manera.az
manera.az

Niyaz Niftiyevin kitabının müzakirəsi keçirilib | MANERA.AZ

Niyaz Niftiyevin kitabının müzakirəsi keçirilib | MANERA.AZ
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində araşdırmaçı-jurnalist Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabının müzakirəsi keçirilib.

Tədbirin açılışında çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov Niyaz Niftiyevin müəllif olduğu kitabın Azərbaycanın multikulturalizm siyasətinə töhfə olduğunu söyləyib.

Tədbirin moderatoru, Azərbaycan Respublikasının Prezident Administrasiyası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov bildirib ki, müzakirənin məqsədi kitabla bağlı tədbirdə iştirak edən alimlərin maraqlı fikirlərini öyrənməkdir.

Qısa məruzə ilə çıxış edən müəllif Niyaz Niftiyev “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabının ön söz, giriş, nəticə, xülasə hissədən və 12 bölmədən ibarət olduğunu söyləyib. Əlavə edib ki, kitabda azlıq anlayışına həm əcnəbi, həm də yerli alimlərin baxışı verilib, multikulturalizm anlayışı bir neçə ölkə təcrübəsindən öyrənilib, azərbaycançılıq ideologiyasının hansı şəraitdə yaranması və bu ideologiyanın milli birliyin təminatında rolu barədə məlumat da əks olunub.

Müzakirələrdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi baş məsləhətçisi Həcər Verdiyeva, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, professor Sakit Hüseynov, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, professor Əli Abbasov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov, Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri, dosent Aytən Qəhrəmanova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə, Azərbaycan Dillər Universitetinin professoru Jalə Qəribova, Bakı Slavyan Universitetinin dosenti Şirinbəy Əliyev, Azərbaycan Müəllimlər İnstitutunun dosenti Şahrza Ağayev, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin baş məsləhətçiləri Rəşad İlyasov və Rəvan Həsənov çıxış edərək kitabın müsbət məziyyətləri ilə yanaşı, irad və təkliflərini də bildiriblər.

Sonda çıxış edən müəllif Niyaz Niftiyev müzakirədə iştirak edən rəyçilərə öz minnətdarlığını bildirərək göstərilən qeyd və təklifləri gələcək tədqiqatlarında nəzərə alacağını söyləyib.

Manera.az

Niyaz Niftiyevin kitabının müzakirəsi keçirilib | MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031