manera.az
manera.az

Yazarların taleyinə biganə qalmaq yolverilməzdir - YENİ TƏKLİF | MANERA.AZ

Yazarların taleyinə biganə qalmaq yolverilməzdir - YENİ TƏKLİF | MANERA.AZ
manera.az Zakir Məmməd

Hamı yaxşı bilir ki, ədəbiyyat adamlarına, yazıçı və şairlərə (əlbəttə, təkcə ədəbiyyatçlara yox, o cümlədən, rəssamlara, bəstəkarlara, jurnalistlərə və s.), sovet hökuməti zamanı az və ya çox dərəcədə qayğı göstərilirdi. Bunları sadalamaq istəmirəm, çünki qələm əhli hər şeyi gözəl bilir. Azərbaycan müstəqil olandan sonra yaradıcı insanların həyatı və məişəti ilə maraqlanan azdır.

Qələm adamlarına hökumət və toplum yardımçı olmaq əvəzinə, yazı yazdıqlarına görə insanlar hətta qınaq obyektinə çevrilirlər. Kimsə deyə bilər ki, AYB-nin mətbuatı, digər müstəqil qəzet və saytlar qonorar verir, bir illik prezident təqaüdü var və s. Bunlar çox xırda göstəricilərdir. Xüsusilə paytaxtda yaşayıb-yaradan yazarların taleyinə biganə qalmaq yolverilməzdir.

Bir təklif irəli sürmək istəyirəm. Təklifim ondan ibarətdir ki, nə qədər ki Azərbaycanda kapitalizm çevrilişi hələ başa çatıb qurtarmayıb, hökumət zehni və yaradıcı resursların mühafizə olunması missiyasını əsaslı şəkildə öz üzərinə götürməlidir. Birinci növbədə, bizim ədəbiyyatımızın aparıcı hissəsini özündə əks etdirən media orqanları dövlət tərəfindən maliyyələşdirilərək orada çıxış edən qələm adamlarına yüksək həcmdə qonorar ayrılsın. Nüfuzlu yazarlar öz ixtisaslarına uyğun olaraq və ya uyğun olmayaraq işlə təmin edilsinlər. Pulsuz, yəqin ki, dövlət dəstəyi ilə kitab nəşri genişləndirilsin. Nazirlər kabineti yanında tərcümə mərkəzində layiqli əsərlər dövlət vəsaiti hesabına başqa dilə tərcümə edilərək ayrı-ayrı dillərdə kitab halında çapı və satışı həyata keçirilə bilər. Yüksək məbləğdə pul mükafatları təsis etməklə hökumət istedadlı yazıçı və şairlərə yardım işini reallaşdıra bilər, eyni zamanda, ədəbi aləmdə bir rəqabət mühiti yaranmış olar...

Bir neçə təkliflə biz çıxış etdik. Başqa insanlar da başqa rəy və arzularını ifadə edə bilərlər. Ondan sonra ölkədəki yaradıcılıq təşkilatlarına, əlaqədar hökumət qurumlarına müraciət etmək qalır. Sözü keçən, nüfuzu olan yazıçı dostları edilə biləcək belə bir müraciətə də dəstək olmağa dəvət edirəm.

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031