manera.az
manera.az

“Deməyin uşaq yazarı yoxdur” layihəsində Zahid Xəlil - MANERA



“Deməyin uşaq yazarı yoxdur” layihəsində Zahid Xəlil - MANERA
Zahid Xəlil

Xəlilov Zahid Abdulla oğlu 1942-ci il mart ayının 20-də Yevlax şəhərində anadan olmuşdur. 1948-1958-ci illərdə Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1959-1965-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsinin jurnalistika şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə Yevlax Tütün Fermentləmə zavodunda texnik kimi başlamışdır. 1965-1966-cı illərdə Yevlax şəhər mədəniyyət evinin müdiri, "Qələbə" adlı rayonlararası qəzetin redaksiyasında ədəbi işçi, "Təşəbbüs" adlı Yevlax rayon qəzetində məsul katib, "Mübarizə" adlıGoranboy rayon qəzetində ədəbi işçi, məsul katib vəzifələrində işləyib. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan "Gənc müəllim" qəzetinin redaktoru təyin olunmuşdur. 1969-1970-ci illərdə Universitetdə partiya komitəsinin katibi seçilib. 1970-ci ildə "Ədəbiyyat tarixi" kafedrasında baş müəllim, 1980-ci ildə "Ədəbiyyat və onun tədrisi" kafedrasında dosent işləyib. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1975-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə filologiya elmləri doktoru, 1991-ci ildə professor adını almışdır. 1997-ci ildən ADPU-nun Pedaqoqika fakültəsinin dekanı işləyir. Hazırda Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır. 2002-ci ildə "Qızıl qələm" mükafatı laureatı adına layiq görülüb.

"Vətənim" adlı ilk şeri 1958-ci ildə, "Yeni Yevlax" qəzetində çap olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış edir. 1982-ci ildə "Literaturnaya qazeta"da dərc olunan "Kölələr" və "Limonad içməyim" hekayələrinə görə redaksiyanın "Zolotoy telyonok" mükafatına layiq görülmüşdür. Uşaq yazıçısı kimi tanınır.
Uşaq ədəbiyyatını tədqiq edən Beynəlxalq Cəmiyyətin Moskvada keçirilən simpoziumunda (1981), Praqada keçirilən "Məktəbəqədər yaşlı uşaqlar üçün ədəbiyyat" adlanan Ümumittifaq Konfranslarda iştirak etmişdir. Keçmiş SSRİ Dövlətnəşrkomun və SSRİ Yazıçılar İttifaqının Uşaq Ədəbiyyatı Şurasının üzvü olmuşdur.


Zahid Xəlilin uşaqlar üçün qələmə aldığı mətnləri təqdim edirik:

QUYUNUN DİBİNDƏKI ADAM


Bir quyu var idi və həmin quyunun lap dibində bir adam oturmuşdu. Bu adam quyuya ona görə girmişdi ki, öz nəğmələrini yаrаtsın. Bu аdаm quyunun dibində bir-birindən gözəl nəğmələr bəstələyir və onu insanlara çatdırmaq haqqında fikirləşirdi. Fikirləşdi, fıkirləşdi, axırda belə qərara gəldi ki, öz nəğmələrini quyunun suyu ilə yuxarı göndərsin. Belə də elədi. Quyunun suyunu içən qamışlar özləri də bilmədən həmin nəğmələri də içdilər. Sonra bu qamışlardаn kimsə tütək düzəltdi və çalmağa başladı. İlahi, bunlar necə gözəl nəğmələr idi. Adamlar bu nəğməni dinlədikcə xoşbəxt xəyala dalırdılar. Başqa bir nəğmə isə onları oynamağa məcbur edirdi. Adamlar sümükləri ağrıyana qədər oynadılar və bu nəğmələri çalanlara təşəkkür edib getdilər. Amma heç kəsin ağlına gəlmədi ki, həmin nəğmələri yaradan adam ömrü boyu quyunun içində yaşayır və insanlara xoşbəxtlik gətirən həmin bu nəğmələri yaradır.

