manera.az
manera.az

Son səngəri bas bağrına! - Yeni şeirlər

Son səngəri bas bağrına! - Yeni şeirlər
Ümid NƏCCARİ

Son səngərim

Uzanır gecə uşaqların yuxusu üstünə.
Bürünür Bərdə anaların laylasına.
Darıxır Gəncə.
Darıxır Tərtər.
Kuklaların yuxusu yarımçıq,
qızcığazların qucaqları boş.
Kuklanın adı "açılmayan səhər".
Kuklanın adı "gəlməyən gələcək".

Daha sabah mən yox,
solan ümidlərin qalxıb gedər məktəbə.
Daha mən yox,
boy atan arzularım lövhədə yazar sənə.
Yazar ki, qayıdıb uşaqlığımın çiliklərini yığacam Xocalıdan.
Qayıdıb küçələrinə yayacam körpəlik səsimi.
Qoy mərmilər eşitməsin səsimi!
Qoy bilməsin tabutlar!
Son səngəri bas bağrına!
Son səngərə ümidlərimi sığdırmışam.
Uca dur, əsgərim!

İşıq dirəkləri

Öncədən bir şam idi,
bu yollarda ucalan işıq dirəkləri.
Ucalıb... Ucalıb, söndülər...
Öncədən uşaqlıq yastığımız idi,
gördüyümüz buludlar.
Uçub... Uçub getdilər...

Gördüyündən bir az fərqlidir həyat.
Hər axşam itlər sümüklərini yox, darıxmalarını basdırır buralara.
Burada axşam üstünə yox.
Axşam altına gömülür insanlar.

Qoy necə olduğumu,
qoy tənhalığımın rəngini söyləyim.
Mən yağış səsində susuram.
Mən sel vurmuş kəndlərin dilində danışıram.
Sənə deyə bilmədim,
ölümlə savaşa gedən bir yoldur səsində uyuyan hüzn.
Qladiatorların can verdiyi meydandır.
Əsgərlərin öldüyü səngərdir gözlərinin sonsuzluğu.
Elə baxma...

Sənə deyə bilmədim,
köynəyimin altında döyünən bir yumruq ət,
Azadlığa darıxan bir quşun çırpıntısıdır.
Döyünür... Döyünür... dayanır.

Ölməyə can yox.
Ölməyə məzar yox.
Ölmək üçün bircə pəncərəni açıq saxla.

Radiolarda sənin səsindir.
Səni eşq dalğasında dinləyirəm.
Danışırsan...
Danışırsan,
susursan. /edebiyyatqazeti.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930