manera.az
manera.az

Füzuli - sufistik səmtlənməsi ədəbi kontekstdə - MANERA


Füzuli - sufistik səmtlənməsi ədəbi kontekstdə - MANERA

Gülşən Əliyevanın(Kəngərli) elmi-ədəbi mübarizəsi və Sufizm

Bilirik ki, ədəbi proseslər ictimai əksliklərin dəyişən meyllərini ifadə edir. Bu də¬yişmə ara-sıra kəmiyyət çoxluğu yaratsa da, əksər hallarda keyfiyyətə zəmin doğurur. Keyfiyyətin özü də bir predmet olaraq qarşı və əks istiqamətə dəyişilməyə məruz qalır. Səmimi etiraf edək ki, 70-ci illərdən başlayaraq keyfiyyət yerdəyişmələri obyektdaxili ziddiyyətlərin mahiyyət qatında ədəbi əksliklərin mübarizəsini gücləndirib, köhnə ənənəçi formalara bir növ, sərhəd qoyub, fəlsəfi təzahürlə qarşılıqlı-dialektik münasibətləri artırıb. Elə çağdaş Azərbaycan ədəbiyyatşünaslığına yorulmadan xidmət edən bir çox ədəbiyyatşünasın - xüsusən Gülşən Əliyevanın (Kəngərli) da yaradıcılıq meylləri özünün key-fiyyət sıçrayışları ilə inkişafa yönələn dəyişmələrə təkan verir. İlk olaraq bildirək ki, ədəbiyyatımızın, ədəbiyyatşünaslıq elmimizin bu cəfakeş və əməksevər xidmətçisinin filoloji-elmi və fəlsəfi təhlilləri özlərinin orijinal forması, fəlsəfi-mistik, elmi çək-çeviri, məzmun əlvanlığı və obrazlar əhatəsi ilə diqqət çəkir, ədəbi ziddiyyətli xarakterlərin spesifik əksliklərini konkret arqumentlərlə verir. Bunu praktiki olaraq sübuta yetirmək üçün təbii ki, Gülşən xanımın elim yaradıcılığı üzrə konkret faktlara müraciət edirik. Yəni elmi-ədəbi ünvanı oxşar (ənənəvilik baxımından), lakin yaradıcılıq aspektləri fərqli məkanlara istiqamət götürən bu fitrətli-təvazökar alimin sanballı elmi-fəlsəfi dəyərlərinə diqqət çəkməklə fikrimizi aşkar hüdudlara çıxarmaq niyyətindəyik.


Başlanğıc olaraq deyək ki, Gülşən xanımın elmi yaradıcılığı müəyyən qədər modernist-yenilikçi ruha, qismən modern-ənənəvi xalq yazı üslubuna, müəyyən qədər də müasir-estetik və mistik-fəlsəfi dəyərlərə sirayət etmək israrı ilə çıxış edir. Bu israr onu həm də (ruhən) elmi-ədəbi ünvanlarda birləşdirir. Bəlkə də bu zəmin onun Sufistik meyllənməsinə zəmin yaradıb.

Əsrlərdir sufizmin (təsəvvüf) aktual problem olduğu deyilir. Gülşən xanımın (ədəbiyyat kontekstində) müzakirəyə cəlb etdiyi bu proses əslində, bir qədər fərqli ampulada təzahür edir. Onun bu mübahisəli subyektə geniş yer verdiyi, akademik İsa Həbibbəylinin redaktorluğu ilə 2014-cü ildə «Aspoliqraf» mətbəəsində nəfis tərtibat və müasir dizaynla işıq üzü görmüş «Sufizm» kitabında zən-cir halqaları kimi bağlılıq quran ziddiyyətdən-mübahisədənkənar fikirlər (əsas olaraq) modernist-ictimai-fəlsəfi aspekti ilə diqqətimizi maqnit kimi çəkir. Bu fikirlər əslində, zamanızlıqdan keçid edən modernist əhvalla çılğın ehtiraslı ictimai xarakterlərin nisbətini özündə əks etdirir. Belə başa düşürük ki, qəflətdən gələn süst xəyallara aludə presonajlar həyat münacatının qələbəlikləridir. İstedadlı alim qafil qəflətləri (Füzuli - sufistik səmtlənməsi məğzini) iç qatının işıqlarından keçirməklə məğlub qaranlıqlara (bu mövzuda əks-fikirli insanlara) zor (elmi sanbal) göstərir, zülmətdə ilişib qalan son şəfəqlərə (ziddiyyət doğuran əksfikirliliyə) vida deyir.

