manera.az
manera.az

Məni bundan sonra orda axtarın... - ŞEİRLƏR

Məni bundan sonra orda axtarın... - ŞEİRLƏR


Manera.az gənc şair Elşən Mehdinin şeirlərini təqdim edir:

***

Günəş yavaş-yavaş uzağa gedir,
Qaranlıq yenidən şəhərə çökür
Yenə çətir tutan heykəl darıxır
İşıq dirəkləri boynunu bükür.

İki tələbə dost baş-ayaq yatır
Süfrədən aşağı boylanır çaxır
Surət həddin aşan cavan sürücü
Səhərki tıxacın acığın çıxır

Küçələr zülməti canına çəkir
Qaranlıq azdırır yol gedənləri
Yenə ürəyində tövbə eliyir
Gecə klubunun cangüdənləri...

Müəzzin yuxusun yarımçıq qoyub
Dilinin altında beş-altı hədis
Yorulub işindən,tənhalığından
Ağacı adama oxşadır polis...

Günəş yavaş-yavaş uzaqdan gəlir
Nizami küçəsi adamla dolur
Bakıya ilk dəfə gələn tələbə
Sol əlin heykəlin çiyninə qoyur...

***
1985... bir ev... köhnə, balaca...
Pəncərə şüşəsində, güzgülənən bir qoca
Resepti dilucunda, dua kimi oxuyur,
Dərman qutularını qızıl kimi qoruyur.

O inanmir öləcək, o inanmır qocalır,
Hələ bir ay sonraya, kinoya bilet alır.
Arada qarışdırır, köhnə şəkil qutusun,
İki əlli qaldırır, sovetin daş ütüsün.

Köynəyinin qolları, əlinə silgi gəlir,
Şəkildəki cavanın üzünün tozun silir,
Yağış döyür çardağın, dizləri sızıldayır
İndi elə yaşdadır susamır, çaysızlayır.

1985. Katolik məzarlığı

***

Dön yenə bax. gedən ayaq
Heyran olum baxışına
Yenə girsin gözlərimiz
Ölüm-dirim yarışına

Deməyə də gəlmir üzüm
Qəsdən gecikmişəm özüm
Görüşümüz düşə bizim
Payızın ilk yağışına

Bir gün çıxıb getsən əgər
Yetim qalar bu boz şəhər
Səpələnər xatirələr
Metroların çıxışına

Ürəyimdən əlimədək
Ümid düşür ətək-ətək
Dur gəl həyat yolumu çək
Ovucumun qırışına...

***

Zamanın ən qəddar xəbərçisiydi
Saat kəfkiriydi yellənən əllər
Birininin vağzalda son gecəsiydi
Birinin ümidi "yenə gələrlər"

Dəsmallar havadan endi aşağı
Qatarlar üfüqdə gözdən itdilər
Kədərli adamlar lal olur axı
Getdilər, sakitcə çıxıb getdilər

Geridə mən qaldım, bir də qatarın
Göyə buraxdığı qara xatirə
Məni bundan sonra orda axtarın
Gedirəm tüstünün gəldiyi yerə...


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930