Yadındamı, Çanaqqala... Kimlər idi vuran səni?!
![]()
Türkün yolu – Turan yolu
Qoca Türküm!
Ulu Türküm!
Buludları yarıb keçən
Bozqurdumun yolu - Türküm!
Sən göylərdən enib gələn –
Göy Tanrısan!
Cəsarətlə, ucalıqla tən yarısan!
Özün olanda məğrursan!
Sən öz yerində durursan,
Dörd yanında nələr olur,..
Sən dünyanı
Yıxılmaqdan qoruyursan!
Gecə-gündüz insanlığın
Nəğməsini oxuyursan!
Yenə, qarşında dayanan
Şər üzlü fitnələr olur.
Zaman-zaman azmı olub
Çilələrin, qeylü-qalın;
Heç bu gün də üzün gülmür,
umanlıdı kefin, halın;
Bilirsənmi, Qoca Türküm!
İçdən yeyər qurd ağacı.
Haqq yolundan dönməməkdi
Göy Türklərin son əlacı.
Yumruq kimi birləşdimi,
Dünya Türkün dünyasıdı.
Bir-biriylə höcəşdimi,
Türkün matəmi, yasıdı.
Ağır-ağır sınaqlara
Çox çəkibdi dövran səni,
Yadındamı, Çanaqqala...
Kimlər idi vuran səni?!
Düşmənini tanımasan,
Vuracaqsan sən özünü.
Bir az dərindən fikirləş,
Bir az geniş aç gözünü.
... Çaşdırmasın səni yollar,
Gözləməkdi yoran səni!
Gedəcəyin tək bir yol var:
- Get, gözləyir Turan səni!
Vahid Aslan