Əslində, Gülşən xanımın sufist dərketməsi (təbii ki, bəlli-çətin situasiyada) zülmətdə işıq axtarmağa meylli zəmin kimi diqqət çəkir. Onun sufizmə dair əksər fikirlərində ədəbi-elmi proseslərin mahiyyət qatı dünyaları saran qafil-dərviş tünlüyündən keçir, bu zərurətdən əks olunan proyeksial təbəddülatlar ara-sıra ədəbi-zəruri parametrlərinə qədər sanki bir-birini izləyir. Fikri baxımdan hör-mətli alimin qənaətləri təkcə oxucu zövqünün ideyalılığını təmin etmir, həm də zəruri-mistik dərketmələrə qapı açır.

“Sufizm” kitabında mistik-fəlsəfi qənaət ziddiyyətdən kənardır, lakin ziddiyyətə meyllidir; buradakı modernist düşüncə elmi zərurətə bir qədər ictimai rəng qatır. Gülşən xanım sufistik səmtlənməni ədəbi kontekstdə xarakterizə etməklə, sufizmin ədəbiyyata, ədəbiyyatın sufizmə təsir gücünü göstərir.

Ümumiyyətlə, hər bir ad özünün mahiyyət qatından metahissi zərurət aşkara çıxarır. Sufiçilik zəminləri də bu aspektdə özünün ad formantı üzrə düşündürücü-modern proseslər aşılayır. Bu amil Gülşən xanımın yaddaşauyğun təsiretmələri fonunda məchula istiqamətlənir, özünün həyati uyarlığı ilə (bir fakt olaraq) zamansızlığa keçid kimi xarakterizə olunur.

Yaxud onun elmi sistematik zərurət çək-çevirində sufizm kultu xüsusiləşmiş struktur formaya keçir, fikirdaxili əlaqələr bu proses ətrafında zəruri sıçrayışla nəzərə çarpır. Bu da o anlama gəlir ki, Gülşən xanım öz ampulasında ciddidir, zaman çevrəsində mental dəyərlərə diqqət çəkir, yarımsistemli ədəbi-mistik keçirici münasibətləri elmi daşıyıcıya çevirir, yeni - modernçi fikirlərini seçdiyi predmetə uyğun (forma və məzmuna əsasən) uzlaşdırır, həmçinin, bu məğzin hissi qavranılan tərəfi ilə fikrən dəyişən tərəfinin fəlsəfi cəhətlərini dəqiq təyin edir.

Əslində, adıçəkilən kitabda fikrin ünvanlandığı obyekt əks-uyğun istiqamətlərdir; yəni sufizm mistik cərəyan kimi real-gerçək zəminçilik aspektidir, onun dünya-bəşər meyletməsi sürreal-vizual dərketmədir. Lakin Gülşən xanım ümumi qarşılıqda tərəfləri (sufistik meylləri və sufi-dərviş (dərvişçilik) rituallığını) qoşalaşdırır, nisbi xarakterləri sabit orbitdən çıxarır, nəticə etibarilə həm də çoxluqda qərar tutmuş elmi qənaətləri mümkün-real çək-çevirlərə məruz qoyur. Bu mənada, biz hörmətli alimin ənənəvi ruha söykənən elmi qənaətlərində əhatəli oxucu-elm münasibəti aşkar-izhar edirik. Bu rapsodik təyinetmə sufistik meyllər üzrə ictimai zərurətə miqyaslı enmə edir, hissi münasibətlərə elmi təsirini aşkar göstərir.

Kitabın elmi-mistik və bir qədər də sürreal zəminlərinə nüfuz etdikcə belə qənaətə gəlirik ki, müəllif dərd qabarı bağlamış ürəklə qəlb qapısının dəstəyinə əl toxunduran şəxsin (Füzuli sufistik reallığının) həyat çevrəsində əhatəli ikitərəfli keçid yaratmaq israrındadır; onun kitab boyu ehtiva etdiyi məntiqəxas-situasiyalı təsiretmələr Füzuli seyretməsinə yeni baxış sıçradır. Beləliklə də müəllifin misilsiz zəngin ürəyə malik olduğu anlaşılır. O mənada ki, o, mahiyyətini açmağa müvəffəq olduğu hadisələrin zəruriliyini şərtlər məcmusu kimi verir, aludə olduğu obraza ciddi-ictimai münasibəti zəruri sayır.

