manera.az
manera.az

Xocalı haqqında film beynəlxalq festivallarda - VİDEO + Fotolar

Xocalı haqqında film beynəlxalq festivallarda - VİDEO + Fotolar
Azərbaycan Televiziyasının istehsalı olan və Xocalı faciəsinə həsr edilən “26.02.92” adlı qısametrajlı film bir sıra nüfuzlu beynəlxalq festivallarda mükafatlara layiq görülüb.

Manera.az xəbər verir ki, ekran işi "Ən yaxşı baş rolun ifaçısı", "Rəssam işi", "Qrim", "Qadın haqqında ən yaxşı film" və sair nominasiyalarda uğurlar qazanıb.

Türkiyədə bir neçə nominasiya üzrə, həmçinin Hindistanda “Crown Wood” beynəlxalq film festivalında yüksək qiymətə layiq görülən filmin ABŞ və Avropa ölkələrində də nüfuzlu mükafatlar qazanacağı gözlənilir. “Andromeda” və Hollivud müstəqil kinematoqrafçılarının festivalları da bu qəbildəndir.

Filmin rejissoru Elvin Əhmədoğlunun sözlərinə görə, bu cür festivallarda iştirak etmək Azərbaycanı beynəlxalq aləmdə başqa bir rakursdan tanıtmaqla yanaşı, erməni vəhşiliyi və yalanları haqqında daha çox insana düzgün məlumat çatdırmaq nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir.

Baş rolun ifaçısı Münəvvər Əliyeva isə filmin texniki və yaradıcı heyətinin mükəmməl olduğunu və bu komanda ilə çalışmaqdan böyük zövq aldığını bildirib. Aktrisa Azərbaycan Televiziyasının istehsalı olan və erməni dilində də yayımlanan bu filmdə yaratdığı obrazın öz daxili dünyasına yaxın olduğunu, doğmalarının Qarabağ münaqişəsi zamanı məcburi köçkün düşdüyünü və Xocalı ağrısını dərindən hiss etdiyini vurğulayıb. O, bu filmi sənətə qiymət verənlərin birgə əməyi kimi dəyərləndirib və qazanılan mükafatları da məhz bunun nəticəsi olduğunu bildirib.

Qeyd edək ki, “26.02.92” filminin ssenari müəllifi və rejissoru Elvin Əhmədoğlu, rəssamı Fəridbəy Kərimov, qrim ustası Eldar İsrafilov, montaj edəni Əhməd Qasımov, vizual qrafika Rövşən Abiyev, rejissor assistenti Novruz Məmmədov, icraçı prodüseri Zamiq Əlövsətoğlu, layihə rəhbəri isə Ranar Musayevdir.

AzTV-dən Xocalı soyqırımı ilə bağlı yeni VİDEOÇARX

Xocalı haqqında film beynəlxalq festivallarda - VİDEO + Fotolar
Xocalı haqqında film beynəlxalq festivallarda - VİDEO + Fotolar
Xocalı haqqında film beynəlxalq festivallarda - VİDEO + Fotolar
Xocalı haqqında film beynəlxalq festivallarda - VİDEO + Fotolar
Xocalı haqqında film beynəlxalq festivallarda - VİDEO + FotolarБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31