manera.az
manera.az

“İnsan səsi” tamaşası Azdramanın səhnəsində

📅 12.06.2017 20:11

“İnsan səsi”  tamaşası Azdramanın səhnəsində


Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində Mədəniyyət və İncəsənət Universitetinin magistri, Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının quruluş verdiyi və rol aldığı “İnsan səsi” tamaşası təqdim edilib.

Dünyaca fransız yazıçısı və kinorejissoru Jan Koktonun müəllifi olduğu mono-pyes əsasında ərsəyə gələn səhnə işinin rejissoru Fidan Cəfərova, bəstəkarı Rino Rhodes, səhnə tərtibatçısı Qabil Gözəlovdur.

Tamaşanın elmi rəhbəri professor İlham Rəhimli, yaradıcılıq işləri üzrə rəhbəri Əməkdar Artist Fərhad İsrafilovdur.

Səhnə əsəri tənha qadının faciəsi üzərində qurulub. Beş illik sevgilisindən ayrılan qadın həsrətlə onu həyata bağlayan zəngi gözləyir. Qadının gözlədiyi zəng nəhayət gəlir və o, çətin də olsa sevgilisi ilə vidalaşır. Müəllif əsərdə atılmış qadının sonsuz iztirablarını, uğursuz sevginin gətirdiyi intiharı təsvir edir. Şəhla Əliqızının yozumunda canına qıymış qadının narahat ruhunun iki dünya arasındakı çaşqınlığı əks olunub.
“İnsan səsi”  tamaşası Azdramanın səhnəsində

“İnsan səsi”  tamaşası Azdramanın səhnəsində


Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 406 | Yüklənmə tarixi: 12.06.2017 20:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031