manera.az
manera.az

"Anladığım kimi yaşamaq..” - Könül Nuriyeva yazır

"Anladığım kimi yaşamaq..” - Könül Nuriyeva yazır
1.Nitşenin təkliyi və oxucu kasadlığı.

Keçən əsrlərə baxıram. Kədərli gözləri olan filosofu görürəm. Özünü dövrünün adamları ilə qarşılaşdırmır, onlara qarışmır. Bununla yanaşı onun həyatı pis niyyətlərdən uzaqdır. O ədəbiyyatda və fəlsəfədə pis niyyətlərin olmasını qəbul etmir. Düşünürəm ki, təkliyə bağlanması onun həyatdan tez ayrılmasına səbəb oldu. Təkliyi ona ağır gəldi. Filosof olanda nə olar ki?! Düşüncələrini daşıya bilmədi. O deyirdi ki, bir adamın kitablarımı əlinə götürməsi özünə verəcəyi ən böyük dəyərdir, “ Zərdüşt”ün şərh edilməsi üçün böyük kürsülər qurulacaq.

Bir dəfə doktor Haynix fon Ştayn ( Heinrich von Stein) onun kitablarından bir cümlə belə başa düşmədiyini deyəndə, Nitşe:

- Problem deyil, kitabdan altı cümlə anlasan və anladıqlarını yaşasan, yüksək mərtəbəyə çatmış olarsan.
Filosof bikef vaxtlarında, öz- özünə demişdi:

-Özümü insanlardan uzaq hiss edirəm, belə olan halda, tanıdığım müasirlərim tərəfindən oxunmağı necə istəyə bilərəm? Yazılarımı anlamırlar, mən onların bu şüursuzluğundan həzz alıram, amma bu həzzi azaltmaq istəyirəm. Berlin universitetinin professorunun “ Bu tərz yazıları heç kim oxumaq istəmir” deməsi məni sarsıdır.

Filosof isə öz yazdıqlarını başıaşağı çevrilmiş doğrular adlandırırdı.

“Əgər oxuduğunuz yeni kitab yeni təcrübələrdən bəhs edirsə, demək ki, bu yeni təcrübələrə çatmağınız üçün olan dildir. Filosofun “ üstinsan” (übermensch) kəlməsi, bizim öyrəşdiyimiz, adət etdiyimiz insandan çox fərqli idi. Onu zamanında anlamadılar; gah yarıdahi, gah peyğəmbər adlandırdılar, gah da darvinistlikdə günahlandırdılar.”

Hər dəfə anlaşılmadıqca, filosof özünə qapandı, “ mən” ini möhkəm qucaqladı, yeni fikirlərinsə ardı- arası kəsilmirdi. Onları bölüşəcək insan demək olar ki, yox dərəcəsində idi. Dünyanın iri şəhərlərində məhşur qəzetlərində çap olunan filosof deyirdi:

- Bu günə kimi ən qürurlandığım şey, meyvə satan qadınların üzümlərin ən dadlısını seçib mənə verməyə can atmalarıdır. Cazibədar rus qadını mənim haralı olduğumu izah edir. Mən lovğalanmağı bacarmıram. Lovğalansam “ mən” imi itirərəm. Alman kimi düşünməkdən başqa əlimdən bir iş gəlmir.

Bəlkə Nitşe bunu unudurdu ki, ətrafında soyuqtəbiətli insanlar var. Düşüncədən əvvəl duyğu gəlməlidir. Onun dövründə də, həyatında da duyğular çatmırdı. Təzada baxın ki, müəyyən mənada Nitşenin Zərdüşt təbiəti insan mənəviyyatını, düşüncəsini əks etdirən duyğu selinə bənzəyirdi. Bəlkə buna görə onu yaşadığı mühitdən daha çox uzaqlarda yaşayan insanlar oxuyurdu.

Sərtliyin vərdiş olduğunu yazan Nitşe özü də buna uzun müddət dözə bilmədi. Daxilində yaratdığı sərtlklə yaşasa da, Freydin (Freud) “ basdırılmış duyğular ağır formada üzə çıxır” fikrini real etdi. Şəhər meydanında döyülən atın əzabı onun sərt duyğularını yumşaltdı.

Yazıçı- filosofun istədiyi oxusu bu cəhətlərə malik olmalı idi; həmişə ürəkli, hər şeyi bilmək istəyən, qıvraq, kələkbaz, sağlam düşüncəli, anadangəlmə macərapərəst və axtarıb tapan biri. Və inanın ki, müşahidə etmişəm , Nitşesevənlərin əksəriyyəti bu xüsusiyyətlərə malikdir.

O özünü anti- eşşək, amma bununla belə dünya tarixinə düşəcək canavar adlandırırdı.

2. Nitşenin söz sənəti və psixoloji nüansları:

Söz sənətinin ustadı olan filosof insan daxilini dəqiq sözlərlə ifadə edirdi. Deyirdi ki, yaxşı söz həyata keçrilməyibsə mənasızdır, bu idealizmin özlüyündə yaxşı olmasına bənzəyir.Təklikdə cəsarəti aşıb- daşan adamın, hadisə vaxtı cəsarət kasadlığı yaşaması kimidir.

O kitablarını anlayacaq oxucuları , söz sənətini başa düşəcək insanları çox gözləyəcəkdi. Bir dəfə dostlardan biri mənə dedi ki, yaxşılıq etmirəm, kömək edirəm. Mən onda anladım ki, biz sözlərdən nə qədər uzaq düşmüşük. Elə buna görə də yaxşılıq edirsə, mütləq kömək edir, düşünmüşük.
Kitablarında psixoloq kimi danışan filosof deyirdi ki, “ xeyir güdməyən və eqoist anlayışları bir – birinə ziddir. “ Mən” ən böyük saxtakarlıqdır. Sevgidə eqoistlikdən kənar vacib nəsnələrə çatmaq lazımdır. Yəni insan təkbaşına özünə dayaq olarsa, öz ayaqları üstündə durmağı bacararsa, sevə bilər. Əks halda, sevə bilməz. Qadınlar bunu yaxşı bilir. Onlar üçün mənfəət güdməyən, obyektiv kişilər boş şeydir.

