manera.az
manera.az

“Don Kixot” baleti nümayiş ediləcək

📅 30.11.2022 10:54

“Don Kixot” baleti nümayiş ediləcək
Dekabrın 3-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Lüdviq Minkusun üçpərdəli “Don Kixot” baleti nümayiş ediləcək.

MANERA.AZ xəbər verir ki, libretto müəllifi Marius Petipa olan balet Xalq artisti Cavanşir Cəfərov tərəfindən idarə ediləcək.

Don Kixotun otağında xidmətçiləri hesab edirlər ki, ağaları cəngavər romanlarını çox oxuduğundan ağlını itirib. Don Kixot otağa daxil olur. O həmişəki kimi cəngavər romanı oxuyur və qəhrəmanların halına yanır. Gonbul və qarınqulu Sanço-Pansa qaçaraq gəlib onu xəyallarından ayırır. Sanço Pansa hardansa qaz oğurlayıb və qəzəblənmiş sahibələr onu izləyirlər. Don Kixot hər şeyi yoluna qoyur, birdən onun ağlına Sanço-Pansanı silahdaşıyanı eləmək və onunla sərgərdanlıq edib qəhrəmanlıqlar göstərmək gəlir.

Məşhur romandan ilhamlanaraq ərsəyə gələn bu balet şənbə günü üçün əvəzolunmaz istirahətə çevriləcək.


Baxış sayı - 1 122 | Yüklənmə tarixi: 30.11.2022 10:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031