Quyunun dibindəki adam öz nəğmələrinin çalındığını eşidəndə çox sevindi. Hətta durub quyunun dibində əməlli başlı oynadı da. Bəs necə, onun nəğmələri adamları xoşbəxt edə bilmişdi!


Adamlar eviərinə dağılışandan sonra o, əyləşib təzə nəğmələr haqqında düşünməyə başladı. Eh, bəzən həyatda elə işlər olur ki, adam az qalır inanmasın.


LARI XORUZUN RƏNGBƏRƏNG NƏĞMƏLƏRI

Bu xoruzun təkcə pipiyi və gözləri qırmızı olsaydı bəlkə də o, hеç bеlə fikirlərə düşməzdi. Оnun bütün tükləri qırmızı idi. Hətta tüklərinin içində qırmızılıqdan qaralıb tünd şabalıdı rəngə çalаnı dа vаrdı. Bах bunа gorə də о lаrı xoruz günlərin birində belə qərara gəldi ki, bir qırmızı nəğmə oxusun. Elə qırmızı nəğmə ki, dünyanın bütün rənglərini çevirib qırmızı eləsin.

Səhərin аçılmаsınа bir аz qаlmış vаr gücü ilə bаnlаdı:

– Quq qulu quuuuu? Quq qulu quuuuu!

Səsi qulаğınа lаp хоş gəldi. Mеşələr оnun quqqulusunu əks еtdi və birdən хоruz bахıb gördü ki, günəş оnun nəğməsindən еlə qızаrıb, еlə bil nəhəng dаğ lаləsidir. Həttа günəşin bu qədər qızаrmаsındаn хоruz bir аz çаşdı dа. Özünə gəlib dеdi:

– Bах, bеlə qızаrаrsаn!

Sonra gördü ki, quqqultusu gilənara çevrilib budaqdan sallanır. Bаşqa bir quqqultu isə pomidorа çevril¬miş¬di. Quqqultular lalə olub çəmənliyə səpələnmişdi. Hətta bu səsdən almаnın dа yanaqlаrınа qırmızı хаl düşmüşdü.

Bir dəfə xoruz çinarın bütün yarpaqlarını rəngləmək niyyətinə düşdü:

– Bütün yarpaqları qırmızı olsa qəşəng görünər – dedi və işə başladı. Çinarın nəhəng kölgəsində dimdiyini göyə qaldırıb qanadlarını şaqqıldatdı və bərkdən banladı:

– Quqqulu quuuu! Quq qulu quuuu!

«Quqqulu quuu»sunu bir az çox elədi ki, çinarın yarpağı qırmızı оlsun. Səsini kəsib аğаcın bаşınа bахdı. Yаrpаqlаr хоruzа əl еdib оnun nəğməsini аlqışlаyırdılаr. Аmmа хоruz diqqətlə bахıb gördü ki, çinаrın yаrpаqlаrı yаmyаşıldır və bеlə qərаrа gəldi ki, bu dəfə оnun ququltusu qırmızı dеyil, yаşıl ququltu imiş.
– Mənim nəğmələrim rəngbərəngdir, – deyib qışqırdı.

Quqqultusunun rəngbərəng оlduğunu bildikdən sоnrа dаhа оnu saxlamaq olardımı?! Gündə üç dəfə uzun-uzadı quqquldаdı ki, dünyаnın rənglərini öz bаğçаlаrınа toplasın. Gözlərini yumub dimdiyini göyə tuşlayır, nazik uzun boğazını mümkün qədər bərk dartırdı ki, səsi gur və təsirli olsun. Hətta ürəyində belə qərara gəlmişdi ki, kəndin o biri başından onun səsinə cavab verən bütün xoruzlar lap havayı zəhmət çəkirlər. Çünki, onların nəğməsi rəngbərəng ola bilməz. Bütün xoruzların səsini batırmaq niyyətinə düşdü və bir səhər lap hündürdən banladı:

– Quqqulu quuu! Quqqulu quuu! Quqqulu quuu!

