manera.az
manera.az

Dövlət Simfonik Orkestrinə yeni baş dirijor təyinatı

📅 28.12.2023 13:05

Dövlət Simfonik Orkestrinə yeni baş dirijor təyinatı
Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyinat olub.

MANERA.AZ xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, tanınmış dirijor, Xalq artisti Yalçın Adıgözəlov həmin vəzifəyə təyin edilib.

Qeyd edək ki, Yalçın Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun ailəsində anadan olub.

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2007 -ci ildə “Əməkdar incəsənət xadimi” , 2012-ci ildə “Xalq artisti” fəxri adına və 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülüb.



Baxış sayı - 478 | Yüklənmə tarixi: 28.12.2023 13:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31