Underground yuxular... (HEKAYƏ)
![]()
MANERA.AZ Cavanşir Muradovun hekayəsini təqdim edir:
Qonşunun yanmış yağ qoxusu həyasızcasına otağıma dolub.Çarpayımda qan izləri var.Mızıldanıram.Baxan öldüyümü yaxudda can verdiyimi düşünər.Yox.Mən sağam.Nəfəs alıram və yağ qoxusunu haçalanmış ciyərlərim qəbul edir. Ayaqlarım tərpənir.Əllərimdə işləyir. Budur mən həyatdayam. Gözlərimdə açılır.Keyləşmişəm.Özümdə bilmədən nə isə düşünürəm. Ləhnətə gəlmiş içki başımı məngənəyə salnıb sıxan baş ağrını yaşadır mənə.Otağa dolan iyrənc mədə iyini isə təsəvvür eləmək o qədər çətin iş deyil.Ayağa qalxıb təcüüblə otağıma baxıram.Həmişə belə olur.Mən hər dəfə bu evdə səhərlər doğuluram.Axşamlar isə məzarım bu ev olur. Pivə və içki butulkaları olmayan sevgilimin, yerini tutub sinəmdə yatır. Yenə özümə baxmaq istəyirəm.Hamın fani əclaf olduğu yer üzündə tək dostum ortadan çatlamış aynamdı.Baxıram.Saçlarım dağıdıqdı.Qaşım çox uzanıb.Tanrım bu qədər saqqalmı olar?
Yarasa yuvasına bənzəyən saçlarıma əlim ilə xəfifcə toxunuram.Axx necədə sərtləşib saçlarım.Birazda yapışqan olub.
Özümə güzgüdə baxdıqdan sonra Hamam otağına keçib üzümü yumaq istəyirəm.Mən azad insanam.İstədiyimi edirəm.Bütün bəşəriyyət mənim ətrafımda dönür.Yox dostum mən Tanrı deyiləm. Yəni ən azından mən belə düşünürəm.
Yenə ayağa durmalıyam.Adım-Addım irəliləməli saralmış kafellərə ayaq basmalı və buz kimi su ilə əl üzümü yumalıyam. Lənətə gələsən necə çətin işdir.Amma mən bunu etməliyəm.Çünki etmək istəyirəm.Bəs onda nəyə görə boş boş çərənləyirəm?
Budur mən əlimi və üzümü yudum.Nə dəyişdi? Yenə həminki adamam. Dəyişən üzümün istanmağı oldu.İndi oda quruyacaq, və mən 5 dəqiqə əvvəlki vəziyyətimə qayıdacam.
Bir gün əvvəl ekranını sındırdığım notbukumu açdım.Gözlərim yaşardı dostum.O üzümə elə baxırdı ki? Gör nə vaxtır onunla dosluq edirdim.Heç çıxmadı sözümdən.Ağzımda qaynayan hərfləri özündə həkk etdi.Axmağın yaddaşı necədə güclüdü . Bütün cümlələri yaddında saxlayıb.Amma mən nə etdim? Ekranını sındırdım.
Ürəyim dözmədi.Cərəyandan ayırıb əlimə aldım.Başıma qaldırıb yenidən yerə çırpdım.Bu dəfə artıq can verirdi.Və budur.Gəbərdi. Ha ha ha.Necə gəbərdi.Əclaf.
-Nə baxırsan? İt küçüyü.Nəyə baxırsan?
Divarda dayanan Şəklim sualıma cavab vermirdi.Mal kimi mənə baxırdı.Qorxum.Qorxuram.
Ölmək istəyirəm.Bəli ölmək istəyirəm.
Bunun üçün eyvana gedib nəsə düşünmək olar fikrimcə.
Budur artıq eyvanına çıxmışam.Tutacağın üstündəyəm.Ayaqlarım titrəyir.Çox az tərləyən bədənimdən axan soyuq tər damlaları qolumun tükündən sürün boyası tökülmüş taxtaya düşür.Başımı qaldırıb qaynaşan insanlara baxıram.Məni heç vecinə alan yoxdu.Hamı öz işindədi.Mənim kimi lazımsız tullantıları insanlar zatən önəmsəməzlər.Qorxurdum.Bilmirəm niyə amma qorxurdum.Tək istəyim bu idi.Ölmək. İndi öləcəm və insanlar səfehcəsinə ətrafıma yığışacaqlar. Vaxt itirmək olmaz . gözümü qapadım. Özümü atıram.
Atıram. . .
Budur özümü ən yüksək binadan atdım və öldüm.İndi mən gözəl ölüyəm.Bəlkədə gəbərmiş küçük.Əsas odur ki mən öldüm.Deyəsən vaxt çatıb.Gedim biraz şərab içim. Mən çox xoşbəxtəm. Mən necə də güclüyəm...
Maşın səsi...
Futbol oynayan uşaların qışqırıq səsi..
Lənətə gəlmiş qonşum yenə öz arvadına serenada oxuyur.Gözlərimin açılıb tavana dikilməsi var hələ.İndu bular bir yuxu idi? Yoxsa mən öldüm? Öldüm və yenidən həyata qayıtdım? Bilmirəm.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.