manera.az
manera.az

"Dolu" Tehranda nəşr edildi

📅 30.10.2017 18:29

"Dolu" Tehranda nəşr edildi
Aqil Abbasın Qarabağ savaşına həsr olunmuş «Dolu» romanı Tehranda kütləvi tirajla «Təkderəxt» yayın evi tərəfindən nəşr olunub.

Romanı çapa İranın tanınmış yazarı və naşiri Səid Muğanlı hazırlayıb.

Roman oxucular tərəfindən böyük maraqla qarşılanıb.Əsər haqqında İranın dövrü mətbuatında məqalələr dərc edilib.

«Dolu» bundan əvvəl Türkiyədə çap edilmişdi, professor Seyfəddin Altaylının Türkiyə türkcəsinə uyğulanmasıyla, Yakub Öməroğlunun başkanlıq etdiyi Avrasiya Yazarlar Birliyi tərəfindən işıq üzü görmüşdü. Sonra bir neçə dəfə də təkrar nəşr edilmişdi.

Hazırda romanın rus dilində çap olunması üçün hazırlıq gedir.


Baxış sayı - 1 160 | Yüklənmə tarixi: 30.10.2017 18:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930