manera.az
manera.az

Bu ömür sevginin ən ucuq yeri...- Şeirlər

Bu ömür sevginin ən ucuq yeri...- Şeirlər

Seyran İsmayılın şeirləri

DİQQƏTLƏ BAXSAN

Hesabsız atılan addımlarla
Naxışlandı ömür gündəliyimiz-
Yaşam hənirtisi gizləndi çəkdiyimiz ahlarda.
Bəlkə də,bir körpə məsum gözü ilə
Baxmaq gərəkmiş dünyaya,
Bəlkə də,xəfifcə məsumluq gizlənir
ən böyük günahlarda.
Həqiqətin bir addımlığında
isindi insanlar nədənsə,
həqiqət hec kimə lazım olmadı ən sonda.
Xoşbəxtlik bütün ağrıları içinə çəkərək
Öpüşmək qədərində verildi hər kəsə
Diqqətlə baxsan,bir qandallıq ağrı yeri var
Hər kəsin qolunda.

NƏ OLSUN

Nə olsun gözün dolub,
Nə olsun darıxırsan.
Və nə olsun əllərin,
Dizini qucaqlayıb.

Nə olsun bir təbəssüm,
Min kədəri gizlədir.
Və nə olsun gülürəm,
Yoxluğuna ağlayıb.

Nə olsun buralarda,
Yağışlar da səngimir.
Və nə olsun bu sevgi,
Ancaq payız rəngidir.

Nə olsun qəfil düşən,
Qaranlığa düşmüşük.
Və nə olsun bu ömrü,
Qaranlıqda üşüdük.

Nə olsun hər şey bomboş,
Təkcə ürəyin dolu.
Və nə olsun gülürsən,
Amma gözlərin dolub.

BAŞIMDA ŞEİR HAVASI

Başımda şeir havası,
Şeir də havasızlıqmış.
Dünyada ən isti yuva,
Sən demə yuvasızlıqmış.

Bu otağın istisi yox,
Bu evin damı üşüyür.
əyni qalın nu dünyada,
bəs niyə hamı üşüyür.

Tanrı,bir azca ütülə,
Palı-paltarı qırışdı.
Bu dünya bir az nahamar,
Bu dünya bir az yoxuşdu.

Hamının əli uzalı,
Bir tikə ümid almağa.
Tanrım,məni apar nolar,
Bir tikə ümid olmağa.

İLLƏRLƏ OXUYA BİLMƏDİKLƏRİM

İllərin ağrısı gərəkdi bəlkə,
Alında yaranan bir qırış üçün.
Mənim o gözlərdən tək umacağım,
Bircə baxış idi,aldanış üçün.

Mən indi anladım,indi anladım,
O zülmət daşını götürmək nədi.
Alın yazısında tapdıqlarını,
Alın qırışında itirmək nədi?

Mən indi anladım,indi anladım,
Bu ömür min ilin ağrısı imiş.
İllərlə oxuya bilmədiklərim,
Sən demə,alnımın yazısı imiş.

BİR YARPAQ DÜŞƏNDƏ AĞLAYAN KÜLƏK

O bulud Allahın ahı,öfkəsi
İldırım Allahın sözüdü bəlkə.
Qüzeylər min illik həsrət içində,
O günəş Allahın gözüdü bəlkə.

Bu ömür sevginin ən uçuq yeri,
Sevgi səhraların alacıq yeri,
Sinəmi göynədən o çapıq yeri,
Getdiyin yolların izidi bəlkə.

Bir yarpaq düşəndə ağlayan külək,
Sevinci kədərə bağayan külək,
Hər kəsin gözündə çağlayan külək,
Kim bilir həsrətin özüdü bəlkə.


***
Daha əllərim əl izidi,
Gözüm göz izi götürmür.
Üzü səmaya durmuşam,
Ahımı göy üzü götürmür.

Yer üzü bayquş yuvası,
Göz üzü gizlicə evdi.
Qapını tapa bilmədim,
İlahi,bu necə evdi?Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031