manera.az
manera.az

Respublika elmi konfransı: İmadəddin Nəsimi və folklor

2-07-2019, 16:58

Respublika elmi konfransı: İmadəddin Nəsimi və folklor
Görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu iyunun 28-də “İmadəddin Nəsimi və folklor” mövzusunda respublika elmi konfransı keçirib.

Konfransın işində müxtəlif elm və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Manera.az xəbər verir ki, tədbiri Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açaraq konfransın elmi-praktik əhəmiyyətindən bəhs edib.
Respublika elmi konfransı: İmadəddin Nəsimi və folklor
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışlarında Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında Sərəncamına əsasən keçirilən belə tədbirlərin əhəmiyyətindən danışıblar.

Konfransda filologiya üzrə elmlər doktoru, professor Cəlal Qasımovun “İmadəddin Nəsimi yaradıcılığında insan və tanrı münasibətləri”, filologiya üzrə elmlər doktoru İslam Sadığın “Nəsiminin tanrı-insan konsepsiyasının “Dədə Qorqud” və Şumer qaynaqları”, filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadənin “Nəsimi dünyagörüşü Aşıq Ələsgər poeziyasının məzmun səviyyəsi kimi”, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlunun “Nəsimi yaradıcılığında mifoloji obrazların məsəlləşmiş biçimdə ifadəsi” mövzularında məruzələri dinlənilib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30