Nitşe həqiqi psixoloq kimi qadınlar haqqında deyir ki, “ müəyyən məsələlərdə qadın kişidən Daha pis, daha ağıllıdır. Qadınd yaxşılıq korlanmamışdır. İncə hisslərin mayasını fiziologiyadan Alır. Haqq adı altında qadınlar hər şeyə müqavimət göstərirlər. Cinslər arasındakı müharubədə ön sıralar onun olduğunu bilirik. Qadınlarda dərinlikdə yatan intiqam istəyi var.

Bu həm kişilərə, həm də uşaq doğa bilən qadınlara qarşıdır. Cinsi pəhriz haqqında xütbələr isə pozğunluğa sədd çəkməyəcək, əksinə, bu , hər kəsi təbiətə zidd olmağa səsləyir.”

Bu fikirləri oxuduqdan sonra , mənə məlum oldu ki, hər işi qaydasında olan, normal şəraitdə Yaşayan qadın niyə hələ də narazıdır.” Haqqını müdafiə edirəm” adı altında içindəki mənasız İntiqam istəyi hardan qaynaqlanır sualına ürəyimcə olan cavabı isə tapmadım. Bunu təkcə
Fizioloji təbiətə bağlamaq can qurtaran cavab olmazdımı? Bəlkə Nitşe problemin davamlı araşdırmasını bizə həvalə edib?

Narazılığın, səs- küyün, aqressiyanın altında gizlənən mərhəmət isə həqiqətən də qadın təbiətinin vazkeçilməz halıdır. Halbuki bu halı da, qadın rəqibinə görə dəyişir, acımasız hala gəlir.

Bizim faciələrimizin kökü bilirsiniz nədir? Qəbul etməmək.. Biz anamızı, həyat yoldaşımızı, iş yerimizi, hətta yaşadığımız günü qəbul etmirik. “ Kaş, daha yaxşısı olardı!”, düşünürük. Qəbul Etməmək, özündən uzaq tutmaq, özünə yaraşdırmamaq içimizdə dib boyda əks- qütb yaradır. O divi ətrafımız görmür, onun gücü bizi məhv etməyə çatır. Bunun səbəbini təbiətə zidd getməklə əlaqələndirirəm və bunu ilk dəfə din başlayıb. Siz heç təbiətdə yaxınlığında bitən ağacdan qaçan, onu itələyən başqa bitki gördünüzmü? Xeyr!
Ən uzağı budaqlar bir – birinə sarılacaq, qarışacaq.

3.Nitşenin faciə haqqında düşündükləri:

Opera və inqilab. Nə olursa , olsun rasionalizm təhlükəli həyatı yox edən gücdür. Top səsləri altında yazılmış əsərlər haqqında düşündünüzmü?
Bizə görə faciə sayılan, Nitşeyə görə sərhədsiz, sonsuzadək hər şeyin davamlı yox olub, yenidən doğulmasıdır. Faciə anını müjdələyən filosof , faciəni həyata “ hə” demək adlandırır.

4.Nitşenin insanlarla münasibəti.

“ Mənim insana olan məhəbbətim başqasının hissini bölüşməkdən yox, paylaşdığım hissə tam gətirməsindən ibarətdir. İnsana məhəbbətim vaxtaşırı özümü məğlub etməyimdir. Amma mənim təkliyə ehtiyacım var; yəni ayazımağa, özümə qayıtmağa, yüngülcə rəqs edən havanın nəfəsinə.”

5.Ağıllı insan olmağın filosofsayağı şərtsizlikləri.

Nitşe özünün ağıllı olduğunu bu şərtlərlə bağlayır; boş suallar düşünməmək, özünü gsnahkar hiss etmək məcburiyyətində olmamaq, ölçülərdən məhrumluq, insana, hadisəyə, əhvalata qiymət verməyi kənarda saxlamaq, mühakimə etməmək, sonu düşünməmək, uğursuzluqları kənara itələmək, ənənəvi qidalanmadan uzaq durmaq.

Oxuduqca düşünürəm ki, bizi illərdir belə öyrədiblər; səhv etdin, əzab çəkməlisən, tövbə etməlisən, özünü günahkar hiss etməyin vacibdir, belə etsən bu sənin qurtuluşun olacaq, indidən başını sındır, birdən işin sonu uğursuz olar, ölçülərə, çərçivələrə sığın, özündə qiymətləndirmək və mühakimə etmək xüsusiyyətlərini inkişaf etdir.

Halbuki biz səhvin dünəndə qaldığını qəbul etməliyik. Pis nəticənin uğursuzluq olmadığını düşünməliyik. Çərçivələrdə deyil, təbiətimizə uyğun yaşamağı seçməliyik. Günah hissinin bizim illərimizi puç etməsinə imkan verməməliyik.

Yazımın sonunda kədərli filosofun gözlərində işıq görürəm. Onu dərk edənlərin birinin sayının çoxalmasına sevinir. İçimdə yenidən onu oxumaq coşqunluğu yaşayıram. Düşüncələrimdə yəqinlik var, ürəyimdə Nitşenin yaşadığı və hələ də yaşayacağı dünyanı dərk etmək ehtirası ilə onun öz sözlərini onun özünə ünvanlayıram: “ Niyə belə yaxşı kitablar yazırsınız?!”Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31