manera.az
manera.az

Doktoranturaya qəbulla bağlı açıqlama

Doktoranturaya qəbulla bağlı açıqlama
Doktoranturaya qəbul prosesinin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulur.

Manera.az xəbər verir ki, bunu “Trend”ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, ötən ilə qədər doktoranturaya qəbul noyabr-dekabr aylarında aparılıb. Bu isə doktoranturada tədrisin təşkili ilə bağlı müəyyən çətinliklər yaradırdı:

“Ona görə də bu il iyul-avqust aylarında prosesin aparılması - imtahanların elan edilməsi, keçirilməsi nəzərdə tutulurdu. Pandemiya dövrü ilə əlaqədar imtahanların keçirilməsi məsələsində çətinliklər yaranmasa, qərarımız qüvvədə qalır”.

İ.Həbibbəyli əlavə edib ki, imtahanların keçirilməsi qaydalarında heç bir dəyişiklik edilməyib:

“İmtahanlar ötənilki qaydada keçiriləcək. İxtisas fənni üzrə imtahanlar müvafiq institut tərəfindən, fəlsəfədən imtahan AMEA tərəfindən mərkəzləşdirilmiş şəkildə təşkil edilir. Xarici dil fənni üzrə imtahan isə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031