manera.az
manera.az

Təhsil nazirinə yeni səlahiyyətlər verildi

📅 06.09.2020 17:42

Təhsil nazirinə yeni səlahiyyətlər verildi
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib.

Manera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Əsasnamənin beşinci maddəsi yeni redaksiyada verilib. Fərmana əsasən, nazirliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

Bu vaxta qədər isə nazirliyin saxlanılması xərcləri Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilirdi.

Fərmanla Əsasnaməyə 13.4-1-ci və 13.4-2-ci bəndlər əlavə edilib.

Bununla da, Təhsil nazirinə nazirliyə aid edilən məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər vermək səlahiyyəti də həvalə olunub.

Həmçinin nazir, dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürəcək.

Ayrılan vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.


Baxış sayı - 708 | Yüklənmə tarixi: 06.09.2020 17:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031