“Sufizm” kitabında müəllif haqlı olaraq özünə qədərki fikri proseslərin seyrçi, passiv xarakteri ilə qismən razılaşmır, hadisələri seyretmə və müşahidədə adekvat əkslik göstərir, nüfuz etdiyi sufi obrazının yeni-modern xassələrini aşkara çıxarır. Nəticədə isə özünün elmi-fəlsəfi məqsədini praktiki tələbatlara tuş salır, oxucu məhəbbəti qazanır.

Açığı, Gülşən xanımın sufistik meyletməsi nəm çəkmiş çırpı əhatəsində göy dənizə dirsəklənmək (bir növ, kiçicik bir taxta parçası üzərində yepyekə bir dənizin üzərində olmaq) fəlsəfəsi kimi diqqət çəkir. Bəlkə də bu, onun həyat səciyyəsidir; hər halda onun bu paradoksu öz qənaətindəki qayə üzrə oxşar yox, fərqli (fərdi) gedişlə diqqətə çatır.

Əslinə qalsa, Gülşən xanımın ciddi sufi-dərviş meyletməsini ondan əvəllki alimlərin (təbii ki, bu sahə ilə məşğul olanların) xəlvət-pünhan və bir qədər də (bəlkə də daha çox) sadə ehtimallardan qaynaqlanan fərdi yanaşma təzahürləri əhatələyir. Səmimi deyək: Ruhdan təcəlla edən ictimai xarakterlər Gülşən xanımın elmi qənaətinin zamansızlıq girdabıdır və onun sufi-dərviş yanaşma cid-diliyi bu xarakterlərdən keçmək məqamı ilə baş-başadır. Şübhəsiz, buna görə sufistik həyat-yaşam ona təkcə mistik anlayış təsiri bağışlamır; o, həm də qavradığı mühitin içində modern xüsusiyyətlər tapmağa can atır, buna ziddiyyətdənkənar məğzlərlə nail də olur.
İlk baxışdan, bu kitabda maddi gerçəkliyin ictimai inikası ziddiyyətli qarşılıqlı əksliklə təzahür edir. Müəllif ciddi məzmunla ifadə olunan fikrin fəlsəfi proyeksiyasını təyin etmək fəallığı ilə bir-birinə əks iki predmetin (sufiçilik və dəlilik) həyat xassəsini də rasional pilləyə çıxarır, subyektiv-hissi münasibəti tutarlı elmi momentlə diqqətə çəkir. Ayrıca olaraq, (Füzuli sufiçilik dərketməsi nöqeyi-nə-zərindən) dönük yaşama qəlbən acımaq, nifrətin ərazi əhatəsində nizamsız eşqə inam formalaşdırmaq onun mənəvi-əxlaqi baxışından doğur. Eləcə də, kitabda (muncuq kimi ard-arda sıraladığı mənalı fikirləri vasitəsilə) o, sufizm əhatəsində Füzuli tənhalılığını faktiki mənalandırmağı ustalıqla bacarıb, hətta Füzuli sufistliyinə dünya dönüklüyünə belə kitab boyu dürüst məna verib. Belə düşünək ki, vizual görünüşdə gerçək hissi qayə əxz etmək sanki Gülşən xanımın “Sufizm” kitabının israrçı-mistik qənaətidir.

Göründüyü kimi, Füzulinin ağrılı başı dərd yığınlı dizdən aralıdır (yəni - Gülşən xanımın qənaətində - ustad şair sufi dərketməsi israrında yanlış etiqadlara səmtlənir, daha doğrusu, onu (sadə ehtimallara uyğun) bu istiqamətə ürcah edirlər, əslində onun bədii dərketməsinin özəyində elə sufiçilik aspektləri durur), bunun üçün bəlkə də hörmətli alimin (belə demək mümkünsə) küskün ruhu ustad şairə, onun sufi-dərviş mənalandırılmasına - bu haqsızlığa yol verməmək israrı ilə çıxış edir.
Təbiidir ki, sufizmi dərvişçilik, loru dildə desək, dəlilik kimi mənalandıranlar doğruçu mühitdən kənardırlar. Lakin Gülşən xanım bu kənarlığı (keçilməz aranı) özünün sanballı-israrçı elmi məğzləri ilə yeni ampulada sistemləşdirir, Füzuli-sufizm çək-çevirini sinxron, bir az da polifonik meyllərə ürcah edir.

