manera.az
manera.az

"Buratino və ya sonrakı peşimançılıq" - MANERA.AZ

"Buratino və ya sonrakı peşimançılıq" - MANERA.AZ Vəfa Mürsəlqızı

"Buratino və ya sonrakı peşimançılıq"


Ayaqlarını çarpayıdan aşağı salladı və bir müddət beləcə key kimi oturdu. Yuxudan oyananda həmişə belə olurdu, xeyli vaxt başının dumanı dağılmırdı. Otaqdan prossesorun ahəngdar uğultusu gəlirdi. Deyəsən anası yenə komputer arxasında oturmuşdu. Əsəbi uzun barmaqların çaqqıldatdığı klaviatiranın səsi sükutu pozurdu. Əsəbləri gərginləşdi, ayaqlarını yelləməyə başladı. Əvvəllər bazar günləri səhərlər su səsinə oyanardı yuxudan. Anası tezdən durardı, çay qoyardı, ətli blinçik bişirərdi, ponçik bişirərdi, kakao hazırlayardı və hər şeyi hazır edib süfrə açandan sonra başalyardı onlar oyanana qədər qab-qacaq yumağa. İsti, rahat yataqda mətbəxdən gələn su şırıltısı, qab səsi ona evdə qayğısına qalan bir qadının olmasını xatırlatdıqca ləzzətlə gözlərini yumardı. Otağın həzin yarıyuxulu havasına qarışmış gələn gözəl qoxuları nəfəsinə çəkərdi. Amma son zamanlar anası heç nə bişirmirdi, yeməyi belə cox az hallarda bişirirdi. Adətən sosiska, kolbasa alıb qızardardı o da məcbur olardı bu yarımfabrikatlardan hazırlanmış yeməyi yeməyə. Hətda bu il “Novruz bayramı”-nda da anası şirniyyat bişirmədi, mağazadan alınanlarla onu və atasını birtəhər yola verdi. Həmişəki ansı üçün darıxırdı arabir. İşdən gələn kimi evlə, yemək içməklə məşğul olmaq yerinə bu lənətə gəlmiş kompüterin arxasında otururdu. Yəqin yenə Vasif əmi ilə danışırdı. Vasif əmi anasının iş yoldaşı idi. Anası metripolitendə işləyirdi, nəsə yazı pozu işi ilə məşğul olurdu. Arabir gecə növbəsinə də gedirdi. Atası da evdə cox az tapılırdı, tez-tez başqa şəhərlərə ezamiyyətə gedirdi. Son zamanlar Vasif əmi onlara cox gəlirdi. Bir dəfə ona buratino oyuncağı da gətirmişdi. Bu oyuncağı görəndə özü də bilmirdi niyə hirslənirdi. Yekə oğlan idi beşinci sinifdə oxuyurdu, ona isə kukla bağışlayırdılar qız kimi, yəqin buna hirslənirdi. Bir iki gün “Buratino” masanın üstündə qaldı. Yumşaq parçadan olan bu oyuncaq lap zəhləsini tökdü. Sonra bir gün nə ağıl elədisə tutub yazıq oyuncağın uzun burnunu kəsdi. Buratino kəsik burnu ilə miskin görünürdü və burnunun içindən yerə seltifon parçaları tökülürdü. Anası cox əsəbləşdi, lap cin atına mindi.

-Heç utanırsan? Vasif əmi gətirib ey o kuklanı sənin üçün. Niyə o günə qoydun? Balacasan sən?

-Balaca deyiləmsə mənə kukla niyə gətirirdi? Birdə ki, qız zadam mən?

-Bu tərbiyyəsizlikdir!

