manera.az
manera.az

Sevə bilirsənsə, hələ də güclüsən - “Harry Potter”dən tövsiyələr

📅 13.01.2020 16:31

Sevə bilirsənsə, hələ də güclüsən - “Harry Potter”dən tövsiyələr
Ədəbiyyatın mayasında öyrətmək, yönləndirmək, fikir aşılamaq səlahiyyətləri dayanır.

"junkee.com”-da "Harry Potter” romanlarından öyrəniləcək həyat dərsi çəkisində tövsiyələr seçilib.

Manera.az onlardan bəzilərini oxuculara təqdim edir:

Sevə bilirsənsə, hələ də güclüsən.

Kitabların içindəki dünyalara köçmək nə qədər dəyərlidir.

Bəzən hər şeyin həlli bir dost tövsiyəsində gizlidir.

Özünüzü mütləq tapacağınız qəhrəman o səhifələrin arasındadır.

Ovsunun varlığına inanmaq insana hər zaman ümid verir.

Bəzən köməyə ehtiyacın olduğunu qəbul etmək lazımdır.

Ananın sevgisi ən böyük gücdür.

Sərhədləri aşmaq uzaqlaşmaq deyil.

Qorxuların öhdəsindən gəlməyi hamı bacarmır, əhəmiyyətli olan da bu deyil, mübarizə aparmağımızdır.

1114 səhifəlik kitabı 1 həftəyə bitirmək mümkündür.

Birindən nifrət etməyiniz onu anlamağınıza mane olmamalıdır.

Qaydalar bəzən həqiqətən də pozulmaq üçün qoyulur.


tərcümə: Elcan Salmanqızı


Baxış sayı - 827 | Yüklənmə tarixi: 13.01.2020 16:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031