manera.az
manera.az

Yapon dilinin öyrənilməsi məqsədi tələbə üçün tam aydın olmalıdır- Müsahibə

Yapon dilinin öyrənilməsi məqsədi tələbə üçün tam aydın olmalıdır- Müsahibə


Müsahibim Azərbaycan Dillər Universitetinin Yapon mərkəzinin rəhbəri, yapon dili müəllimi Yaşar İbrahimovdur.


- Yapon dilini öyrənmək üçün əsas vacib olan əsas amillər hansılardı?

Yapon dili müəllimi kimi çalışdığım 18 il müddətində əldə etdiyim təcrübəyə əsasən onu deyə bilərəm ki, ümumiyyətlə dil öyrənməkdə ən vacib amil öyrənmək istədiyin dilə (yapon dilinə) olan maraqdır. Maraq olmasa tələbə heç bir uğur qazana bilmir. Yalnız vaxt itirməkdən başqa heç nəyə nail ola bilmir.
İkinci əsas amil məqsəddir. Yapon dilinin öyrənilməsi məqsədi tələbə üçün tam aydın olmalıdır. Tələbə bilməlidir ki, bu dili öyrəndikdən sonra harda istifadə edə bilər. Məqsədi bəlli olmayan tələbəyə hər şeydən əvvəl məqsəd yaratmaq lazımdır.
Üçüncü əsas amil kimi onu deyə bilərəm ki, tələbə öz ana dilində yaxşı danışa bilməlidir. Çünki öyrənəcəyi dil məhz hər bir dil öyrənənin öz ana dili bazasına söykənir və onun əsasında inkişaf edir. Tələbə öz ana dilində nə qədər səlist və zəngin danışarsa öyrəndiyi dildə də bir o qədər səlist və zəngin danışar.

- Bu dili tədrsi edərkən tez-tez qarşılaşdığınız çətinliklər nələrdi?

Əvvəla onu qeyd etmək istərdim ki, birinci kursa yeni qəbil olunmuş tələbələrin universitet həyatına adaptasiyası məsələsi, eləcə də bəzi tələbələrin ümumi davranış qaydalarını bilməməsi bir sıra çətinliklər yaradır. Ona görə də biz müəllimlər onların bu istiqamətdə tərbiyə olunmasına çox vaxt sərf edir, tez-tez onlara ümumi davranış qaydaları haqqında, eləcə də yapon dili tədris edə-edə Yaponiya mədəniyyəti və davranlş qaydaları haqqında məlumatlar veririk. Bu da tələbənin düzgün tərbiyəsinə öz müsbət təsirini göstərir.
Tez-tez qarşılaşdığım çətinliklərdən biri də tələbənin dərsə hazırlıqsız gəlməsidir. Səbəbini soruşanda çətin olduğunu, öyrənə bilmədiyini, seçmək istədiyi əsas ixtisasın yaponşünaslıq olmadığını deyir. Başa düşürəm ola bilsin həmin tələbə bu ixtisası sadəcə ali məktəbə qəbul olmaq xatirinə 2-ci və ya 3-cü ixtisas kimi seçıb. Amma tələbə oxuduğu 4 ilə heyifi gəlmədən dili öyrənmək istəmir. Onlarda bu ixtisasa maraq yaratmaq üçün də çox çətiniklər çəkirik. Bəzən bu istiqamətdə vaxtında müsbət nəticə əldə etsək də, əksər hallarda tələbədə maraq çox gec yaranır və yaxud da heç yaranmır. Əksər tələbələr 3-cü kursa çatdıqdan sonra oxumaq istəyir bu isə bir qədər çətinliklər yaradır.

- Yapon fəlsəfəsi dünyada məşhurdur. Bu fəlsəfənin dünyayaya vermiş olduğu ən böyük töhfələr nələrdi?

