Yeseninin 120 illik yubileyi yad ediləcək MANERA
![]()
MANERA.AZ-ın məlumatına görə, Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət “Günay” teatr studiyasının yeni tamaşası nümayiş olunacaq.
Tamaşa Milli Teatr Bayramı ərəfəsində Yeseninin 120 illiyi münasibətilə oynanılacaq.
Martın 13-də Azərbaycan Teatr Xadimləri İttifaqının zalında nümayiş etdiriləcək "Yesenin" tamaşasının ssenari müəllifi və rejissoru Larisa Tarusova, xoreoqraf Günəş Talıbovadır.
Baş rolları Allan Suleykin və Leyla Yusubova ifa edəcək.
Qeyd edək ki, tamaşa saat 15.00-da başlanır.