manera.az
manera.az

Gədəbəydə Xocalı soyqırımının 27- ci ildönümü anılıb

📅 25.02.2019 22:17

Gədəbəydə Xocalı soyqırımının 27- ci ildönümü anılıb
Favralın 25-də Gədəbəy rayon Heydər Eliyev Mərkəzinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 27- ci ildönümünə həsr edilmiş"FƏRYADDAN 27 İL ÖTÜR "adlı anım tədbiri keçirilib.

Təbirdə Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri eyni zamanda rayonun ictimai həyatında fəal olan gənclər iştirak edirdilər.Tədbirdə iştirak edən qonaqlar əvvəlcə Xocalı faciəsinə aid foto və tarixi faktlardan ibarət sərgiylə tanış olublar.

Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib daha sonra Xocalı soyqırımına həsr olunmuş sənədli film izlənilib.
Gədəbəydə Xocalı soyqırımının 27- ci ildönümü anılıb
Gədəbəy Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov Xocalı soyqırımının səbəbləri, tarixi, eyni zamanda Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə əlaqədar görülən işlər haqqında geniş məlumat verib.

Sonra YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev,Rayon Gənclər və İdman idarəsinin rəisi Əlviz Gülməmmədov, Qızılqaya kənd tam orta məktəbin Tarix və Coğrafiya müəllimi Tural Topçuyev, şəhid İlham Əliyev adına 1 saylı tam orta məktəbin 11 ci sinif şagirdi Kamran Bayramov,Gədəbəy rayon icra hakimiyyəti başçısının Kiçik Qaramurad kənd IƏD nümayəndəsinin müavini Rüfət İmamquliyev Rayon təhsil şöbəsinin müdiri Baxış Nağıyev geniş məruzə ilə çıxış ediblər.
Gədəbəydə Xocalı soyqırımının 27- ci ildönümü anılıb
İştirakçılar arasından könüllü seçilmiş gənclər arasında"Qarabağ Tariximiz Yaddaşlarda"adlı inşa yazı müsabiqəsi keçirilib.Müsabiqənin qalibləri fəxri fərmanla təltif olunublar.

MANERA.AZ


Baxış sayı - 1 192 | Yüklənmə tarixi: 25.02.2019 22:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031