manera.az
manera.az

Yalçın Rzazadə vəfat etdi

📅 22.02.2021 18:16

Yalçın Rzazadə vəfat etdi
Xalq artisti Yalçın Rzazadə vəfat edib.

Bu barədə mərhumun oğlu Orxan Rzazadə bildirib.

O, atasının uzun sürən xəstəlikdən sonra vəfat etdiyini deyib.

Xatırladaq ki, Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub.

Sevilən sənətçi 1979-cu ildə Əməkdar artist, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.

Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.

Yalçın Rzazadə "Dədə Qorqud", "Gün keçdi", "Qaynana","Bayquş qayıdanda", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərin musiqilərinə öz ifası ilə ölməzlik bəxş edib.

Xalq artisti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirdi. /apa.az/

Allah rəhmət eləsin!


Baxış sayı - 592 | Yüklənmə tarixi: 22.02.2021 18:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930