Yaponiya digər ölkələrdən fərqli olaraq xüsusi bir mədəniyyətə sahib olduğunu çoxlarımız bilirik. Bu da ilk növbədə yaponiyalıların bir millət kimi özünımıxsus fəlsəfəsi və milli psixologiyasının olması ilə əlaqədardır. Ümumiyyətlə götürdükdə yaponiya fəlsəfəsi və dünyagörüşünün bir hissəsi qədimdən xaricdən gətirilmiş fəlsəfəyə əsaslanmışdır. Biz Yaponiya fəlsəfəsinin köklərini axtarsaq Yaponiya fəlsəfəsinin 3 böyük fəlsəfədən formalaşdırdığının şahidi olarıq. Belə ki, bunlardan biri qədim Çin-Konfutsi fəlsəfəsi, digəri isə qədim hind dini və fəlsəfəsi olan Buddizmdir ki, o da Çindən keçərək Yaponiyaya ərazilərinə daxil olmuşdur. Üçüncü fəlsəfə isə yaponiyanın öz tarixi köklərinə bağlı olan Şintoizmdir. Yaponiya bizim eranın IV~VI əsrlərindən başlayaraq bu üç dinin təsirində olmuşdur. Yaponlar hər üç dini sevə-sevə öyrənmiş öz yaşayış və düşüncə tərzlərinə uyğun yerləri saxlamış, uyğun gəlməyənləri isə qəbul etəməyərək özlərinə uyğun bir fəlsəfə yaratmışlar. Yaponiya fəlsəfəsini öyrəndikcə hər zaman onun özünəməxsusluğu hiss olunur ki, bunlardan biri yaponların yeni ideya və təsəvvürlərə maraq göstərməsi və mənimsəməsi, köhnə ideyalara söykənərək yeni ideyanı inkişaf etməsidir. Daha bir özünəməxsusluq isə həmin xaricdən gələn ideyaların hamsının deyil, özlərinə uyuğu olanlari qəbul etməsidir. Məhz bu fəlsəfi ideyalardan da gözəl, nəcib hisslər və insanı münasibətlər (böyüklərə hörmət, uşaqların əməksevər və savadlı tərbiyəsi, birgə əməkdaşlıq, ailə modelinin cəmiyyətdə istifadə olunması, sadəlik hissi və s.) formalaşır ki, bu da yaponiyanın gündəlik həyat tərzində öz əksini tapır. Müasir dövr yapon fəlsəfəsi məhz yapon dili vasitəsi ilə dünyaya yayılaraq geniş şəkildə öyrənilir.


- İlahi başlanğıc kimi təbiətə hörmət və etiqad qədim yaponların milli dini olan Şintonu – «allahların yolu»nu yaratdı. Sintoist inamlar şaman ayinlərinə çox yaxındır: burada göy cisimlərinin hərəkətini idarə edən mələklərə sitayiş başlıca yer tuturdu. Bu sitayiş təbiət hadisələrində, dağ, dəniz, çay, çəmənlik, ağac və daşlarda da təzahür tapırdı. Şərq düşüncə tərzində bu sitayişlər daha çox nə ilə əlaqədardı?

Bəli Yaponiya fəlsəfi dünyagörüşünün formalaşmasında Şintoizmin təsiri danılmaz faktır. Şintoizm haqqında çox yazırlar və həmişə də dagların, çayların, meşələrin və s. sitayiş obyekti olması deyilir. Amma çoxları bu dinin nədən ibarət olmasını, nə üçün yaonların təbiət obyektlərinə bu cür sitayiş etməsinin səbəbini birmirlər. Mən də əvvəllər bu din haqqında çox maraqlanmışdım. Amma nə qədər araşdırsam da, bu dini daşıyan yaponlardan soruşsam da yenə də mənim üçün qaranlıq məqamlar çox idi. Onu da qeyd edim ki, yaponların çoxu da bu dinin mahiyyərtinin nədən ibarət olmasını bilmir. Nəhayət ki, mən bu dinin mahiyyətinin nədən ibarət olmasına aydınlıq gətirə bildim. Oxuduqlarıma və eşitdiklərimə görə Şintoizm bütün təbiəti 神様(kamisama)-allah hesab edir. Həmin təbiətin gözəgörünən və gözəgörünməyən, böyük və balaca və s. hisələrini Allahın hissələri hesab edir. Sanki allah təbiəti təşkil edən hissələrə bölünüblər. Ona görə təbiətin hər bir hissəsi yaponlar üçün müqəddər sayılır. Ona görə yaponlar dəniz, çay, çəmənlik, ağac, daş və s. kimi təbiət hissələrinə sitayiş edirlər. Zəlzələ, sunami, tufan və s. kimi fəlakətli hadisələrə də soyuqqanlılıqla yanaşırlar.

