manera.az
manera.az

Kreditlə toy edənlər - MANERA.AZ

📅 14.01.2016 14:32

Kreditlə toy edənlər - MANERA.AZ
MANERA.AZ
Ağlımız kəsəndən beynimizdə mədəniyyətin konkret kriteriyalarını formalaşdırmağa çalışmışıq. Yaşadığımız cəmiyyətdə bu qanunauyğunluqlar çox zaman kor-koranə də olsa qorunur. Məsələn, yeyəndə ağzını marçıldatmaq olmaz, küçədə yemək yeməzlər, ictimai nəqliyyatda tum çırtlamaq ədəbsizlikdir və s. Bunların bəzisi ilə razıyam.

Amma etika yeməyi sakitcə yeməklə, avtobusda xanıma yer verməklə, qapıdan qadını birinci buraxmaqla məhtudlaşmır. Əslində, sevməyin də, boşanmağın da, nifrət etməyin də öz etikası var. Və kredit götürməyin də…

Son zamanlar insanlar arasında yayılmış intihar hallarının əsas səbəblərindən biri də bankdan götürdüyü krediti geri ödəyə bilməməkdir.Ümumiyyətlə son dövrün ən aktual və gündəmdən düşməyən problemidir bu bank problemi. Kimi başqası üçün götürdüyü pulun xatasına düşür, kimi də özü üçün götürdüyü krediti ödəyə bilmir.

Əslində mənim millətim yaxşı millətdir. Vallah, billah lap yaxşı, ürəyiyuxa, mərhəmətli, son tikəsini başqası ilə bölən. Amma bəzi şeylər var ki, bizim ona sadəcə mədəniyyətimiz çatmır. Bankdan kredit götürmək də bizim bir çoxumuzun mədəniyyət çərçivəsindən uzaqdır təəssüf ki. Bankları müdafiyə etmək fikrində deyiləm. Təbii ki, dolların kursunda baş verən dəyişiklikdən öz xeyrinə istifadə edən banklar da oldu. Bir də pul olan yerə vicdan az-az hallarda ayaq açır. Söhbət biznesdən gedirsə, demək biz ilk növbədə qəddar ”pul vaxtdır” prinsipindən ağlımızla qorunmalıyıq. Deməli, insan hər hansı yükün altına girəndə mütləq öz gücünü hesablamalıdır. Əgər bunu nəzərə almırsansa, günah ancaq özündədir.

Bu gün bank sektoru əhali arasında dəhşətli əjdahaya bənzədilir, hamı günahı onlarda görür. Amma...

İnsan bütün dünyada olduğu kimi normal şəkildə bank xidmətlərindən istifadə edə bilər. Bu ən azından adamın gedib özündən alçaq birinə əl açmağından min qat yaxşıdır. Amma bu o demək deyil ki, xirtdəyə qədər borca girməlisən. Kredit kartlarının limiti nə qədərdirsə, lazım oldu, olmadı o qədər alış-veriş etməlisən. Bu gün kreditin hesabına toy edən vətəndaş əlbəttə ayağını yorğanına görə uzatmalıdır. Şadlıq evinin bir arzularına yox, cibinə uyğun gələnini seçməlidir. Lazımsız məsrəflərdən imtina etməlidir. Bir ara toy etdiyi restoranın pulunu verə bilməyən kişi haqda xeyli danışıldı. Şadlıq evinin sahibi o kişinin arvadını girov götürmüşdü. Hamı sahibkarı qınadı, söydü, nakişilikdə ittiham etdi, amma heç kim arvadını girov qoymaq həddinə qədər gəlmiş kişinin ağlını və etikasını sual altında qoymadı. O kişinin oğluna etdiyi kiçik toyun şadlıq evində olması belə vacib idi ki?! Yəni, olmasa olmaz?

Ölümüzü, dirimizi urvatdan çıxaram özümüzük. Bizim toy, yas, borc, kredit mədəniyyətimiz olmadığı müddətcə başımız belə bəlalardan qurtarmayacaq. Özümüz də yanacayıq, ailəmiz də, gələcəyimiz də!

MANERA.AZ


Baxış sayı - 1 406 | Yüklənmə tarixi: 14.01.2016 14:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031