Anası ona elə çımxırdı ki, sanki o buratinonun yox Vasif əminin burnuna xətər yetirmişdi. Amma adətən anası ona heç zaman belə acıqlanmazdı. Bu lənətə gəlmiş , axmaq kukladan ötəri niyə axı belə danladı onu? Vasif əminin bir oğlu vardı, adı da Müstafa. Tez-tez deyirdi ki:” Dayan, Səbuhi, Müstafanı sizə gətirəcəm” Amma o yaxşı bilirdi ki, heç zaman Müstafanı gətirmçəyəcək onlara Vasif əmi və heç istəmirdi də Mustafa onlara gəlsin. Nədənsə utanırdı Mustafadan, həm də ümumiyyətlə zəhləsi gedirdi bu heç zaman görmədiyi oğlandan, adı yekə kişi adını xatırladan oğlandan.
Çarpayıdan düşüb anasına yaxınlaşdı.

-Ana, ay ana mən durmuşam ey.

Anası deyəsən bu gün də ağlamışdı. Son zamanlar tez-tez ağlayırdı yatağında, evdə, kompüterdə oturanda. O nədənsə əmin idi ki, bu göz yaşlarının səbəbkarı Vasif əmidir. Bir neçə dəfə onların mübahisəsinin də şahidi olmuşdu. Amma anası tezcə onu qonşu otağa yollamışdı və Vasif əmi gedəndən sonra dirənə-dirənə ona yalvarmışdı ki, axşam atası gələndə ona heç nə danışmasın. O onsuzda danışan deyildi atasına, çünki qəlbinin dərinliyində başa düşürdü ki, belə şeylər haqda danışmaq olmaz.
-Ana, acmışam mən.

Hə, oyanmısan, balam, nə tez durmusan?

-Saat on birdir ey ana, mənə yemək ver!

-Yaxşı, yaxşı dururam indi , keç sən mətbəxdən peçenye götür ye, məndə indi qalxıb çay qoyacam.
-Mən peçenye istəmirəm! Şirinçay ver mənə!

-Allah məni öldürsün, qurtarsın canım sizin əlinizdən. Öldün acından bu dəqiqə? Gəlirəm də..

Əvvəllər anası belə deyərdi: “ Can, mənim balam acıb, sabahın xeyir gözəl balam” Amma indi...

Mətbəxin pəncərəsinin qabağına gəlib çölə boylandı. Həyətdə adamı iliklərinə qədər üşüdən payız mənzərəsi dəyirdi gözə. Ağaclar yarpaqların töküb büzüşmüşdülər deyə soyuqdan çiyinlərini qısan adama oxşayırdılar. Asfaltın çala-çökəklərində axşam yağan yağışın əmələ gətirdiyi gölməçələr var idi. Bu gölməçələrin birində ana sərçə öz balaları ilə yuyunurdu. Dünya veclərinə deyildi bu sərçələrin. Sərçələr həvəslə bir-birini suya basır, qanadlarını çırpdıqca narın su damlaları toz kimi ətrafa yayılırdı. Elə bəxtəvər idilər ki, bir neçə metr kənarda bu qutu-qutu evlərin birinin otağında ağlamaqdan gözləri qızarmış yorğun bir qadının, anasındakı dəyişikliklərdən qorxan və kədərlənən bir beşinci sinif şagirdinin varlığı heç vəchlə bu bəxtəvərliyi poza bilməzdi. Ürəyindən qəribə bir arzu keçdi, kaş bu sərçə onun anası olaydı və o da bu bəxtəvər, bala sərçələrdən biri olaydı. Amma sonra iki gün öncə uşaqların bir sərçəni sapandla vurmağı yadına düşdü, içinə ibtidai bir qorxu doldu. Birdən onun da anasını uşaqlar sərçə bilib sapandla vurardılar və o da başa sala bilməzdi ki, bu sərçə deyil onun ansıdır.Dəhşətli fikirdən üşənib pəncərədən çəkildi.

Neçə gün idi atası yenə məzuniyyətdə idi. Anası gah qanı qara, gah da kefi kök olurdu. Vasif əmi də arada onlara gəlirdi və hər dəfə də Mustafanı gətirəcəyini vəd edirdi.
Günorta Sevil xala onlara gəldi. Sevil xala anasının ən yaxın rəfiqəsi idi. Onlara tez –tez gəlib gedərdi. O otağında dərs oxuyurdu amma qulağı anası ilə Sevil xalanın söhbətində idi. Hətda sonra qapıya yaxınlaşıb diqqətlə dinləməyə də başladı.

