishing Group”a satıb.

Bura musiqiçinin 60 il ərzində yazdığı 600-dən çox mahnı daxildir.

Razılaşmanın detalları açıqlanmasa da "New York Times” qəzeti müqavilənin 300 milyon dollardan çox məbləğə bağlandığını bildirib.

Qeyd edək ki, Bob Dilan "Amerika musiqi ənənələrində yeni poetik ifadələr yaratdığına görə” 2016-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.


Baxış sayı - 473 | Yüklənmə tarixi: 18.12.2020 10:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031