manera.az
manera.az

III Azərbaycan Elm Festivalı keçiriləcək

III Azərbaycan Elm Festivalı keçiriləcək
Bu il 9-30 oktyabr tarixlərində ölkəmizdə III Azərbaycan Elm Festivalı keçiriləcək.

MANERA.AZ xəbər verir ki, festival AMEA-nın təşəbbüsü, UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyəti, AR Prezidenti yanında Elmin İnkişafı Fondu, AR Prezidenti yanında Bilik Fondu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Moskva Dövlət Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.

Elm festivalı çərçivəsində Bakı, Naxçıvan, Şəki, Mingəçevir, Gəncə, Lənkəran və Quba şəhərlərində bir sıra tədbirlər keçiriləcək.

Hər iki ildən bir təşkil olunan festivalın keçirilməsində məqsəd yeni elmi texnologiya və innovasiyaların təqdim olunması, elmi bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın formalaşdırılmasıdır. Elmi festival çərçivəsində gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, həmçinin yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930