Yaxud, «Sufizm»də müəllif elmi dərketməsi müəyyən mənada (qismən) əsrlərin qoynunda ləngər vuran ortadoksallığın ruh yaxınlığına şərikdir. Bu yaxınlığın əhatə dairəsində Füzuli sufiçiliyi kölgəsi də aşkar-izhardır.

Maraqlı haldır ki, Gülşən xanım Füzuli sərhədsizliyinə pünhan məcralar da axıdır (ara-sıra özündən əvvəlki alimlərin fərdi - individual yanaşmaları ilə razılaşır). Bu axın sürreal mistik ehtimalların da divarlarına çırpılır.

Belə bir bənzətmə verək: Sonsuz səhra yığınları arı üçün bal mənbəyi deyil, lakin cəfakeş arı timsallı müəllif boş səhra çöllərində «sərvət» yığa bilmək çətinliyi ilə üz-üzədir və bu müqayisəni elmi-mistik normalara uğunlaşdıra bilib. “Sufizm”in, «doğmalaşmış kədərində ağrı olmadığı» kimi, onun da boş səhra fonemi ictimai mündəricədə tamdır. Bu zəmində Gülşən xanımın oxucu diqqətini ikikeçidli həyat qaynaqlarına yönəltməsi başadüşüləndir - yəni qəddar zamansızlıq təsirləri fonunda qorxu sığalına meyllənən hədəflər əslində, nəm çəkmiş çırpılar qədər istilik sevən ocaq olmaq subyektliyini itirir, özlərinin zaman-sərhədsizlik aspektlərinin, bir neçə qatlı ənənəvi əhatəsizliyin, fərdi fikrin bu prosesə yanaşma bucaqlarının sistemli, baxış müstəvilərinin əhatəli, həm də əksinə, konkretliyinə hədəflənmək əzmi ilə isrardadılar.

Diqqətçəkən haldır ki, Gülşən xanımın ictimai-elmi baxışlara hədəf etdiyi mövzu yığcam-əhatəli müstəvili deyil, əksinə özünün mətn vizuallığı ilə elmi idrakları konkretlikdən yayındırır.

Əksmodern ideyaçılıqda qərar tutmaq Gülşən xanıma yaddır. Bəlkə də bu səbəbdən bəhs etdiyimiz kitabda zəruri ictimai proyeksiya təyinedici formul kimi xarakterizə olunur. Müəllif həyati reallıqla subyektivist nəzəriyyə arasındakı qabarıq normalara təsiredici fikirlərlə iz salır, fikirlərinin elmi-mistik mahiyyətini açır, metafiziki qatların təbəqələşmə faktlarını adi-qeyri-adi həyat qaynağı kimi verir.

Gülşən xanım Füzuli sufiçliyi fonunda (qismən də qapalı-həyati mövzunu predmetləşdirmə tim-salında) ədəbi modelli, həyati-sosial uyarlı, baxışlarımızdan kənar real, əks-uyğun zamansızlığa da eyham vurur. Bu əhatədə oxucuya özünün şəxs-kadr proyeksiyasını açır, əks formalı anlayışların bir-birində təzahürünə elmi-ədəbi yanaşma edir.

O, həm də bir neçə fikrində hissi təsəvvürlə empirik-hissi müşahidə arasındakı proyeksiyaları çox dəqiq təyin edir. Bu fikirlərdə nizamsız (xaotik) subyektiv fikri xassələrə təsadüf etmirik, əksinə, bu fikirlər metahissi təsiri ilə oxucu zövqünü təzələyir, onda bəşəri duyğular yaradır. Onun bu elmi-mistik cazibəsi digər həmkarlarına da sirayət edir. Məhz bu zəruri momentlərə əsaslanaraq deyə bilərik ki, Azərbaycan elmi ictimaiyyətinin Gülşən Əliyeva (Kəngərli) elmi-ədəbi qənaətini qavrama faizi yüksəkdir. Çağdaş ədəbiyyatşünaslıq elmimizin bu alicənab nümayəndəsi ən adi fikrinin belə fərdi-subyektiv xarakterini elmi-ciddi kateqoriyalar əsasında açır, hisslərini mütləq zəruri mahiyyət üzrə şərtləndirir, hətta ədəbi ziddiyyət doğuran məqamları belə, fikiraltı qatlarda birləşdirir, bir-birini istisna edən münasibətləri mental dəyərlərə istiqamətləndirir.