Konfutsiçilik də buddizm kimi Yaponiyaya Çindən daxil olmuşdur. Bu din altında adətən qədim Çin dini– fəlsəfi doktrinası başa düşülür ki, bu da estetik prinsiplərin formalaşmasına şərait yaradır. Çin-Yapon xalqlarının adət-ənənələri nə qədər bir-birinə yaxın və uzaqdır?

Mən Çin adət-ənənələrini yaxşı bimədiyim üçün onları müqayisə etməkdə çətinlik çəkirəm. Ona görə icəzə versəniz mən bu suala bir qədər konkret cavab verərdim. Yapon dilini, mədəniyyətini və tarixini öyrənən zaman şahidi oluruq ki, hələ qədim zamanlardan Yaponiya Çin mədəniyyətinə maraq göstərmiş, vaxtaşırı olaraq öz ziyalılarını və tadqiqatçılarını Çinə göndərmişdir. Yaponiya tədqiqatçıları öz növbəsində orada Çin elimini, mədəniyyətini, ədat-ənənələrini öyrənərək yaponiyaya gətirmişdir. Ona görə qətiyytlə deyə bilərik ki, Yaponiya adət-ənənələri arasında Çinə məxsus mədəniyyətə də rast gəlmək mümkündür. Yapon dili müətəxəssisi kimi onu deyə bilərəm ki, məhz yapon dilinin yazısında istifadə olunan heroqliflər məhz Çindən gətirilmişdir. Həm də bir deyil bir neçə dəfə belə hadisə olmuşdur. Lakin onu qeyd etmək istəyirəm ki, heroqliflərin Çindən gətirilməsinə baxmayaraq yapon dili və Çin dili arasında oxşarlıq yoxdur, əksinə tamamilə bir birindən fərqli dillərdir. Yaponiya mətbəxində də tarixi Çinlə bağlı olan yemək növlərinə də rast gəlmək mümkündür. Yəqin bu cür umumi və oxşar cəhətlər hər iki ölkənin adət-ənənələri arasında az deyildir. Amma bir faktı diqqətinizə çatdırım ki, Yaponlar əsirlər boyu bu cür oxşar və ümumi cəhətləri aradan qaldırmaq və özlərinə məxsus bir mədəniyyətin yaradılmasına daima cəht etmişlər. Düşünürəm ki kifayət qədər öz istəklərinə nail ola bilmişlər.

Ənənəvi yapon incəsənətinin inkişafında buddizm mühüm yer tuturdu. Buddizmin müxtəlif təriqətləri rəngarəng formalarla Koreya və Çindən Yaponiyaya V əsrdən başlayaraq nüfuz etmişdir. Budda fəlsəfəsinin əsasını real həyat (sansara) haqqındakı təsəvvürlər təşkil edirdi. Müasir dövrdə buddizim hələ də yapon incəsənətində yer alır. Buddizmin əsas məğzini nədə görürsünüz?

