manera.az
manera.az

Rəssamlıq Akademiyasında fotosərgi - MANERA.AZ

📅 21.12.2015 11:34

Rəssamlıq Akademiyasında fotosərgi - MANERA.AZ

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində “Zövq” adlı sərgi açılacaq. Sərgidə mövzu etibarilə sərbəst və fotoqrafiyanın bütün janrlarını əhatə edən şəkillər sərgilənəcək.

Sərginin ekspozisiyası ADRA-nın müəllimi, peşəkar fotoqraf Tahir Məmmədovun tələbələrinin və həvəskar rəssamların çəkdiyi şəkillərdən ibarətdir. Yüzdən artıq bədii fotoqrafiya nümunəsinin nümayiş olunacağı sərgi dekabrın 25-dək davam edəcək.

Bu günədək Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində Tahir Məmmədovun tələbələrinin “İşıq” və “Zövq” adlı fotosərgisi keçirilib. Artıq ənənəvi hal alan bu sərginin əvvəlkilərdən üstünlüyü ondan ibarətdir ki, fotoqrafiya sahəsində çalışan gənclərin maraq obyekti olan mövzulara daha çox diqqət yetirilib.


Baxış sayı - 1 793 | Yüklənmə tarixi: 21.12.2015 11:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031