-Mən daha belə bacarmıram Sevil, hər şeyi Raufa danışacam.

-Başına hava gəlib? Bəs heç sonrasını düşünmüsən? Səncə Rauf deyəcək ki:”Əzizim, səni anlayıram, lap əccəb eləmisən başqasına vururlmusan!” Ağlını başına topla, bundan bir şey cıxmaz!

-Başa düş Sevil, mən belə ikili həyat yaşaya bilmirəm, Vasifi sevirəm! Ondan ötrü hər şeydən keçərəm.
-Axi Vasifin nəyi artıqdır sənin ərindən?

-Diqqəti, qayğısı, cəsarəti, sevgisi, bəsdir ya yenə sayım? Mən Vasifi tanıyandan sonra asil qadın olduğumu anladım. İllərdir Raufdan anlayış, sevgi, qayğı görmədim. Ancaq məişət həyatı yaşadıq vəssalam.

-Reyhan, sən hansı sevgidən danışırsan? Normal yaşayırsınız, pulunuz var, eviniz var, uşağınız var, sənə daha nə lazımdır?

-Mənə dayağım olacaq adam, başımı çiyninə qoyacağım sevimli insan, həyatımı paylaşacağım, məni xoşbəxt edən kəs lazımdır.

-Reyhan, sənin uşağın var ey. Sən əminsən ki, oğlun Vasifi bəyənəcək, qəbul edəcək ata kimi?

-Əvvəla Səbuhini atsından çəkindirmək fikrim yoxdur, ikincisi Vasifi sevəcək mütləq, bir də ki, Sevil bax bir neçə ildən sonra Səbuhi kimisə sevsə və mən onun seçimini bəyənməsəm hamı düşəcək üstümə ki, niyə mane olursan oğluna, sən yox o yaşayacaq qızla, onun xoşbəxt olmağa haqqı var. Bəs mən? Mənim haqqım yoxdur xoşbəxt olmağa?

-Sən tək deyilsən Gövhər, sən cəmiyyətdə yaşayırsan axı.

-Sənin dediyin o cəmiyyət mənim qayğıma qalır?

-Bilmirəm Gövhər, bilmirəm. Mənim tək istəyim odur ki, sən səhv etməyəsən. Sən əminsən ki, Vasif səninlə evlənəcək?

Anamın cavabını eşitmədim, amma ürəyimin döyüntülərini aydınca eşidirdim. Sevil xala ilə anamın söhbətindən üç gün keçdi. Mən bu üç gün ərzində anamın gözlərinə bir dəfə də olsun baxa bilməmişdim. Utanırdım, qorxurdum, nəsə qarışıq, dolaşıq şeylər düşünürdüm, ürəyimdə.

Mən nə edəcəyimi bilmirdim, gecələr narahat yatır, tez-tez səksəkəli halda, tər su içində oyanırdım. Yuxuda anamla Vasif əmi evlənirdi, mən də kənarda dayanıb ağlayırdım. Bir axşam anam məni ertədən yatağıma saldı. Axşamdan xeyli keçmiş, otaqdan gələn səslərə yuxudan ayıldım. Vasif əmi ilə anam asta lakin gərgin bir səslə mübahisə edirdilər deyəsən. Səslərini nə qədər qısmağa şalışsalar da danışıqları gecənin sakitliyində aydınca eşidilirdi.

-Vasif, mən belə bacarmıram! Başa düşürsən, heç cürə alınmır.

-Axı nə alınmır Gövhər?

-Mən daha ərimə yalan sata bilmirəm. Həm də mən belə həyat yaşamağa laiq biri deyiləm, əzab çəkirəm mən.

-Eşidən elə bilirə mən kefdəyəm də. Bir də belə həyatın nəyi pisdir ki? Məncə hər şey qaydasındadır.

-Səncə... Eh Vasif, sən niyə başa düşmürsən axı. Mən sənin məşuqən yox arvadın olmaq istəyirəm.

