manera.az
manera.az

“Mən Feyerbaxam” monotamaşası yenidən səhnədə

📅 07.12.2024 16:13

“Mən Feyerbaxam” monotamaşası yenidən səhnədə
Dekabrın 18-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Mən Feyerbaxam” monotamaşası yenidən nümayiş olunacaq.

MANERA.AZ xəbər verir ki, səhnə əsəri alman dramaturqu Tankret Dorstun eyniadlı pyesi əsasında hazırlanıb.

Birhissəli monotamaşada rolu Əməkdar artist Şövqi Hüseynov canlandıracaq. Psixoloji dram janrında qurulan tamaşanın bədii tərtibatçısı Şövqi Hüseynov, musiqi tərtibatçısı Zaur Rəşidov, işıq rəssamı Vadim Kuskov, fənd quruluşçusu İsa Əsədovdur.

“Mən Feyerbaxam” zahirən seçim imtahanı kimi görünsə də, daha dərindən bir aktyorun yaşadığı problemlərdən, bu problemlərlə mübarizəsindən və mübarizədəki tənhalığından bəhs edir.


Baxış sayı - 280 | Yüklənmə tarixi: 07.12.2024 16:13
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031