Sonuncu oyunum | MANERA.AZ
manera.az
Fuad Cəfərli
(esse)
Onda kafedə işləyirdim. Əslində kafe deyəndə balaca xanaydı - çayxana. Müştəri istəsə belə yemək nadir hallarda bişərdi. Amma yeməkdən fərqli, insan tez-tez bişərədi orda. O balaca çayxanada məcbur hər gün bir kitab oxuyardım, sonluq isə kitaba görə dəyişərdi.Gah böyük bir məyusluqla, gah sevinc dolu təəccüblə qarşılaşardım. Nəticə isə həmişə eyni olardı. Mən öyrənərdim. Öyrənərdim ki, mən hələ heçnə bilmirəm, öyrənərdim ki, həyat bəzən bildiyimdən çox sadə, bəzənsə elə bir o qədər də mürəkkəb olur. Neyləyirdimsə öyəndiklərim mənim hesabladığım nəticəylə heç zaman üst-üstə düşmürdü. Əslində indi də belədi ...
Bir gün Tahir gəldi. Universitet vaxtından yoldaşlıq eləməyə başlamış, sonralar dostlaşmışdıq.
“Cəsarət, gəlmişəm çayını içim”- dedi Tahir. Mən də bir çay dəmlədim oturub söhbətləşə-söhbətləşə çayladıq. Bir-iki saatdan sonra Aydın gəldi. Mən, Tahir və Aydın bir universiteti bitirmişdik. Tahirlə olduğu kimi Aydınla da dostluq edirdim. Hiss elədim ki, Aydın acıb. Dedim Aydın acsan, bir pomidor yumurta bişirim yeyək. Birlikdə gedib dükana üç nəfərlik pomidor və yumuta aldıq. Çayxana təzə açıldıqdan elə alver olmurdu deyə məndə pul olmadığından pulu Aydın verdi. Bişirə bildiyim tək yemək olan pomidor yumurtanı bişirdim, dostlar gələndən sonra isə yedik. İndi gələk marsa.
Deməli düşdüm bizdən aşağıdakı çayxanaya onlardan bir neçə saatlıq nərd alım. İşçisi çayxananın müdirinin 15 dəqiqəyə gələcəyni dedi. Qalxdım dostlara dedim ki, beş on dəqiqəyə nərd olacaq. Sonra girdim çayxanın mətbəxinə. Yeməyi hazırlayıb qazın üstünə qoyub çölə çıxanda gördüm ki, dostlarım gedib nədr oynamağa. Hansı ki, ilk dəfə mənimlə getdikləri çayxanaya. Dostlarımın oynadığı nərdin yekunu, mənim oynamadığım halda belə mars olmağımla nəticələndi. Bu mənim sonuncu oynum oldu, daha nərd oynamadım...
Manera.az