Əvvəlcə onu qeyd etmək istərdim ki, butun dinlərdə olduğu kimi Buddizmdə də inanmaq insanın öz xoşbəxtliyni tapmaq üçün vacib amillərdəndir. Yaponiyada paralel olaraq iki din mövcüddür. Onlardan biri haqqında daşnışdığımız Şontoizm dini, digəri isə Buddizimdir. Yaponiyada yaşayan əhalinin çox hissəsi büdpərəsdirlər. Belə ki hal-hazırda Yaponiyada 85 mln büdpərəst yaşayır. Buddistlərin sayının bu cür çox olmasına baxmayaraq onların əksəriyyəti bu dinin fəlsəfəsindən belə xəbərləri yoxdur. Sadəcə onar özlərini Buddist adlandırırlar. Müasir Yaponiya Buddizminin rolu əsas etibarilə dünyasını dəyişənlərlə məşğul olub, cənazə buddizmi kimi özünü göstərməkdədir. Rahiblərin demək olar ki, fəaliyət dairəsi çox daralıb. Demək olar ki Buddizm adı altında yas mərasimlərinin təşkili, qəbrlərə nəzarət və s. işlər görülür. Lakin hər hansı əziyyət və çətinlik çəkən insana kömək etmək onu hansısa problemlərdən xilas etmək və s kimi işlər görən rahiblər demək olar ki yoxdu.
Buddizmlə yaponiya incəsənəti arasında tarixən qarşılıqlı əlaqə olmuşdur. Məhz Buddizmin Yaponiyada yarandığı 538-ci ildən onun incəsənət arasındada əlaqələri də yaranmağa başlamış, bu da özünü həm heykəltəraşlıqda, inşaat-tikinti işlərində, rəsm əsarlərində, ədəbiyyatda, müxtəlif tədbirlərdə, mərasimlərdə, şeyrlərdə, mahnılarda göstərmişdir. Belə düşünülür ki, o dövrdə buddizmi yaymaq təkcə şifahi nitqlə deyil həm də incəsənətn bu cür müxtəlif üsulları ilə reallaşmişdır. Beləliklə də Buddizm rəssamlığı, Buddizm heykəltəraşlığı, Buddizm arxitektorluğu, Buddizm ədəbiyyatı və s. sahələr yaranmışdır. Görünür Buddizmi yaymaq üçün ən gözəl vasitə, onu incəsənətə və ədabiyyta köçürməklə yaymaq olmuşdur.

Son olaraq Yapon təhsil sistemi haqqında nə deyə bilərsiniz...


Bu sual çox geniş sualdir. Ona görə mən bəzi məqamları öz təhsilimizlə müqayisəli şəkildə diqqətinizə çatdırmaq istərdim.
Bildiyimiz kimi Yaponiyada təhsilin səviyyəsi çox yüksəkdir. Bu da Yaponiyanın təhsil sisteminin özünəməxsusluğu ilə əlaqədardir. Yaponiyanın tam orta təhsil sistemi həm forma həm də məzmun cəhətdən bizim təhsil sistemindən fərqlənir. Məs., tam orta təhsil onlarda bizdən fərqli olaraq 12 ildir. Bizdən fərqli olaraq Yaponiyada şagirdlər 3 ay yay tətili etmirlər. Onlarda yay tətili çəmi 22-25 gündür. Bizdə təhsil sentyabrda başlayır Yaponiyada aprel ayında başlayır və s. Lakin ali məktəblər forma etibarilə bizim ali məktəblərlə heç nə ilə fərqlənmirlər. Bakalavr və magistratura pilləsi bizdə olduğu kimi Yaponiyada da 4 və 2 ildir. Məzmun cəhətdən isə çoxlu fərqlər vardır. Mən yalnız onu demək istəyirəm ki, yaponiya abiturientlərinin 50% dən çoxu ixtisas və peşəyönümlü məktəbləri və kollecləri seçirlər. Çünki bakalavrdan fərqli olaraq bu cür məktəblərdə təhsil aldıqdan sonra iş təcrübəsi olmadan tez bir zamanda istəyinə uyğun iş tapmaq mümkündür. Onu da qeyd edim ki, ixtisas və kolleclərdə iş təcrübəsi təhsil zamanı əldə olunur. Balkalavr və yaxud magistraturanı qurtardıqdan sonra isə ən azı 1 il iş təcrübəsi tələb olunur. Ona görə də abiturientlər peşəyönümlü təhsilə daha çox üstünlük verirlər. Yaponiyada istehsalatla təhsil vəhdət təşkil etdiyi üçün məktəbi qurtardıqdan sonra iş problemi də olmur.

Söhbətləşdi: Tural Cəfərli
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031