manera.az
manera.az

Musiqi və incəsənət məktəblərinə müəllim qəbulu başlayır

Musiqi və incəsənət məktəblərinə müəllim qəbulu başlayır
Mədəniyyət Nazirliyi tərəfindən 2024/2025-ci tədris il üçün musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən işə qəbul müsabiqə əsasında həyata keçirilir.

MANERA.AZ xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Məlumata görə, Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə müəllimlərin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir.

İşə qəbul və yerdəyişmə qaydaları (qaydalara əlavə), müsabiqənin test imtahanı proqramı və müsahibə mərhələsinin proqramları ilə qeyd olunan linklərə daxil olmaqla tanış olmaq mümkündür.

Müsabiqə və müsahibələrin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.

Musiqi və incəsənət məktəblərinə müəllim qəbulu başlayırБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031