manera.az
manera.az

Leysan yağışda möhtəşəm “Bayraq yürüşü” - FOTO

Leysan yağışda möhtəşəm “Bayraq yürüşü” - FOTO
Bu gün Lənkəranda yağan güclü yağış da “Bayraq yürüşü”nə mane ola bilməyib.

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Lənkəran Dövlət Universitetinin təşəbbüsü ilə keçirilən möhtəşəm bayram yürüşündə universitetin professor-müəllim-tələbə heyəti ilə yanaşı, Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələri də iştirak ediblər.

Universitetin mətbuat xidmətindən Manera.az-a verilən məlumata görə, şəhərin H.Əliyev prospektinin girəcəyindən start götürən yürüş Dövlət Bayraq Meydanına qədər davam edib. Güclü leysan yağışın yağmasına baxmayaraq bayraq yürüşünə hər iki təhsil müəssisəsindən təqribən mindən çox iştirakçı qatılıb.

4 km-lik məsafəni əhatə edən yürüş boyu vətənpərvərlik ruhunda şüarlar səsləndirilib, Azərbaycan bayraqları əzəmətlə dalğalandırılıb.

Tədbirdə çıxış edən Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bildirib ki, Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir: "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim milli kimliyimizi,mənliyimizi, azadlıq məfkurəsinə, milli dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Professor Natiq İbrahimov Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini rol oynadığını diqqətə çatdırıb.

Xatırladaq ki,ötən il də Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyətinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Lənkəranda möhtəşəm “Bayraq yürüşü” keçirilmişdi.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031