manera.az
manera.az

Xalq yazıçısı Maqsud İbrahimbəyov anılıb

Xalq yazıçısı Maqsud İbrahimbəyov anılıb
Oktyabrın 2-də Bakı Kitab Mərkəzində xalq yazıçısı, kinodramaturq Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə görkəmli mədəniyyət xadimləri, ziyalılar, xalq yazıçısının doğmaları, dostları, onun istedadının pərəstişkarları və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Günel Anarqızı qonaqları salamlayaraq, Maqsud İbrahimbəyovun həyat və yaradıcılığı haqqında qısa məlumat verib. O qeyd edib ki, mərkəzin əsas məqsədlərindən biri də tanınmış incəsənət və ədəbiyyat xadimlərimizi, sənətkarlarımızı gənc nəslə daha yaxından tanıtmaqdır. Bugünkü görüş də bu məqsədlə görülən işlərdən biridir.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Maqsud İbrahimbəyovla xatirələrini bölüşüb, onun Azərbaycan ədəbiyyatındakı əvəzsiz yerindən söz açıb. O, yazıçının hər zaman vətəninə, millətinə ən sıx tellərlə bağlı olduğunu, onun mədəniyyətinin inkişafında yorulmadan çalışdığını vurğulayıb.

Daha sonra psixologiya üzrə fəlsəfə doktoru, professor Rəna İbrahimbəyova, yazıçı Leyla Bəyim Cəfərova və başqaları Maqsud İbrahimbəyov haqqında xatirələrini bölüşüb, onun hər bir əsərinin doğma torpağa və köklərə bağlı olduğunu vurğuladılar. Eyni zamanda, M. İbrahimbəyovun oxucuların qəlbinin ən incə tellərinə toxunmağı bacaran böyük söz ustası olduğunu qeyd ediblər.
Xalq yazıçısı Maqsud İbrahimbəyov anılıb
Xatirə gecəsində yazıçının əsərlərindən parçalar oxunub, həyatının müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər nümayiş olunub.

Sonda yazıçının həyat yoldaşı Anna İbrahimbəyova çıxış edərək Bakı Kitab Mərkəzinin yaradılmasını alqışladığını bildirib, M.İbrahimbəyovun xatirəsinin ehtiramla anılmasına görə təşəkkürünü dilə gətirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031