Füzuli-sufistik meyletmə münasibətlərini yeni formada, formal deyil, dialektik məntiqlə xarakterizə edən Gülşən xanım adıçəkilən kitabında özündən çox-çox əvvəl yazılmış fikri xassə və anlayışlara modern nəzərləri ilə diqqət çəkir; bu predmetik əhatəni biz onun digər kitablarında da qabarıq müşahidə edirik. Əbəs yerə deyil ki, onun kitab boyu diqqət çəkən elmi ortadoksal fikir sıçrayışları da bu aspektdə zəruri-paradiqmal vəziyyətlər yaradır.
Maraqlıdır ki, “Sufizm”in fəlsəfi-modern və mistik-bədiilik əmsalı subyektdə təzahür edən mütləq fikri anlayışdırsa, müəllifin fərdi təsiretmələrinin elmi formulu fikir obyektindən keçid edən dəyişən mahiyyətdir.

Yaxud, müəllifin Füzuli-sufiçilik məğzində, bu fərqli yanaşmanın naturfəlsəfi əhatəsində iki qütbləşmiş müxtəlif mündəricəli, lakin bir-birini özündə mütabiq əks etdirən mistik-sürreal məkan görürüksə, onun elmi-ictimai qənaətlərində bu məkanın hərəkətverici qüvvəsi ədəbi əkslik və ictimai-fəlsəfi proseslərlə təzahür edir. Bütünlükdə isə onun sufizmə dair eyhamları, buradakı bədii-fəlsəfi mahiyyət xarakter etibarilə başqa anlayışlara deyil, özünün əksi olan anlayışlara keçir. Bu prosesin fərqli və oxşar ruhda ali səviyyəyə qədər davam etməsi fikirdaxili məhdudluğu aradan qaldırır, hissi mahiyyəti bəşəri ovqata kökləyir.

Eləcə də “Sufizm”də biz təsvirə cəlb olunmuş əhatəsizliyin ictimai mündəricəsini sezirik. Bu cəlbetmədə gerçək-real xüsusatlara sirayətedici komponentlər də fəallığı ilə seçilir. Əslinə qalsa, tiplər silsiləsi zəngin, təsvir və səciyyələndirmə üsulları rəngarəng olan Gülşən Əliyeva (Kəngərli) elmi yaradıcılığında ictimai ənənəçilik, vətəndaş-cəmiyyət münasibətləri, zaman və zamansızlıq zid-diyyətləri və s. əsas mövzulardır. Füzuli sufi baxışı da bu mövzular üçün modernçi ənənə aşılayır.

Seçdiyi obrazlar, müraciət etdiyi tipik mövzular Gülşən xanımın mümkün həyata baxışının bir təcəssümüdür. Ən xoşagələn cəhət odur ki, o, elmi qənaətlərində uzun-uzadı təsvirlərdən və sözçülükdən qaçır, janr-vəzn xüsusiyyətləri proseduruna yaradıcı münasibətləri ilə diqqət çəkir, ehtimal və hətta eyhamlarında belə, mətndaxili struktur-tipik mahiyyəti ümumədəbi qaynaqlara uy-ğunlaşdırmağı ustalıqla bacarır.

Kitab boyu Gülşən xanım, Füzuli-sufistik manevrli fikirləri ilə (bəlkə də) ümumi kateqoriyada universal anlayış yaratmaq missiyası güdüb, yaddaşa təsiredici missiyası olan sufistik fikirləri ilə təsadüf və zərurətə spesifik nəzəri konsepsiya kimi baxıb, var və yox təzadları üzrə anlayış və ictimai vəziyyətləri ustalıqla qarşı-qarşıya qoyub, sufistik dərketməyə elmi-ictimai nüfuzlu fikirləri ilə zaman əhatəsində modern qənaətlər sıralamağı əsas kAteqoriya sayıb və nəhayət, özünün fərdi-fərqli elmi mükalimələri ilə təkcə mühitə bilavasitə təsir göstərən əşya və predmetlərin obrazını verməyib, həm də qarışıq məqamlardan boylanan hadisələrin forma və quruluşunu qabarıq canlandırıb, ikikeçidli zəruri münasibətləri nəticə etibarilə mümkün qədər ümumiləşdirib.

Onun, kitab boyu müşahidə prosesləri də aşkar bir qaynarlıqla təzahür edir, yaxud onun Füzuli-Məc-nun realizə-ziddiyyəti demək olar ki, mümkün ictimai reallıqlara ədəbi manevrləri, həyati əksliklərə maraqlı yanaşması ilə təkcə diqqət çəkmir, həm də bu mövqedə israrçı zəmin yaradır.

Davamı var...

Hikmət Məlikzadə,
Yazıçı-publisist
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031