manera.az
manera.az

Uçuruma gedən ədəbiyyat- Kimdir günahkar? /MANERA.AZ

📅 04.08.2016 15:00

Uçuruma gedən ədəbiyyat- Kimdir günahkar?  /MANERA.AZ
Ədəbiyyat-kökündə ədəb, elm, mədəniyyət, Nəsimi, Füzuli, Nizami yatan bir ad!

Bəs bu gün?

Qız tutmaq üçün şair olan “şairlər”ə, zahirən aslan kimi görünən amma daxilən dovşan olan yazıçılara və s. insanlara möhtac qalan bir addır ədəbiyyat!

Adlarla yazmağa başlasam, çoxu qalmaqal yaratmaq kimi başa düşəcək,ona görə üstüörtülü yazacam, səbəbkarlar öz payın götürəcək…

Həyatda heç bir şey - nə mədəniyyət,nə savad,nə şairlik qandan-qana keçici deyil,amma günün bu günkü günündə atası gözəl şairdir və yaxud böyük şair olub deyilərək nüfuzlu dərgilərdə çap olunan “yazıçı”lar var.Əslində onlarda günah görmürəm. Sevgilisindən ayrılıb duyğulu sözləri yan-yana qoyub,heca, qafiyə gözləmədən adını da şeir qoyan birini ədəbiyatımızın baş tacı olan dərgilərdə çap edənlərdədi günahkar!

Bəlkə də həmən insanlar fikirləşirlər ki, mən atasına görə ona hörmət eləmiş oldum, amma əslində həmin düşüncəli insan bu addımıyla ədəbiyyatımıza böyük hörmətsizlik edir.

Bu gün sosial şəbəkələrdə hər hansısa bir roman və yaxud şeir kitabının şəklin paylaşıb, “bu gün oxuyub bitirdiyim kitab” yazan amma əslində üz qabığından başqa heç içinə baxmayan şöhrətpərəst yazarlar var.

Bəxtiyar Vahabzadəni, F.Dostoyeviskini oxuyan bəzi şairlərimizin azca vicdanı olsa o zaman onlar daha əllərinə qələm almazlar. Demək ya onlar oxumayıb, ya da vicdanları yoxdu!

Digər tərəfdən baxanda qınamıram,kiminsə şotuna irəli gedən “şair”və “yazıçı”larımız ədəbiyyatı uçurumdan başqa hara aparmalıdır ki?
300-500 AZN pula kitab nəşr etdirən və hər hansısa filologiya elmləri doktoruna ön söz yazdırıb, Azərbaycan Yazıçılar Birliyində təqdimat keçirən şair, yazıçıdan bundan artığını gözləmək boşunadır…

Kökü əsrlərə bərabər bir ədəbiyyat asta-asta uçuruma gedir və hər kəs bunu görə-görə danışmağa curət etmir. Hələ şükr edək ki,ədəbiyyatımızın can verən tabutda üç dörd nəfər daşıya bilir. Amma nə N.Həsənzadə nə F.Qoca və digərləri dünyanı tutub getməyəcək. Onlar da bir gün köçəcək dünyadan. Bax, o zaman ədəbiyyatımızın tabutu düşəcək ayağlar altına. Onu qaldırmağa isə nə bir şairimiz yetişir nədə yazıçımız ..






Baxış sayı - 1 542 | Yüklənmə tarixi: 04.08.2016 15:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031