manera.az
manera.az

Teatrsevərlər “Sonuncu”ya yenidən baxa biləcək

📅 08.02.2019 15:00

Teatrsevərlər “Sonuncu”ya yenidən baxa biləcək
Azərbaycan Dövlət “YUĞ” Teatrının yaradıcı heyəti yazıçı Pərvin Nurəliyevanın əsəri əsasında hazırlanmış sənət ocağının yeni tamaşalarından olan “Sonuncu” ilə fevralın 9-da növbəti dəfə teatrsevərlərin görüşünə gələcək.

Maneaxəbər verir ki, Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa edəcək.

A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır. Səhnə əsərinin quruluşçu rəssamı Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana - Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.


Baxış sayı - 1 240 | Yüklənmə tarixi: 08.02.2019 15:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930