Yeni filmlər təqdim olunacaq _MANERA
Nizami Kino Mərkəzində 3D formatında “Lələkli dəstə” animasiya filminin, “Dedemin fişi” komediyasının, “Misir tanrıları” və “Qapının o biri üzü” bədii filmlərinin nümayişi başlanıb.
Mərkəzin mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, Meksika və Amerika istehsalı olan “Lələkli dəstə” cizgi filmini rejissorlar Rikardo Arnaiz və Mayk Kunkel ailəvi komediya, döyüş və macəra janrında 3D formatında çəkiblər.
Filmdə rolları Edvard Ceyms Olmos, Riko Rodriges, Çiç Marin, Keyt del Kastilio, Aleks Sintek, Erık Estrada və başqa aktyorlar canlandırıb.
Hindistan və Böyük Britaniyanın istehsalı olan “Qapının o biri üzü” filminin rejissoru və ssenari müəllifi Yohannes Robertsdir.
Filmdə Con Krasinski, Ceyms Bec Deyl, Pablo Şrayber, Devid Denman, Dominik Fumusa, Maks Martini və digər aktyorlar çəkiliblər.
“Dedemin fişi” adlı növbəti türk komediyasının rejissoru Meltem Bozoflu, ssenari müəllifi Yılmaz Erdoğandır.
Türkiyədə çox populyar olan “Güldür güldür” şounun aktyor qrupu bu filmdə rol alıb.
Rolları Ali Sunal, Alper Kul, Özge Borak, Erdem Yener, Doğa Rutkay və başqaları oynayıb.
Amerika və Avstraliya istehsalı olan “Misir tanrıları” filminin rejissoru Aleks Proyas, ssenari müəllifi Mett Sazamadır.
Filmdə rolları Cerard Batler, Nikolay Koster –Valdau, Elodi Yunq, Ebbi Li, Kortni İton, Brenton Tueyts, Ceffri Raş və digər aktyorlar canlandırıblar.