Başqa xoruzların hamısı səsini kəsib ları xoruzu dinlədilər. Çünki, onlar başa düşürdülər ki, bu xoruzun işləri o qədər də yaxşı getmir. Axı o nə üçün bu qədər uzun «quqquluquu!» eləməlidir?! Bizim qəhrəman isə xeyli beləcə quqquldadı və səsini kəsib gözlərini açanda gördü ki, ağacların yarpaqları sap-sarı saralıb. Qanadlarını şappıldadıb çəpərə sıçradı və hamıya elan elədi ki, bu gün onun nəğməsi sap-sarı imiş. Nəğmələrini belədən belə səpəliyib hətta otları, çiçəkləri də saraltdı və sonra bilmədi ki, neynəsin. Çünki, bütün yarpaqlar və otlar saralandan sonra bağ-bağça yaman qəmli görünürdü.

Ları xoruz daha bir neçə dəfə banladı ki, yarpaqlar yenidən yaşıllaşsın. Amma hər dəfə səsini kəsib gözlərini açanda başa düşürdü ki, yarpaqlar bir az da saralıb. Hətta bəzi yarpaqlar deyəsən onun səsindən çürüməyə başlamışdı.

– Bu, nə iş idi mən tutdum. Bu sarı nəğmə haradan gəlib məni tapdı?

Tutduğu işdən peşiman olub bir müddət banlamadı. Hamı elə bildi ki, ları xoruz xəstələnib. Amma o, yarpaqların əvvəlki rəngini qaytarmaq haqqında düşünür və bilmirdi necə banlasın ki, dünyanın əvvəlki gözəlliyi geri qayıtsın.

Bir dəfə xoruz gördü ki, çil toyuq bərkdən qaqqıldayır.

– Buna nə olub, – deyə hirsləndi. Hinə baxıb gördü ki, çil toyuq yumurtlayıb. EIə o saat başa düşdü ki, yumurtanı belə ağardan çil toyuğun qaqqıltısıdır.
– Yumurtanı ağartdın bəsindir, səsini kəs! – deyə onun üstünə xoruzlandı.

Amma çil toyuq səsini kəsmədi. Axşamаcаn qaqqıldadı və bir də baxıb gördülər ki, qar yağır.

Xoruz hirslənməyib neyləyəydi? Çil toyuq o qədər qaqqıldadı ki, axırda bütün dünya ağardı. İndi yazıq ları xoruz nə qədər banlamalı idi ki, qar əriyəydi və dünya əvvəlki qırmızı, yaşıl, sarı, mavi rəngini alaydı?!

Tülkü və beçələr


Gəlib çıxıb bu gecə
Meşəyə xoruz – beçə.
Görən kimi kürkünü,
Tanıdılar tülkünü.
Ayağından tutdular,
Quyruğundan tutdular,
Onu yerə yıxdılar
Sinəsinə çıxdılar.
- Nə vaxtacan sən bizi
İncidəcəksən bizi?
Görəydiniz tülkünü
Qabartmışdı tükünü.
Xırıldayırdı səsi,
Kəsilmişdi nəfəsi.
Sökülmüşdü boz kürkü
Tülkülənirdi tülkü,
Bir az ları xoruza,
Bir az qara xoruza...
- Bir də hinə gəlmərəm,
Sinə - sinə gəlmərəm.
Daha məni buraxın,
Taqətim yoxdur, axı!
Xoruzlar aşıb daşır
Beçələr qaqqıldaşır.
Eh nə gözəl gecədi,
Söylə görüm necədi
Aran belə yalanla?
Bu da yalan – palandı
Lap doğrudan yalandı.

Uzun yol


Damcı, hara gedirsən?
Bulağa qarışmağa.
Damcılar sıralandı
Bir buz bulaq yarandı.

Bulaq, hara gedirsən?
Kür çayına çatmağa.
Bulaq Kürə qovuşdu
Kür də sevindi, coşdu.

A kür, hara gedirsən?
Zəmilərə, bağlara!
Kür axdı boz çöllərə
Yaşıllaşdı dağ - dərə.

Uzun yollar keçərək
Damcı xoş gəldin bağa!
İndi hara gedirsən?
Bax o uca budağa.

Budağın lap başında
Onun keyfi saz oldu.
Sallandı başaşağı
Yumru bir gilas oldu.

Gün vurdu, sırğalandı,
Meh əsdi, yırğalandı.

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31