-Gövhər mən evliyəm, bir uşağım da var.

-Vasif mən hər şeyi ona danışdım.

Otağa gərgin uzun - uzadı bir sükut çökdü. Hanna-hana Vasif əmi səsi titrəyə titrəyə dedi:

-Necə yəni danışdım? Nə zaman?

-Mən onun elektron poçtuna məktub göndərdim və hər şeyi etiraf elədim.

-Sən dəli olmusan? Nə danışırsan? Sənin dəqiq başın işləmir?

-Niyə?

-Hələ bir soruşursan da? Mənim arvad uşağım var, ailəm var.Həm də sən məndən xəbərsiz axı bunu neçə elədin? Mənə deməli idin axı?
-Vasif, hansı ailə? Sən axı boşanırsan. Məgər belə deyil? Axı sən özün...

-Gövhər, mən əsbi olanda cox söz deyə bilərəm. Səni sevirəm, yəni sevdiyimi düşünürəm, amma ailəmi dağıda bilmərəm axı. Sənə də məsləhət görmürəm. İncimə ey Gövhər, yəni dediyim odur ki, bu qərarı mənə axalanıb verirsənsə mən sənə istədiklərini verə bilməyəcəm, əzizim.

Anam bir xeyli susdu. Elə bil nitqi kəsilmişdi. Sonra sakit və təmkinli səslə dedi.

-Rədd ol!

-Nə?

- Vasif, rədd ol həyatımdan və evimdən!

-Gövhər, sonra peşiman olacağın şeyləri söyləmə. Səhv edirsən. peşiman olacaqsan.

-Vasif, mən ömrüm boyunca indiki qədər peşiman olmayacam.

Vasif əmi getdi. O gedəndən sonra anam çarpayısına yıxılıb hönkürdü. Mən cox sevincək olmuşdim, hiss edirdim ki, bu göz yaşları anamın sonuncu göz yaşlarıdır. Birdən anamın məktubu yadıma düşdü. Atam məktublara səhərlər baxardı , demək hələ bir neçə saat vaxtım vard. Atam şifrələri kasetləri saxladığı yekə yeşiyin içindəki bloknota yazırdı. Qonşu otağa keçdim, anam deyəsən ağlayıb-ağlayıb yuxuya getmişdi. Yeşiyi eşələdim. bloknotu tapdım Xoşbəxtlikdən şifrə lap üzdə idi. Az sonra mən artıq anamın məktubunu silmişdim və rahat, bəxtiyar bir yuxu məni ağuşuna aldı.

Səhəri gün anam pərişan. sap-sarı saralmış, ölü üzü kimi mum rəngli sifəti ilə pəncərə önündə oturmuşdu. Atamın zəngi gələndə diksindi. Mənə işarə elədi ki. dəstəyi götürüm. Mən atamın səsini selektora qoydum O üzdən gümrah. şən səs gəldi.

-salam Robin Qut. necəsən?

-Sağ ol atacan. sən necəsən?

-Yaxşıyam, anan haradadır?

Anam qorxa-qorxa dəstəyi götürdü.

-Sabahın xeyir, yaxşıyam.

Sonra səsi əsə-əsə soruşdu:

-Bu gün elektron poçtuna baxmısan?

-Hə, baxmışam, nədi ki?

-Orada heç nə yox idi?

-yox nə olmalı idi ki?

-Heç, mən dünən sənə məktub göndərmişdim, elə bir şey deyildi.

-Yox orda heç nə yoxdur. Mən axşam gəlirəm, inşallah görüşərik.

Dəstəyi qoyandan sonra anam hönkürdü. Amma mənə elə gəldi ki, o bu dəfə sevindiyindən ağladı. Bax beləcə hər şey bitdi və mən qəlbimin dərinliyində anamı bağışaldım, amma anam hələ də bilmir ki. o məktub neçə oldu.

Buratino oyuncağını isə sabahı gün zibil yeşiyinə atdım, sanki günahkar o idi.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930