manera.az
manera.az

“Dərviş Parisi partladır” bədii filmi nümayiş olunub - MANERA.AZ

📅 16.09.2015 10:49

“Dərviş Parisi partladır” bədii filmi nümayiş olunub - MANERA.AZ

Azərbaycanın Belarusda təbliğ olunması, ölkəmizin həqiqətlərinin, habelə xalqımızın görkəmli şəxsiyyətləri barədə məlumatların yerli ictimaiyyətə daha dolğun şəkildə çatdırılması məqsədilə “Belarus 3” televiziya kanalında Azərbaycan filmləri aylığının davamı kimi “Dərviş Parisi partladır” bədii filmi nümayiş olunub.

Bu barədə ölkəmizin Belarusdakı səfirliyindən məlumat verilib.

Səfirliyin təşəbbüsü ilə televiziya kanalında yer almış filmdə “Azərbaycanın dilbər guşəsi – Qarabağ” ifadəsi dəyişdirilmədən və kəsilmədən səsləndirilib.

Azərbaycan filmləri aylığına milli qəhrəmanlarımıza, adət-ənənələrimizə, dahi şəxsiyyətlərimizə həsr olunmuş filmlər daxil edilib. Bir qədər əvvəl isə bu telekanalda xalqımızın qəhrəmanlıq salnaməsini əks etdirən “Babək” bədii filmi göstərilib. Kino aylığı davam etdirilir.


Baxış sayı - 1 839 | Yüklənmə tarixi: 16.09.2015 10:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031